Ekspert
12.03.2024 / 11:59
Ölkədən çıxışa qoyulan qadağa hansı halda qüvvədən düşür?
44133
“Vətəndaşların ölkədən çıxışına qadağa qoyulması üçün yalnız məhkəmə qərarı olmalıdır”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan vətəndaşlardan danışarkən deyib. Vəkilin sözlərinə görə, məsələnin həlli yolu vergi borclarının bağlanılmasından keçir:
“Vergi borcuna görə qadağanı vergi xidməti deyil, məhkəmə qoyur. Vergi orqanı həmin vətəndaşla bağlı məhkəməyə müraciət edir. Məhkəmə qərar verir. Vətəndaş vergi borcunu ödəməyincə ölkədən çıxışına qoyulan qadağalar qüvvəsində qalacaq”.
Əkrəm Həsənov bildirib ki, vergi borcunu ödəyən kimi vətəndaşların üzərindən qadağalar götürüləcək.
Aylin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay