Rusiya, Azərbaycan və İranın elektrik sistemlərinin birləşdirilməsi üzrə danışıqlar aparılır
Rusiya, Azərbaycan və İranın elektrik sistemlərinin birləşdirilməsi üzrə müzakirələr davam etdirilir.
Valyuta.az Trend-ə istinadən məlumatına görə, bunu İranın Rusiyadakı səfiri Kazım Calali deyib.
K.Calalinin sözlərinə görə, qeyd olunan ölkələrin elektrik sistemlərinin birləşdirilməsi nəticəsində elektrik mübadiləsinə imkan yaranacaq. Qeyd olunan ölkələr bir-birlərinin elektrik potensialından pik vaxtlarda istifadə edə biləcəklər.
Calali əlavə edib ki, hazırda İran və Rusiya neft, qaz və elektrik enerjisi sahəsində münasibətləri inkişaf etdirməkdədirlər. Bu münasibətlər hər iki ölkənin ehtiyaclarını təmin edə biləcək.
Xatırladaq ki, İranın energetika naziri Əli Əkbər Mehrabian ötən ilin sonlarında verdiyi açıqlamada İranla Rusiyanın elektrik şəbəkəsinin birləşdirilməsində ən optimal variantın Azərbaycan vasitəsilə olduğunu bildirib.
Qeyd edək ki, İranın qənaətincə, Rusiyada elektrikin maksimum istehlakı qış fəslində, İranda isə yay fəslindədir. Nəticədə, qış fəslində elektrik istehlakı az olan İran elektriki Rusiyaya ixrac, yay fəslində Rusiyadan idxal edə bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay