BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
43489

Cənub Qaz Dəhlizi (SGC) XXI əsrin üçüncü onilliyinin ən uğurla tamamlanmış layihəsi olub.

Bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bu layihənin önəmi 5 dəfə artıb.

Ekspert tarixinə nəzər salaraq xatırladıb ki, bu layihənin tikintisi 2013-cü ildən başlayıb: “Ölkə başçısı İlham Əliyev Avropa bazarlarına Azərbaycan qazının çatdırılması üçün məhz “Şahdəniz-2” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, eyni zamanda Cənub Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihələrinin birgə həyata keçirilməsi ilə bağlı bilavasitə dövlət komissiyasının yaradılması ilə bağlı sərəncam imzalayıb. Bunun nəticəsi olaraq, bu gün SGC özündə dörd layihəni cəmləşdirir. Bütün bunları özündə birləşdirən SGC bu gün Azərbaycanın fəxrlə hər yerdə deyəcəyi bir layihəsinə çevrilib ki, ölkəmizə bundan həm siyasi, həm də iqtisadi dividendlər gətirir”.

E. Əmirovun sözlərinə görə, ümumiyyətlə bu dəhliz üzrə əsas maliyyə yükünü də məhz Azərbaycan tərəfi öz üzərinə götürmüşdü: “Çünki bu dəhlizin genişləndirilməsi ilə bağlı, dəhlizin yaradılması və burada maliyyə yükünün çoxluğu ilə bağlı müəyyən qüvvələr tərəfindən istehzalı məqamlar açıqlanırdı. Yəni Azərbaycanın yetərincə bu dəhlizdə dolduracaq qaz ehtiyatları yoxdur. Ancaq Azərbaycan tərəfi bu riski öz üzərinə götürdü və böyük uğurla icra etdi. 2015-ci ildən başlayaraq isə SGC-nin Azərbaycanda Məşvərət Şurasının görüşləri keçirilir”.


O həmçinin xatırladıb ki, ilk mərhələdə SGC-də Azərbaycan, Gürcüstan, İtaliya, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya olmaqla 7 ölkə iştirak edirdi: “Sonra isə digər 3 ölkə də layihəyə qoşulmaq niyyətini bildirdilər. Bunlar Balkan ölkələri - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro oldular. Hazırkı mərhələdə isə artıq burada başqa ölkələr də, məsələn, Serbiya, Macarıstan var ki, ciddi şəkildə bu layihədən yararlanmağa başlayıblar. Azərbaycanın 2,6 trilyon kubmetr həcmində olan zəngin qaz ehtiyatları var və bu ehtiyatlar imkan verir ki, məhz Azərbaycan Avropanın enerji təhlükəsizliyində öz rolunu oynasın. Təkcə bunun 1,2 trilyon kubmetri “Şahdəniz”də mövcuddur. Azərbaycan Prezidenti SGC Məşvərət Şurasının dünənki çıxışında da bildirib ki, “Abşeron” yatağının qaz ehtiyatlarının, eyni zamanda hasilat həcminin 5 milyard kubmetrə qədər çatdırılması, “Ümid” yatağında olan potensial, əlavə olaraq da “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarından qaz hasil olunması kimi məsələlər var ki, bu hələ uzun müddət ərzində Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rolu davam etdirməsinə imkan verəcək”.

O, diqqəti “Azəri-Çıraq-Günəşli” yatağına cəlb edərək bildirib ki, bu, məhz uzun müddət Bakı-Tbilisi- Ceyhan (BTC) boru kəmərini neftlə təmin edən rentabelli yatağımız olub: “Bu yataq artıq qaz yatağı kimi də öz töhfəsini verəcək. Təbii ki, bunun üçün AÇG-də dərin layların işlənməsinə ehtiyac var. Nəticə etibarilə blokun dərin laylarında olan qaz, kondensat ehtiyatları birmənalı olaraq həm ölkəmiz, həm SGC üçün öz töhfəsini verəcək”.

E. Əmirov bildirib ki, Rusiya və Ukrayna arasında olan münaqişə SGC-yə olan ehtiyacı həddindən artıq çox artırıb: “2022-ci ildən bu münaqişə səbəbindən Avropa ölkələrindən 10-dan çox Azərbaycana müraciət olub. Təbii ki, Prezident İlham Əliyev də heç bir müraciəti geri çevirməyib, yəni “yox” deməyib və Azərbaycan öz həm qaz ehtiyatları, həm ixrac potensialı baxımından, eyni zamanda layihənin genişləndirilməsi potensialı baxımından ölkənin gücünə inanaraq bilavasitə dəstək olmağa hazır olduğunu bildirib. Budur ki, Azərbaycan verdiyi sözün arxasında hər zaman durur. Yəni nəticə etibarilə bir qəribə situasiya yaranıb. Müraciət edənlər arasında SGC ideyasını Azərbaycan tərəfindən irəli sürüldüyü zaman Azərbaycanı dəstəkləməyən, hətta bu və ya digər formada ona mane olmaq istəyən qüvvələr də var. Həmin qüvvələr Azərbaycan 40 milyard avroluq layihəsini icra edən zaman ölkəmizi dəstəkləməyən qüvvələr də Azərbaycan qazından, Cənub Qaz Dəhlizindən mənfəət, yəni oradan yararlanmaq istədiklərini 2022-ci il ərzində ifadə ediblər”.

E. Əmirov deyir ki, Azərbaycan “yaşıl enerji” strategiyasından öncə özünü təsdiqləmiş və dünyada özünü doğrultmuş iki strategiya hazırlayıb və həyata keçirib. Ekspertin finkincə, bunlardan biri neft strategiyası, digəri isə qaz strategiyasıdır: “Artıq alternativ enerji strategiyası, yəni “yaşıl enerji” dediyimiz bərpa olunan enerji mənbələri hesabına istehsal olunacaq elektrik enerjisinin Avropaya çatdırılması ilə bağlı bir böyük strategiyamız var. Eyni zamanda ölkədə də bu enerjidən istifadə ilə bağlı məsələlər məhz bu strategiyanın alt çoxluğuna daxildir”.

O bildirib ki, məhz bu istiqamətdə Azərbaycan dünyanın aparıcı şirkətləri ilə, o cümlədən də Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanının şirkətləri ilə anlaşma memorandumları imzalayıb: “Azərbaycanda külək və günəş elektrik stansiyalarının fəaliyyətə başlaması ilə bağlı real praktik işlərə başlanılıb. Təkcə 230 MVt gücündə olan Qaradağ Günəş Elektrik Stansiyası (GES) bilavasitə ölkə iqtisadiyyatına həm istehsal olunacaq enerji və ixrac olunması potensialı baxımından, eyni zamanda bu enerjini qaz hesabına istehsal edərdiksə nə qədər itki olacaq və atmosferə 200 min tondan artıq karbon qazının atılması baş verəcək. Yəni bir çox istiqamətlərdə hər bir yaradılmış və icra edilmiş layihə birmənalı olaraq Azərbaycanın "yaşıl enerji" strategiyasının tərkib elementi olaraq öz töhfəsini verir”.

Ekspert qeyd edib ki, perspektivdə də böyük ehtimala görə bu, neft və qaz strategiyasından daha uğurlu və daha uzunmüddətli olacaq: “Ona görə ki, neft və qaz kimi ənənəvi enerji mənbələri tükənən resurslardır. Ancaq nə qədər ki, günəş var, bərpa olunan enerji mənbələri mövcud olacaq, enerji olacaq. Yəni GES-i şərtləndirən faktor günəşdir. Eyni zamanda, küləyi də yaradan əslində günəşin mövcudluğudur. Bu baxımdan düşünürəm ki, Azərbaycanda elektrik enerjisinin istehsalı alternativ enerji mənbələri hesabına olacaq. Deməli, elektrik enerjisinin davamlı olaraq ixracı mümkün olacaq və bu da Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də ümumiyyətlə daha geniş müxtəlif anlamlarda belə yararlanması üçün əlverişli mühit yaradacaq”.

E.Əmirov "yaşıl enerji"yə keçidlə bağlı COP29-a da toxunaraq bildirib ki, Azərbaycan bu tədbirə sadəcə ev sahibliyi etmir: “Azərbaycan eyni zamanda həm ölkə xaricində, həm də ölkə daxilində bir nümunə nümayiş etdirir. Ölkədə bu mühiti daha yaxşı formalaşdırmaq üçün həm tədbirin keçirilməsini, eyni zamanda mühiti daha üst formada formalaşdırmaqdan ötrü müəyyən addımlar atılıb. Bunların ən yaxşılarından biri məhz COP29 tədbiri çərçivəsində həyata keçiriləcək layihələr üçün sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə faizlərin dövlət tərəfindən subsidiyalaşdırılması mexanizmidir. Bu, ciddi şəkildə sahibkarlar üçün əlavə fürsət yaradır və risk amilini azaldır. Düşünürəm ki, bunun özü məhz "yaşıl enerji" strategiyasına verilən bir dəstək istiqamətidir”.//Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şənbə gününün hava proqnozu

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Azərbaycanda 5 ulduzlu hotellərdə orta qiymət 46%-dən çox artıb

Kəlbəcər şəhərinin ümumi yaşayış fondu 488 min kvadratmetr təşkil edəcək

Hazırda ölkədə nə qədər qida duzu ehtiyatı var?

"Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir" - Sahil Babayev

İçərişəhərə giriş məhdudlaşdırılacaq

Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtı açıqlanıb

Türkiyədə illik inflyasiya 70%-ə yüksəlib

Kəlbəcər şəhərinin Baş Planının detalları açıqlanıb

BP və tərəfdaşları Azərbaycandakı layihələrə 85 mlrd. dollar sərmayə qoyub

Avropada işləməyin asan olduğu ölkələr - TOP 10

Yüksək faizli depozit kampaniyası davam edir ®

İş müsahibəsində əvvəlki iş yerimizdən dava ilə ayrıldığımızı deməliyik?

İki ayda xaricdən 40 min ədədə yaxın paltaryuyan maşın almışıq

“EasyCep” Azərbaycanda fəaliyyətini genişləndirir ®

B2B bizneslər üçün nəticə verən yanaşmalar

B2B bizneslər üçün nəticə verən yanaşmalar

Marketlərin qarşısında yük boşaldan avtomobillərə niyə cərimə yazılır?

Kimlər natamam və qısaldılmış iş vaxtından istifadə edə bilər?

Bitcoin və Etherium yenidən bahalaşır - Kriptovalyutaların qiymətləri

Avro və rubl bahalaşdı - Məzənnə

Bu ərazilərdə qaz olmayacaq

Azərbaycan neftinin qiyməti ucuzlaşmaqda davam edir

Yaz semestrində nə qədər tələbə təhsil krediti alıb?

Payızdan etibarən bu ölkədə dördgünlük iş həftəsi tətbiq ediləcək

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Yaponiya maye qazı əvəz edəcək yanacaq növü tapdı

Məşhur topdansatış mərkəzi cərimələnə bilər

Misir ödənişlərdə rus rublunun rolunun artırılması məsələsini müzakirə edir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin