"Android" smartfonları bahalaşacaq
Tanınmış insayder Yoqeş Brar "Qualcomm"dan növbəti nəsil prosessorun buraxılması ilə əlaqədar yeni "Android" smartfonlarının qiymətlərinin əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə analitikin X (Twitter) səhifəsindəki yazılarına istinadən "Wccftech" məlumat yayıb.
Onun sözlərinə görə, yeni flaqman modelləri indiki modellərdən 1/3 baha ola bilər. Çünki yeni "Snapdragon 8 Gen 4" çipinin hər biri 220-240 dollara başa gələcək ki, bu da əvvəlki nəsildən 20 dollar bahadır.
"Qualcomm"dan yeni çipin rəsmi təqdimatı 2024-cü ilin oktyabr ayına planlaşdırılır. Prosessor TSMC-nin üç nanometrlik proses texnologiyasından istifadə edilməklə istehsal olunacaq və ARM nüvəsi əvəzinə "Oryon"un öz nüvəsi olacaq. Çox güman ki, çip də süni intellektlə işləmək üçün dəstək alacaq.
Ehtimal olunur ki, "Snapdragon 8 Gen 4" əsasında ilk smartfonlardan biri elanı 2025-ci ilin yanvarına planlaşdırılan "Samsung Galaxy S25" xətti olacaq. Eyni zamanda, şayiələrə görə, "Samsung"un "Qualcomm" çipindən imtina edərək "MediaTek"dən daha sərfəli həll yoluna çıxması mümkündür.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay