BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8297
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1326
44411

Masallı rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun, İstehlak Mallarının Ekspertizası Mərkəzinin və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Aqrar Biznes Festivalı keçirilib. Festivalda Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin tabeli qurumları, həmçinin bank və bank olmayan kredit təşkilatları iştirak ediblər. Masallı “ASAN xidmət” mərkəzində keçirilən festivalda fermerləri maraqlandıran müxtəlif kənd təsərrüfatı təyinatlı texnika və məhsullar nümayiş olunub, müxtəlif qurumların mütəxəssisləri dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində fermer və sahibkarlara göstərilən dəstək barədə məlumat veriblər.

Festivalda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov fermerlərin maarifləndirilməsi istiqamətində rayonda keçirilən bu cür tədbirlərin əhəmiyyəti və aqrar sahəyə öz töhfəsini verəcəyini vurğulayıb. 

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məşhur Məmmədov çıxışında bildirib ki, ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına təmin edilir. Azərbaycanda qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan aqrar sahə uğurla inkişaf edir.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov fermerlərin aqrar innovasiyalara və maliyyə mənbələrinə çıxışını əlçatan edən bu festivallarda əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva və Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova çıxış edərək bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı baxımından bölgələrdə keçirilən bu tədbirlərin fermerlər, eyni zamanda sahibkarlar üçün  əhəmiyyətli olduğunu qeyd ediblər. 

Sərgi bölməsində kənd təsərrüfatlı təyinatlı texnikalar, müasir suvarma texnologiyaları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumları nümayiş olunub. 

Festival çərçivəsində keçirilən növbəti kredit yarmarkasında fermerlərə güzəştli kreditlərin verilməsi ilə bağlı məlumat verilib. Fermerlərin aqrar təyinatlı kreditlərin verilmə şərtləri, müxtəlif kredit məhsulları və digər məsələlərlə bağlı sualları cavablandırılıb. 

Bundan başqa, festivalda kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı ilə məşğul olan şirkətlər tərəfindən müxtəlif məhsullar satışa çıxarılıb, həmçinin Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan Kənd Qadınları Assosiasiyasının qadın üzvləri öz məhsullarının nümayişini və satışını həyata keçirib.

Festival çərçivəsində Aqrar Xidmətlər Agentliyi yanında Aqrar Təlim Mərkəzi, Aqrar Sığorta Fondu və özəl şirkət tərəfindən sahənin prioritet istiqamətləri üzrə fermerlərə təlimlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropa İttifaqı ölkələri LNG alışını kəskin azaldıb

COP29-la bağlı iki xəstəxana ayrılıb

Həyatımızın yeni trendi elektromobillər və xüsusiyyətləri – Batareyaları nə qədər təhlükəlidir?

Azərbaycan Mərkəzi Bankı beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib

20 mindən bahalı əmlak alanlardan bəyannamə tələbi niyə ləğv olundu? – Ekspert səbəbləri açıqlayır

Aqrar Sığorta Fondu: Hava şəraitinin dəyişməsi ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə 20 müraciət daxil olub

Növbəti hərraclara 49 əmlak çıxarılıb

“Zirə Gülçülük” məhkəmə qarşısında

Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb

KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək

Rusiya neft məhsullarının xaricə tədarükü üzrə antirekord vurub

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat

“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq

Türkiyədə inflyasiya bu tarixdən təkrəqəmli olacaq

Cəsarət Valehov nazir müşaviri təyin olundu

Cəsarət Valehov nazir müşaviri təyin olundu

Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib

Sıradan çıxan gəmi üzündən Boğaziçində nəqliyyatın hərəkəti dayandırıldı

Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edildi

İşləmək üçün ən çox üz tutulan ölkələr – TOP 7

Bakı metrosunda QR biletdən istifadə edənlərin sayı 45%-ə yaxın artıb

Azərbaycanda “Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanır

Şahin Bağırovdan yeni təyinat

Şahin Bağırovdan yeni təyinat

Azərbaycan ilə Gürcüstan arasında ticarət döviyyəsi 100 milyona yaxın azalıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin