BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
48706

“Nar” cəmiyyətin sosial və iqtisadi həyatına müsbət dəyişikliklər gətirən faydalı layihələrə dəstəyini fəal şəkildə davam etdirir. Azərbaycanı BMT-nin Qlobal Sazişində təmsil edən ilk telekommunikasiya brendi kimi “Nar” BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasını təşviq etmək və təhsilə dəstək istiqamətindəki Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinə xüsusi önəmlə yanaşır.

Mobil operator üçün sosial layihələrin əhəmiyyətini vurğulayan “Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib: “Korporativ sosial məsuliyyət biznes olaraq strategiyamızın əsas sütunlarından biridir. Təkcə 2023-cü ildə biz 30 sosial təşəbbüsü dəstəkləmişik, son 3 ildə isə sosial layihələrə 10 milyon manatdan çox sərmayə yatırmışıq. Bu, bizim cəmiyyətdə müsbət dəyişiklik etmək öhdəliyimizə sadiqliyimizi göstərir. “Nar” olaraq gələcəkdə də müxtəlif sosial layihələr həyata keçirməyə davam edəcəyik”.

“Nar”ın dəstəyi ilə ərsəyə gətirilən ilk Azərbaycan jest dili elektron lüğəti – “jestdili.az” 30 mindən çox eşitmə və nitq məhdudiyyətli azərbaycanlıya Azərbaycan jest dilini tamamilə pulsuz öyrənmək imkanı verib. “Jestdili.az” əvəzsiz və faydalı resurs olmasına görə beynəlxalq dərəcədə də yüksək qiymətləndirilib və “Korporativ Məsuliyyət” kateqoriyasında ən uğurlu layihə kimi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının “Qızıl Dünya Mükafatı”na layiq görülüb.

“Nar”ın KSM strategiyasının digər istiqaməti Azərbaycan gəncləri arasında idman və sağlam həyat tərzinin  təbliğidir. “Nar” 2023-cü ildən Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır və milli komandalarımızın həm yerli, həm də beynəlxalq arenalarda qazandığı uğurlarla qürur duyur. Bundan əlavə, “Nar” “Zirə” futbol klubunun rəsmi tərəfdaşı kimi futbol, şahmat, boks və digər idman növləri üzrə təşəbbüsləri dəstəkləyir.

“Nar” sosial təşəbbüslərin həyata keçirilməsinə davamlı olaraq öz töhfəsini verir. “Nar”ın faydalı sosial layihələri haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

"Amazon" baş direktoru gənclərin 20 yaşlarında yol verdiyi əsas səhvi açıqladı

Dahilərdən pul haqqında 10 sitat

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Bu şəxslərə ildə 1440 manat verilir –Bir şərtlə

Sabah hava necə olacaq?

Azərbaycana zərərli makaronlar gətirilib?- Rəsmi açıqlama

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

"Meta" bu şirkətə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır

Azərbaycanda Rusiya istehsalı olan avtomobillərə maraq necədir?

Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

"Bitcoin" 106 min dollara yaxınlaşır

Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət - SƏHƏR OXUSU

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Tikinti materialları bazarında qiymətlər - Vəziyyət necədir?

Dələduzların göndərdiyi mesajlar: Hər kəsin yadda saxlamalı olduğu xəbərdarlıq

Əhali ən çox nələrə pul xərcləyir? - SİYAHI

Avtomobil nəhəngi dron istehsalına başlayacaq

Pensiyalar ilə bağlı MƏLUMAT

Pensiyalar ilə bağlı MƏLUMAT

Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin