Energetika
01.03.2024 / 13:55
2020-ci ildən bəri 26 milyard kubmetrdən çox təbii qaz ixrac etdiyimiz ölkə
43428
2020-ci ildən bəri Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya 26 milyard kubmetrdən çox Azərbaycan təbii qazı tədarük olunub və bunun da 10 milyard kubmetri 2023-cü ildə nəql olunub.
Valyuta.az İtaliyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabına istinadən xəbər verir ki, bunu İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Frati Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.
Nazirin sözlərinə görə, Azərbaycan qazı İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində və dekarbonizasiyasında strateji rol oynayır.//Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay