BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.148
  • TRY
    0.0434
  • GBP
    2.2971
41659

Sənədsiz evlər, tikintisi yarımçıq binalar, bir mənzili müxtəlif şəxslərə satan MTK-lar... Əmlak sektorunda bu problemlərin köklü şəkildə həlli istiqamətində addımların atılmasına başlanılıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova deyib ki, mənzil alan insanların işini asanlaşdırmaq və fırıldaqçılıq hallarının qarşısını almaq üçün vahid portal, reyestr yaradılacaq. Bununla bağlı Prezident İlham Əliyev tərəfindən fərman da imzalanıb. Vahid sistemin yaradılması ilə bağlı ekspertlərin gözləntiləri nələrdir?

Əmlakçı Mülkədar Rüstəmov düşünür ki, bu, gecikmiş olsa da, yerində verilmiş qərardır: “Bakı şəhərində yeni tikilən binalardan kifayət qədər şikayətçi insanlar var. Dəfələrlə şahidi olmuşuq ki, bir mənzili bir neçə nəfərə satıblar. Məhkəmələrdə hələ də çəkişmələr davam edir. Bu qərar belə halların qarşısını alacaq. Bu qərarın əsas mahiyyəti ondan ibarətdir ki, dələduzluq hallarının qarşısı alınmış olacaq. Belə dələduzluq hallarını son 3-5 ildə daha çox müşahidə edirik. Abşeron, Xırdalan ərazisində, Nərimanov rayonunda daha da çoxdur. Bir çox MTK sahibləri vətəndaşları aldadırlar. Tikinti şirkətləri bəzən maliyyə sıxıntıları yaşayırlar. Belə fırıldaqlara əl atırlar ki, tikintiyə lazım olan pulu əldə etsinlər. Sonradan vətəndaşa başqa mənzil təklif edərək guya kompensasiya edirlər”.

M.Rüstəmov dedi ki, ən çox fırıldaqçılıq mənzili tikilməmiş aldıqda olur: “Vətəndaşların əksəriyyəti mənzili binanın bünövrəsi atılanda almağa üstünlük verir. İnsanların 60-70 faizi bünövrədən mənzil alarkən aldadılırlar. Sonrakı satış qiyməti ilə 500-700 manat civarında fərq olur. İnsanlar sevinirlər ki, ucuz qiymətə mənzil sahibi ola biləcəklər. Amma bina tikildikdən sonra məlum olur ki, mənzillər eyni anda başqa-başqa adamlara satılıb”.

Ekspert qeyd etdi ki, bu dəyişiklikdən sonra artıq vətəndaş müvafiq qurumun saytına daxil olub mənzil almaq istədiyi bina haqqında ətraflı məlumat əldə edə biləcək: “Vətəndaşın binanın istismara qəbul edilib-edilmədiyindən xəbəri olacaq. Müştəri biləcək ki, tikintiyə rəsmi icazə alınıb. Əmlakın reyestr kodu olacaq. Ev alan şəxs arxayın olacaq ki, bina təhvil veriləndə reyestrdən keçdiyinə görə mənzil çıxarışla təmin ediləcək. Çünki hələ də 10-15 il əvvəl tikilmiş binalar var ki, çıxarış ala bilməyiblər. Bəzi şərtlər var ki, onlara əməl edilmədiyinə görə həmin binaların istismarına icazə verilməyib. Hazırda xüsusi layihə ilə müvafiq qurumdan icazə almış, lisenziyası olan MTK-lar hüquqi şəxs kimi reyestrə daxil olacaqlar. Yəni bu qaydalar hər bina tikənə şamil edilməyəcək”.

M.Rüstəmovun sözlərinə görə, hər bir ev həmin sistemdə qeydiyyatda olacaq: “Dövlət Xidmətində reyestr yaradılacaq, istismara qəbul edilmiş binalar həmin sistemdə görünəcək. Vətəndaş ilkin olaraq MTK-nın satış ofisinə müraciət edir, orada layihə ilə tanış olur və istədiyi mənzili seçir. İlkin alqı-satqı gerçəkləşir. Alqı-satqı vaxtı müqavilədə öhdəliklər yerinə yetirilən zaman elektron qaydada sistem yaradılacaq. MTK-nın öz portalı olacaq, oradan Xidmətə sorğu göndərəcək ki, filan binada tikdiyim, filan mənzil bu şəxsə satıldı. Sənədin biri MTK-da, digəri alıcıda qalacaq. Əsli isə Xidmətə göndəriləcək və vahid sistemə daxil ediləcək. Reyestrdə o mənzil həmin şəxsin adına qeyd ediləcək. Bina tam hazır olduqdan və təhvil verildikdən sonra vətəndaş müraciət edərək müqaviləni təqdim edib çıxarışını 14 gün ərzində rahat şəkildə ala biləcək”.

Müsahibimizin fikrincə, əvvəllər mənzilin satış hüququ MTK-da olurdu, bundan sonra isə yalnız vətəndaşda olacaq. Yəni bir nəfərə satılmış mənzil MTK tərəfindən ikinci şəxsə satıla bilməyəcək. Əgər mənzil kredit yolu ilə əldə edilibsə, MTK-nın belə bir hüququ var ki, vətəndaş mənzilin ödənişini tam ödəmədiyi təqdirdə, ödədiyi məbləği geri qaytarıb, mənzili ikinci şəxsə sata bilər”.

Ekspert bu qərarın mənzil qiymətlərinə təsirindən də danışdı: “Bazarda son aylar artan qiymət dinamikası müşahidə olunur. Qərar qüvvəyə mindikdən sonra bu, qiymətlərə daha da təsir edəcək. İlkin bünövrədən və daha sonra MTK tərəfindən satış prosesində mənzillərin və birinci mərtəbələrdəki qeyri-yaşayış sahələrinin qiymətində 5-10 faiz artım baş verə bilər”.

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, bu qaydanın optimal variantı Türkiyə və Belarusda mövcuddur: “Digər ölkələrdə inşaata başladıqda artıq portalda bütün bina virtual olaraq aktiv görünür. Mənzili seçirsiniz və istər hissəli, istər nağd ödənişlə alırsınız. Digər şəxslər həmin binadan mənzil almaq istədikdə hansı evlər boşdur, yalnız onu görə bilir. Binanın inşaatı gedə-gedə satışda da proses eyni portal vasitəsi ilə reallaşır”.

F.Xəlilov qeyd etdi ki, yeni qərar həm dövlət, həm də müştərilər üçün sərfəlidir: “Çünki bəzi iş adamları bir mənzili bir neçə nəfərə sata bilirlər. Nəticədə zərərçəkən vətəndaşlar olur. Həmçinin məhkəmələrə, prokurorluq orqanlarına əlavə yük düşür. Bu portalın açılması həm o insanların iş yükünü, həmçinin dövlətin risklərini azaldır. Amma yaxşı olar ki, proses həyata keçirilərkən MTK-lar arasında ayrı-seçkilik aparılmasın, hər şey şəffaf olsun”.

Mənbə: "Kaspi" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bitcoin" 102 min dollara qədər düşdü

14 yaşında qurduğu vebsaytla milyonçuya çevrildi - SƏHƏR OXUSU

Biznesinizi qloballaşdırmalısınız, yoxsa yerli bazarda qalmalısınız? - Ekspertlərin fikirləri

Məşhur akademikdən xəbərdarlıq: "Biz odla oynayırıq"

Bu qurum 792 min manatlıq xidməti avtomobil alacaq

Abramoviçin "Çelsi"nin satışından əldə etdiyi 2,35 milyardın aqibəti necə olacaq?

"Arkoz Qazax Sement Zavodu" MMC cərimələndi

"WhatsApp" istifadəçilərə öz süni intellekt köməkçilərini yaratmaq imkanı verəcək

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

1,1 milyon manat vergi borcu olan şirkət kimindir?

Orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər®

"Gəncə Memorial Hospital"da yoxlama: 6000 manat cərimə yazıldı

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

Dövlət büdcəsinin gəlirləri açıqlandı

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

"Swift" avtomobillərinin istehsalı dayandırıldı - Səbəbi isə...

“Şinkar Holdinq” Xocalıda 63 evin təmiri üçün 3,3 milyon alacaq

Bakıdan Qazaxa ilk dəfə sürət qatarları ilə sərnişin daşımalarına start verilir

WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub®

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi®

Mobil operatorların gəlirləri açıqlandı

Mobil operatorların gəlirləri açıqlandı

Qadağan olunan lüks məhsullar - SİYAHI, ÖLKƏLƏR

Fond fermerlərə 4 milyonluq ödəniş edib

Bu tarixdə şənbə günü iş olacaq

AccessBank-da yeni təyinat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin