BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8297
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1326
46549

Azərbaycanda şoran torpaqların əkin üçün yararlı hala salınması COP29 çərçivəsində önəmli addım olacaq.

Valyuta.az Report-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə "AZCHEMCO" şirkəti arasında memorandumun imzalanma mərasimində bildirilib.

Memorandum şoran torpaqların əkin üçün yararlı hala salınması prosesinə başlanılması ilə bağlı imzalanıb.

Tədbirdə çıxış edən nazirliyin nazirliyin Ekoloji Siyasət şöbəsinin müdiri Faiq Mütəllimov qeyd edib ki, həyata keçiriləcək birgə layihənin məqsədi şoranlaşmış torpaqların yararlı hala gətirilməsi, məhsuldarlığın təmin edilməsidir: "Nazirliyin müvafiq qurumlarının nəzarəti ilə xüsusi maddələr istifadə olunmaqla şoran torpaqlar əkin-biçin üçün yararlı vəziyyətə gətiriləcək. Layihənin uğurlu olması bu təcrübənin artıq geniş tətbiqinə nail ola bilərik".

Layihəni təqdim edən "AZCHEMCO" MMC-nin direktoru Ruslan Akçurin bildirib ki, dünyada 424 milyon hektar torpağın üst qatı - təxmini 30 santimetrə qədərki qalınlıqda hissəsi şorandır:

"Qrunt suları torpağı duzlarla çirkləndirdiyinə görə şoranlaşır və bu, kənd təsərrüfatına yararlı torpaqlara da təsir göstərir. Həyata keçirəcəyimiz layihə çərçivəsində xüsusi hazırlanan məhlul sayəsində torpaqların şoranlığı alınır, orada əkin üçün şərait yaradılır. Sonradan xüsusi gübrələr vurularaq, həmin torpağın məhsuldarlığı artırılacaq. Uğurlu nəticə əldə olunacağı təqdirdə həmin torpaqlar uzun müddət əkin-biçin üçün istifadə ediləcək. Sözügedən proses tamamilə sağlam və zərərsiz şəkildə həyata keçirilir. Bu layihənin COP29 çərçivəsində də önəmli addım olacağına inanırıq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ChatGPT "insanlıq testində" tələbələrlə “yarışdı” – Kim daha uğurlu oldu?

Qlobal iqtisadiyyat üçün əsas risklər açıqlandı

"Sahil-A" MTK məhkəmə qarşısında

Avstraliya şirkəti müştəriləri aldatdığına görə 66 milyon cərimə ödəyəcək

Nazirlik 636 min manatlıq banket xidməti alır

Latviya aviadaşıyıcısı hakimiyyətdən Rusiyadan mal almağı yasaqlamamağı xahiş etdi

Universitet 110 min manatlıq avtomobil alır

Universitet 110 min manatlıq avtomobil alır

"Apple" ilk "iPhone Slim"i buraxmağa hazırlaşır

"RİCH MOTORS" gömrük qaydalarını pozub

Türkiyənin ixracatı İsrailə sanksiyalara görə hədəfdən aşağı düşə bilər

Hərracların Təşkili Mərkəzi ilə keçmiş işçisi arasında qalmaqal

Ukraynada müəssisələr üçün valyuta məhdudiyyətləri dəyişdirildi

Logistika şirkətinə protokol tərtib edildi

Rusiyanın neft-qaz sənayesi kadr çatışmazlığı - 1,86 milyon işçi lazımdır

“Azəristiliktəchizat”ın maliyyə hesabatları yoxlanılacaq

Ən məşhur "Xiaomi" proqramlarından birində təhlükəli virus aşkarlandı

“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

Avropa İttifaqı ölkələri LNG alışını kəskin azaldıb

COP29-la bağlı iki xəstəxana ayrılıb

Həyatımızın yeni trendi elektromobillər və xüsusiyyətləri – Batareyaları nə qədər təhlükəlidir?

Azərbaycan Mərkəzi Bankı beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib

20 mindən bahalı əmlak alanlardan bəyannamə tələbi niyə ləğv olundu? – Ekspert səbəbləri açıqlayır

Aqrar Sığorta Fondu: Hava şəraitinin dəyişməsi ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə 20 müraciət daxil olub

Növbəti hərraclara 49 əmlak çıxarılıb

“Zirə Gülçülük” məhkəmə qarşısında

Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb

KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək

Rusiya neft məhsullarının xaricə tədarükü üzrə antirekord vurub

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin