BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
52281

Azərbaycanda dövlətin qiymət tənzimlənməsi siyasəti vətəndaşların maliyyə sabitliyini təmin etmək və sosial rifahı artırmaq məqsədi daşıyır. Bu istiqamətdə həyata keçirilən tədbirlər, ölkədə bir sıra məhsul və xidmətlərin qiymətinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Həm istehsalçının, həm də istehlakçının maraqlarını balanslaşdırmağa yönələn qiymət tənzimlənməsi siyasəti bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da dövlətin nəzarəti ilə həyata keçirilir və müvafiq qurumlar tərəfindən idarə olunur. Lakin, ölkədə bu sahədə fəaliyyət göstərən qurumların iş mexanizmi, tənzimlənən məhsul və xidmətlər barədə yetərli məlumatın olmaması vətəndaşlarda müəyyən çaşqınlıq yaradır. Bu da göstərir ki, ölkədə dövlət tərəfindən qiymət tənzimlənməsi ilə bağlı məlumatlılığın artırılmasına ehtiyac var.

Valyuta.az xəbər verir ki, “Report” Azərbaycanda qiymət tənzimlənməsi siyasətinin əsas prinsipləri və bu prosesin həyata keçirilməsində qurumların rolu barədə araşdırma aparıb.

Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi cəmiyyət üçün strateji məqsəd daşıyır və dövlətin qiymət siyasətini formalaşdırır. Dünyanın bir sıra ölkələrində bəzi məhsul və xidmətlərin qiymətinin tənzimlənməsi məqsədilə müvafiq qurumlar fəaliyyət göstərir. Azərbaycanda da 50-dən çox mal və xidmətin qiyməti dövlət tərəfindən tənzimlənir. Onlara qiymət qoyulanda istehsalçının həmin məhsul və xidmətə çəkdiyi xərclər, həm də mənfəət amili nəzərə alınır. Bu məsələdə dövlət iqtisadi siyasət həyata keçirməklə yanaşı, həm istehlakçının, həm də istehsalçının maraqlarını nəzərə alır. Bununla da həmin məhsul və xidmətlərə görə istehsalçılarla istehlakçılar arasında münasibətlər tənzimlənmiş olur.

Hazırda Azərbaycanda müxtəlif sahələrdə dövlət tərəfindən qiymət tənzimlənməsini 3 qurum yerinə yetirir:

Nazirlər Kabineti

Tarif (qiymət) Şurası

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Nazirlər Kabineti tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər, avtomobil parklanmasına görə ödəniş, icbari tibbi sığorta tarifləri, baytarlıq və fitosanitar xidmətlər, dövlət mənzil fondundan istifadə haqqı və digər məsələlərlə bağlı tənzimləmə aparır.

Tarif (qiymət) Şurası “Aİ-92” benzini, dizel, elektrik enerjisi, təbii qaz, su və istilik təchizatı, tələbə qəbulu və dövlət qulluğu üzrə imtahanlar kimi məsələlərlə bağlı qiymətləri tənzimləyir, dövlət qeydiyyatına alınmış dərmanların yalnız qiymətinin yuxarı həddini müəyyən edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi metroda, avtobusda gediş qiymətlərini, telefon rabitəsi, dəmir yolu və dənizlə tranzit yükdaşımalar, hava nəqliyyatı ilə ölkə ərazisində yük, sərnişin daşıma və s. xidmətlərin qiymətini tənzimləyir.

“Aİ-95”, maye qaz, sıxılmış qaz (CNG), koks, istilik enerjisi və istilik təchizatı üzrə qeyri-əhali qrupu üzrə qiymətlər isə sərbəst şəkildə, tələb-təklif əsasında tənzimlənir.

Ölkə Prezidentinin Fərmanına əsasən, 2023-cü ilin sentyabrın 2-dэn nəqliyyat və rabitə sahəsi ilə bağlı qiymət tənzimləmələri Tarif Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ötürülüb.

Mütərəqqi beynəlxalq təcrübə və dövlətin sosial-iqtisadi siyasəti nəzərə alınaraq, tənzimlənən qiymətlərin tətbiq edildiyi sahələrdə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Yuxarıda qeyd olunan üç qurumun tənzimlədiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumat aşağıdakı cədvəldə verilib:

Qiymətləri tənzimlənən mal və xidmətlərin siyahısı Tənzimləyici qurum
1. Dövlət mənzil fondundan istifadə ilə (kirayə, saxlanılma və s.) əlaqədar haqlar Nazirlər Kabineti
2. Dövlət mənzil fonduna aid yaşayış evlərində liftdən istifadə və məhəllədaxili fərdi qarajdan və qeyri-yaşayış sahələrindən istifadə haqqı Nazirlər Kabineti
3. Su və meşə heyvanlarının ovlanması icazəsi Nazirlər Kabineti
4. Ödənişli əsaslarla kadr hazırlığı Nazirlər Kabineti
5. Bankların və digər kredit təşkilatlarının DGK-nın reyestrinə salınması Nazirlər Kabineti
6. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Azərbaycanın Əqli Mülkiyyət Agentliyinə ödədiyi illik haqq Nazirlər Kabineti
7. Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqq Nazirlər Kabineti
8. Nəzarət markasının alınmasına görə haqq Nazirlər Kabineti
9. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanın hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə haqq Nazirlər Kabineti
10. Dövlət ilkin kəmiyyət vahidləri etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinə, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası Nazirlər Kabineti
11. Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizası Nazirlər Kabineti
12. Fitosanitar tədbirləri və xidmətləri Nazirlər Kabineti
13. Baytarlıq xidməti və nəzarəti tədbirləri Nazirlər Kabineti
14. Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər Nazirlər Kabineti
15. Nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş Nazirlər Kabineti
16. İcbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin tarifləri Nazirlər Kabineti
17. Dövlət yollarının salınması və saxlanılması xidmətləri Nazirlər Kabineti
18. Dövlətə məxsus laboratoriya xidmətləri (xidmətlər Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılır) Nazirlər Kabineti
19. Təbii sərvətlər (hidrometeorologiya və meşə təsərrüfatı sahələrindən başqa) sahəsində əsas xidmətlər (geoloji və ekoloji ekspertizanın aparılması, sənədlərin və informasiyaların verilməsi) Nazirlər Kabineti
20. Meşə təsərrüfatı sahəsində əsas xidmətlər (meşə sahələrinin icarə qiyməti, əsas meşə və kol cinslərinin köküstü buraxılış nırxları) Nazirlər Kabineti
21. Hidrometeorologiya xidmətləri Nazirlər Kabineti
22. Elektrik enerjisi Tarif (qiymət) Şurası
23. Su təchizatı və tullantı suların axıdılması Tarif (qiymət) Şurası
24. Təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışı Tarif (qiymət) Şurası
25. İstilik enerjisi və istilik təchizatı  
  Əhali “Azəristiliktəchizat” ASC tərəfindən həyata keçirilən Tarif (qiymət) Şurası
26. Meliorasiya və su təsərrüfatı sahəsində əsas xidmətlər Tarif (qiymət) Şurası
27. Məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi Tarif (qiymət) Şurası
28. Tikinti obyektlərinin elektrik, qaz və su xətlərinə qoşulma xidmətləri Tarif (qiymət) Şurası
29. Xam neft, “Aİ-92” markalı benzin, dizel yanacağı və bitum Tarif (qiymət) Şurası
30. Mərkəzləşdirilmiş qaydada tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi Tarif (qiymət) Şurası
31. Dövlət qulluğu üzrə test imtahanlarında və müsahibədə iştirak etmək Tarif (qiymət) Şurası
32. Xüsusi rabitə xidmətləri Tarif (qiymət) Şurası
33. DYPİ-nin təxliyə, duracaq və müşayiət xidmətləri Tarif (qiymət) Şurası
34. Ödənişli avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği Tarif (qiymət) Şurası
35. Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı xidmətlər Tarif (qiymət) Şurası
36. Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadəyə görə ödəmə dərəcələri Tarif (qiymət) Şurası
37. Dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələri Tarif (qiymət) Şurası
38. Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza Tarif (qiymət) Şurası
39. Tibbi müayinə kartı Tarif (qiymət) Şurası
40. Dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti xidmətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
41. Metro nəqliyyatında sərnişin daşıma fəaliyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
42. Şəhərdaxili ümumi istifadədə olan nəqliyyatla sərnişin daşıma Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
43. Şəhərlərarası ümumi istifadədə olan nəqliyyatla sərnişin daşıma Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
44. Radiotezliklərdən istifadə, yüksəktezlikli qurğuların istismarı və nəzarəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
45. Qəbuledici - verici radio və televiziya stansiyalarının xidmətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
46. Ümumi istifadədə olan elektrik, poçt və teleqraf rabitəsi xidmətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
47. Beynəlxalq, şəhərlərarası, şəhərdaxili və rayon telefon rabitəsi və s. xidmətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
48. Su limanı sahəsində xidmətlər (liman qurğularının istismarı və yükaşırma) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
49. Xəzər dənizində dövlətə məxsus gəmi ilə respublika ərazisində yük və sərnişindaşıma* Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
50. Dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər, həmçinin bu xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
51. Aeroport xidmətləri, aeroportların uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

19 yaşında tapdığı problem onu milyarder etdi

Yas mərasimlərində yemək verənlər cərimələnəcək? - AÇIQLAMA

Azərbaycanla Çin arasında viza ləğv edildi - Prezident təsdiqlədi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin