BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
52062

22 iyul tarixindən etibarən 2024/2025-ci tədris ili üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işә qәbulu müsabiqəsinə start verilir. 

Bu barədə Valyuta.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Belə ki, peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər ixtisaslaşdıqları istiqamət üzrə 22-29 iyul tarixləri arasında //portal.edu.az elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Müsabiqə çərçivəsində Bakı və regionlarda yerləşən peşə təhsili müəssisələri üzrə 551 ixtisas fənn müəllimi, 574 istehsalat təlimi ustası, 82 yüksək texniki peşə təhsili səviyyəsi üzrə vakansiya elan olunması proqnozlaşdırılır. Cari ildən etibarən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən peşə təhsili müəssisələrinə də işəqəbul prosesi mərkəzləşdirilmiş müsabiqə vasitəsilə aparılır.

İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi elektron әrizәlәrin qәbulu, təqdim edilən mәlumatların müsabiqәnin şәrtlәrinә uyğunluğunun müsabiqə komissiyası tәrәfindәn yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edildikdən sonra, 2 avqust tarixində, ixtisas fənn müəllimi vakansiyası üzrə müraciət edən namizədlər ixtisas modulları üzrə təhsil proqramlarına aid 40 sual və tədris metodikasına və təlim strategiyalarına aid 20 sual, istehsalat təlimi ustası vakansiyası üzrə müraciət edən namizədlər tədris edəcəyi təlim modullarına aid 40 sual, təlim metodikasına və təlim strategiyalarına aid 15 sual, həmçinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarına aid 5 sualdan ibarət test imtahanında iştirak edəcəklər. İxtisas fənn müəllimi və istehsalat təlimi ustası üzrə test imtahanında ümumi 40 bal və daha yüksək nəticə göstərən müraciətçilər vakant yerlərin seçiminə buraxılır. Namizədlərə maksimum 8 vakant yer seçmək imkanı verilir.

Müsahibə mərhələsində namizədlərin ümumi dünyagörüşü, peşə keyfiyyətləri, ünsiyyət, təlimi planlaşdırma, təlimin təşkilində istifadə olunan forma və üsulları tətbiq etmək bacarığı komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğun olub olmaması barədə qərar verilir. Müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə qanunvericiliklə müəyyənləşdirilmiş, aşağıda qeyd edilən tələblərə uyğun namizədlər müraciət edə bilər:

İxtisas fənn müəllimləri - orta ixtisas və ya ali təhsilli və ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 1 il əmək stajı olan şəxslər;

İstehsalat təlimi ustaları - peşə, orta ixtisas və ya ali təhsilli və ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 5 il əmək stajı olan şəxslər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

3,1 milyon manat vergi borcu olan “Nubosta Trade” kimindir?

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

19 yaşında tapdığı problem onu milyarder etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin