BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
37426

Çıxarışı olmayan fərdi evlərin bahalaşdığı ilə bağlı məlumatlar var. Hətta paytaxt ərazisində yerləşən fərdi yaşayış evlərinin qiymətində üç-yeddi min manat civarında artım müşahidə olunduğu bildirilir.

Valyuta.az xəbər verir ki, fərdi yaşayış evlərinin qiymətində müşahidə olunan artım bu ilin oktyabr ayının 1-də qüvvəyə minən qanuna edilmiş dəyişikliklə əlaqəlidir.

Qanuna görə, çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Bu səbəbdən də hazırda çıxarışı olmasa belə, kommunikasiya xətləri mövcud olan ev və torpaq sahələrinin qiyməti artıb.

Bəs görəsən, qiymət artımı nə zamana qədər davam edəcək?

Mövzu ilə bağlı açıqlama verən əmlak eksperti Ramil Osmanlı qiymət artımında göstərilən rəqəmlərin şübhəli olduğunu deyib:

“Elə fərdi yaşayış evi var ki, üç min manat qiymət dəyişməsi həmin əmlak üçün dəyər artımı sayılmır. Üç min manat qiymət dəyişməsi, əslində, bəzi hallarda təklif qiyməti ilə razılaşdırılmış qiymət arasında itir. Çünki adətən, bazara təklif olunan mənzilin dəyəri 100 min manatdan yuxarıdırsa, onun təklif qiyməti ilə razılaşdırılmış qiyməti arasındakı fərq beş faiz, bəzi hallarda bir qədər daha yuxarı ola bilər. Bu da təqribən beş min manat və bir qədər yuxarı göstərici ola bilər.

İndiki halda bu istiqamətdə qeyd olunan rəqəmlərin səsləndirilməsi, əslində, düzgün yanaşma sayılmır. Amma bütövlükdə oktyabr ayının birində artıq kommunal xidmətlərə qoşulmuş fərdi yaşayış evləri istisna olmaqla, fərman imzalandığı tarixdən bu yana hətta texniki şərt almış şəxslərin belə, kommunal xidmətlərdən istifadəsi, qoşulması mümkün olmayacaq”.

R.Osmanlı qeyd edib ki, qiymət artımı qısamüddətli dövrü əhatə edəcək:

“Bu məqamlar qiymətlərə öz təsirini göstərəcək. Qiymətləri artıracaqlar. Bazarda müəyyən qədər canlanma yaranıb. Bu da, təbii ki, qısamüddətli bir dövrü əhatə edəcək. Çünki artıq sonrakı mərhələdə bu proses tamamilə fərqli istiqamətdə cərəyan edəcək”.

“Bütövlükdə fərdi yaşayış evlərinə tələb artıb. Qiymətlər bu səbəbdən bahalaşıb. Xüsusən də, şəhər mərkəzinə qismən yaxın olan ərazilərdəki fərdi yaşayış evlərinə tələbat var.

Tələbin artması, təbii ki, qiymətlərə təsir göstərir. Bu hal başadüşüləndir. Amma indiki halda qısa müddət ərzində qiymətlərin hansı rəqəmlər çərçivəsində dəyişməsini söyləmək bir qədər çətindir. Çünki hələ ki müəyyən meyilləri biz təklif qiymətlərində müşahidə edirik. Yəqin ki, ilin sonuna doğru faiz göstəriciləri ilə ifadə etmək mümkün olacaq ki, fərdi yaşayış evlərinin qiymətindəki artımlar hansı faiz dəhlizi arasında dəyişib”, - deyə R.Osmanlı qeyd edib.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin