BAKU Azərbaycan
3.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
45869

İş­çi əsas iş ye­ri ilə ya­na­şı, iş vax­tı nor­ma­sı­nı poz­ma­maq şər­ti­lə bir və ya bir ne­çə iş ye­rin­də ça­lı­şa bi­lər. Bu hal­da əvəz­çi­lik üz­rə əmək mü­qa­vi­lə­si bağ­lan­ma­lı­dır. İş­çi­nin əvəz­çi­lik üz­rə baş­qa iş yer­lə­rin­də ça­lış­ma­sı üçün əmək müqaviləsinin şərt­lə­ri buna im­kan ver­mə­li­dir. Mövzunu “vergiler.az”a əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir:

Əvəz­çi­lik qay­da­sın­da əmək mü­qa­vi­lə­si­nin bağ­lan­ma­sı Əmək Mə­cəl­ləsi­nin 58-ci maddə­si ilə tən­zim­lə­nir. Həmin maddəyə əsasən, əmək mü­qa­vi­lə­si­nin şərt­lə­ri im­kan verdiyi hal­lar­da iş­çi əsas iş ye­ri üz­rə mü­əy­yən olun­muş iş vax­tın­dan son­ra həm əsas iş ye­rin­də, həm də əvəz­çi­lik qay­da­sın­da əmək mü­qa­vi­lə­si bağ­la­ya­raq baş­qa iş yerlərində də əmək fəa­liy­yə­ti ilə məş­ğul ola bi­lər. Bu za­man əvəz­çi­lik üz­rə əmək müqa­vi­lə­si bağ­la­nan iş ye­ri iş­çi­nin əla­və iş ye­ri, əmək ki­tab­ça­sı sax­la­nı­lan yer isə əsas iş ye­ri sa­yı­lır. Əvəz­çi­lik üz­rə əmək mü­qa­vi­lə­si əmək ki­tab­ça­sı təq­dim edil­mə­dən bağla­nı­lır.

Əvəz­çi­lik qay­da­sın­da əla­və iş ye­ri üz­rə əmək mü­qa­vi­lə­si­nin bağ­lan­ma­sı za­ma­nı aşağıda­kı mə­qam­la­ra diq­qət et­mək la­zım­dır:

  • Əvəz­çi­lik qay­da­sın­da əla­və iş ye­ri üz­rə əmək mü­qa­vi­lə­si­nin bağ­lan­ma­sı üçün ilk ön­cə iş­çi­nin əsas iş ye­ri ol­ma­lı­dır
  • Əvəz­çi­lik qay­da­sın­da əmək mü­qa­vi­lə­si bağ­lan­dı­ğı za­man əmək ki­tab­ça­sı işçinin əsas iş ye­rin­də sax­la­nı­lır və əvəz­çi­lik üz­rə əmək fəa­liy­yə­ti haq­qın­da əmək ki­tab­ça­sın­da qeyd­lər əvəz­çi­lik üz­rə əmək mü­qa­vi­lə­si­nin su­rə­ti əsa­sın­da iş­çi­nin ar­zu­su ilə əsas iş ye­rin­də apa­rı­lır.
  • Əvəz­çi­lik üz­rə iş vax­tı­nın müd­də­ti bu Mə­cəl­lə­nin 89-cu mad­də­si ilə mü­əy­yən edil­miş nor­ma­nın (həf­tə­lik 40 sa­at) ya­rı­sın­dan çox ol­ma­maq­la tə­rəf­lə­rin ra­zı­lı­ğı ilə mü­əy­yən edi­lir. De­mə­li, iş­çi əvəz­çi­lik üz­rə əmək mü­qa­vi­lə­si ilə həf­tə­lik mak­si­mum 20 sa­at ça­lı­şa bi­lər.

İş vax­tın­dan son­ra əvəz­çi­lik üz­rə əla­və­ iş yer­lə­rin­də­ iş­lə­mə­yə əsas iş ye­ri üz­rə işə­gö­tü­rə­nin ra­zı­lı­ğı tə­ləb edil­mir. İş vax­tı ər­zin­də isə əvəz­çi­lik üz­rə iş­lə­mə­yə işə­gö­tü­rə­nin ra­zı­lı­ğı ilə yol ve­ri­lir.

  • Əla­və iş ye­rin­də əvəz­çi­lik üz­rə əmək fəa­liy­yə­ti gös­tə­rən iş­çi­lə­rə aşa­ğı­da­kı iki bənd is­tis­na olun­maq­la heç bir məh­du­diy­yət qo­yul­ma­dan əmək qa­nun­ve­ri­ci­li­yi ilə mü­əy­yən edil­miş bü­tün nor­ma­lar (mə­zu­niy­yət, əmək qa­bi­liy­yə­ti­nin itirilməsi­nə da­ir müa­vi­nət, iş vax­tın­dan ar­tıq iş saa­tı, əvə­zet­mə v.s) qay­da­lar və müd­dəa­lar şa­mil edi­lir:

- Əgər iş­çi əsas iş ye­rin­də zə­rər­li, təh­lü­kə­li və in­sa­n sağ­lam­lı­lı­ğı­na mən­fi tə­sir gös­tə­rən amil­lər olan əmək şə­rai­tin­də iş­lə­yir­sə, on­da onun ey­ni əmək şə­ra­it­li əla­və iş ye­rin­də əvəz­çi­lik üz­rə ça­lış­ma­sı yolverilməzdir.

- Ya­şı 18-dən az olan iş­çi­lə­rin əvəz­çi­lik qay­da­sın­da əla­və iş ye­rin­də çalışma­la­rı­na yal­nız on­la­rın həm əsas, həm də əla­və iş ye­rin­də gün­də­lik iş vax­tı­nın cə­mi Əmək Mə­cəl­ləsi­nin 91-ci mad­də­sin­də on­lar üçün nəzərdə tu­tul­muş qı­sal­dıl­mış iş vax­tın­dan çox ol­ma­dıq­da (16 ya­şı­na­dək iş­çi­lər üçün 24 sa­at­dan, 16 yaş­dan 18 ya­şa­dək iş­çi­lər üçün 36 sa­at) yol ve­ri­lir.

  • Bi­la­va­si­tə qa­nun­ve­ri­ci­lik­də nə­zər­də tu­tul­muş hal­lar­da döv­lət ha­ki­miy­yə­ti orqan­la­rı­nın mü­va­fiq və­zi­fə­li şəxs­lə­ri­nə bu mad­də­də göstərildiyi kimi, əvəz­çi­lik üz­rə əmək mü­qa­vi­lə­si bağ­la­ya­raq əla­və iş ye­rin­də iş­lə­mək hü­qu­qu şa­mil olunmur.
  • İş­çi­nin bir əsas və əla­və iş vax­tın­a da­ir iş vax­tı ilə bağlı tələb nə­zə­rə alın­maq­la bir ne­çə əla­və iş ye­ri ola bi­lər. Qa­nun­la bu­na hər han­sı məh­du­diy­yət qo­yul­mur, va­cib olan iş vax­tı­na da­ir həd­lə­rin göz­lə­nil­mə­si­dir.

Əvəz­çi­lik üz­rə əmək şə­rai­ti­nin şərt­lə­ri­ni, əmək funk­si­ya­sı­nın həc­mi­ni əla­və iş ye­ri­ ilə bağlı əmək mü­qa­vi­lə­si bağ­la­nar­kən tə­rəf­lə­rin öz­lə­ri mü­əy­yən edir­lər.

Misal 1: 16 yaş­­lı iş­­çi əsas iş ye­­ri üz­­rə əmək mü­­qa­­vi­­lə­­si ilə həftəlik 24 sa­­at iş­­lə­­yir. Məcəllənin qoy­­du­­ğu tə­­lə­­bə gö­­rə, işçinin ümumi iş vaxtının müddəti həftəlik 36 saatdan artıq ola bilməz. Bu halda, iş­­çi­­nin əvəz­­çi­­lik qay­­da­­sın­­da iş vax­­tı həftəlik 12 sa­­atdan artıq müəyyən edilə bilməz. Bu yaş ka­­te­­qo­­ri­­ya­­sın­­da olan iş­­çi­­lər üçün Əmək Mə­­cəl­­lə­­si­­nin müəy­­yən et­­di­­yi əsas və əla­­və iş yer­­lə­­ri üz­­rə iş vax­­tı­­nın cə­­mi ümu­­mi­­lik­­də həftəlik 36 saatdan ar­­tıq ol­­ma­­ma­­lı­­dır. O, əsas iş yeri üzrə həftəlik 24 saat çalışdığı və ümumi (əsas və əlavə iş yerləri üzrə) iş saatlarının cəmi həftəlik maksimum 36 saat ola bildiyi üçün əlavə iş yeri üzrə həftəlik maksimum 12 saat çalışa bilər.

Yuxarıdakı nümunədəki işçi əsas iş yeri üzrə həftəlik 30 saat çalışırsa, bu halda o, əlavə iş yeri üzrə həftəlik maksimum 6 saat çalışa bilər. Yəni bu kateqoriya işçilər üçün əsas və əlavə iş yerləri üzrə ümumi iş vaxtının müddəti, yaşa müvafiq olaraq, 24 və 36 saatdan artıq olmamalıdır. Əgər işçinin 15 yaşı varsa və əsas iş yeri üzrə həftəlik 15 saat çalışırsa, bu halda o, əlavə iş yeri üzrə həftəlik maksimum 9 saat çalışa bilər. Çünki 16 yaşadək işçilər üçün iş vaxtının müddəti həftə ərzində 24 saatdan artıq olmamalıdır. O, nəzərdə tutulmuş 24 saatın 15 saatını əsas iş yerində çalışdığı üçün əvəzçilik üzrə həftəlik maksimum 9 saat çalışa bilər.

Misal 2: İş­çi tam iş vax­tı ilə əsas iş ye­rin­də 09:00-dan 18:00-dək ça­lı­şır. Bu halda o, 19:00-dan 21:00-dək əvəz­çi­lik üz­rə əla­və iş ye­rin­də ça­lış­maq üçün işə­gö­tü­rən­dən ra­zı­lıq alma­­lı­­dır­­mı­­?

Əmək Mə­cəl­lə­si­nin 58-ci mad­də­si­nə əsa­sən, iş vax­tın­dan son­ra əvəz­çi­lik üz­rə əla­və­ iş yer­lə­rin­də­ iş­lə­mə­yə əsas iş ye­ri üz­rə işə­gö­tü­rə­nin ra­zı­lı­ğı tə­ləb edil­mir. La­kin işəgötürən əmək mü­qa­vi­lə­sin­də iş­çi­nin iş vax­tın­dan kə­nar vaxt­da işə­gö­tü­rən­lə rəqabət­də ol­an mü­əs­si­sə­də əla­və iş ye­rin­də əvəz­çi­lik üz­rə iş­lə­yə bil­mə­məsi ba­rə­də şərt irə­li sü­rə bi­lər.

Misal 3: İş­çi tam iş vax­tı ilə əsas iş ye­rin­də 09:00-dan 18:00-dək ça­lı­şır. Bu halda o, əsas iş vax­tı ər­zin­də, öz işi ilə ya­na­şı, həf­tə­də 3 gün 11:00-dan 13:00-a ki­mi işə­gö­tü­rən­lə rəqa­bət­də ol­ma­yan mü­əs­si­sə­də əla­və iş ye­rin­də əvəz­çi­lik üz­rə iş­lə­yə bil­mə­si üçün ərizə ilə işə­gö­tü­rə­nə mü­ra­ci­ət edə bi­lər. İşə­gö­tü­rən bu­na ra­zı­lıq ver­dik­dən son­ra iş­çi əsas iş vax­tı ər­zin­də əla­və iş ye­ri üz­rə əvəz­çi­lik­lə ça­lı­şa bi­lər. Bu hal­da işə­gö­tü­rən tərə­fin­dən əmək mü­qa­vi­lə­si­nə əla­və və ya də­yi­şik­lik edil­mək­lə bu hal rəs­mi­ləş­di­ri­lə bi­lər.

Mənbə:” Əmək qanunvericiliyinin praktiki izahı” kitabının 2024-cü il nəşri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Melaniya Tramp: Onu ABŞ-ın digər birinci xanımlarından fərqləndirən 10 FAKT

TikTok qadağasının 48 saatı: Tramp bu qərarı niyə ləğv etdi?

Bu peşədə işləyənlər ağır xəstəliyə tutula bilər

Büdcədə son 5 ilin ən kiçik kəsiri qeydə alındı

Gürcüstandan avtomobil gətirilməsi 43 faiz azalıb

İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı

“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verib

Bakı metrosu "Dərnəgül" deposunu istifadəyə verməyə hazırlaşır

Nazir: Saxlanılan gəmilərimizlə bağlı danışıqlar davam edir, müsbət irəliləyişlər var

Əhali ən çox pulu hansı aylarda xərcləyir? - QRAFİK

Bakının bu rayonunda üç gün su olmayacaq

Bakının bu rayonunda üç gün su olmayacaq

Metropolitenin yeni rəhbəri sıxlığı necə həll edəcək? - AÇIQLAMA

"Shiba Inu Coin" üçün böyük həftə: inqilabi açıqlamalar verildi

Vüsal Aslanov: "Bakıda tikiləcək 10 metro stansiyasının konseptual yerləri artıq bəllidir"

Xəzər dənizində üzən gəmilərə xəbərdarlıq - RƏSMİ

İran və Azərbaycan arasında yeni sazişin imzalanması gözlənilir

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb

Baş prokuror: AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırmalar aparırıq

Eldar Əzizov: "Bakının Baş planı əsasında köhnə tikililərin söküntüsü davam edir"

Azərbaycanda 1 milyondan çox insana 200 manat verilə bilər

Tramp inauqurasiyadan dərhal sonra təxminən 100 fərman imzalamağı planlaşdırır

Rusiya təyyarəsi Bakıda məcburi eniş edib

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

"MIT"in yeni süni arıları - "Euronews"

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin