BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
40871

Bir neçə gün əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planının təqdimatı mərasimində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları binaların bəzilərinin qəzalı vəziyyətdə olduğu üçün söküləcəyini, yenidən qurulacağını bildirib.

Məhz hansı ərazilərdəki binaların və nə zaman söküləcəyi maraq doğurur.

Valyuta.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Oxu.Az-ın müvafiq sorğusuna cavab olaraq bildirilib ki, hazırda belə bir siyahı yoxdur:

“Bu, təbii inkişaf prosesidir və bir çox amillərdən asılıdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, vətəndaşlar tədricən geri qayıdırlar. Köçürmə planları ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi məşğul olur”.

Komitədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır:

“İlk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Köçürülmə bərpa olunmuş və yenidən qurulmuş yaşayış məntəqələri üzrə qrafikə uyğun aparılır. Bu zaman yataqxana, sanatoriya, yarımçıq tikili kimi müvəqqəti məskunlaşma obyektlərində, ağır şəraitdə yaşayan məcburi köçkünlər mərhələli şəkildə köçürülürlər”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, azad olunmuş ərazilərə köçürülmə ilə əlaqədar ölkə üzrə tam boşaldılmış binalar yoxdur, bu səbəbdən də hələlik qəzalı vəziyyətdə olan binalar sökülmür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək

Bazar günü imtahan olacaq

“Baku Steel Company” şirkətində yeni təyinat

Bəzi təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Xarici turistləri rayonlara necə cəlb etmək olar?

Bu il Düşənbədən Bakıya aviareys açılacaq

Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar

Azərbaycan bu ay Bolqarıstanın təbii qaza olan tələbatının 76,6 %-ni ödəyəcək

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlanıb

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Zabratda evlərin kütləvi şəkildə satışa çıxarılması müşahidə olunur

FT: Ağ Evin yeni anti-Rusiya sanksiyaları bu fiziki şəxs və banklara təsir edəcək

DSMF-lə “Ofis Aləmi” arasında alqı-satqı qalmaqalı

KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır

"Google" ağdərili İT işçilərini kütləvi şəkildə işdən çıxarır, onları miqrantlarla əvəz edir

Azərbaycanda 3 ayda 400 min tona yaxın benzin istehsal olunub

Baş memarın şirkəti məhkəmə qarşısında - "EL & EN" Firması hansı qaydaları pozub?

Sabah yağış yağacaq

Məcnun Məmmədov FAO-nun nümayəndəsi ilə görüşdü

Tiktokerlər nə qədər vergi ödəməlidir?

Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək

3 ayda ölkəmizdə 13 min tondan çox pendir və kəsmik istehsal olunub

Aqrar Sığorta Fondunun ödənişlərinin artması fermerlərin fəaliyyətinə necə təsir edəcək?

Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları dəyişdi

Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir

1274 nəfər rezidenturaya imtahan verəcək

Nazir idarə rəisini işdən çıxardı

Nazir idarə rəisini işdən çıxardı

Bəzi şəxslər universiteti bitirdikdən sonra niyə işsiz qalır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin