BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
37304

Ölkəmizdə beş min nəfərdən çox şəxs bir mənzilin bir neçə nəfərə satılmasının qurbanı olub. Lakin mənzilin bir neçə şəxsə satılması ilə bağlı problem sonadək həllini tapmayıb. Bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.

Bu hallar hələ də davam etməkdədir.

Belə ki, Baş Prokurorluğun yaydığı məlumatda da yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin 100-dən artıq vəzifəli şəxsini eyni mənzilin birdən çox şəxsə satılması, habelə tikinti layihələrinin tamamlanmaması halları ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib.

Belə hallarla qarşılaşmış çoxsaylı vətəndaşlara vurulan maddi ziyanın ödənilməsi istiqamətində də qanunvericiliyə uyğun olaraq mümkün həddə tədbirlər görülüb.

Bəs, insanlar mənzil alarkən bu halla üzləşməmək üçün nə etməlidirlər?

Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, alqı-satqı çox zaman notariusdan kənar aparıldığından qeydiyyatı olmur.

"Bu səbəbdən də vətəndaş mənzilin alqı-satqısı barədə heç hardan məlumat əldə edə bilmir. Hazırda eyni mənzilin bir neçə nəfərə satılmasının qarşısını alan mexanizm yoxdur", - deyə ekspert əlavə edib.

Osmanlı daşınmaz əmlak sertifikatları məsələsinə də toxunub. O bildirib ki, Azərbaycanda bir neçə il əvvəl “Daşınmaz əmlak sertifikatları haqqında Qaydalar” təsdiq edilib.

"Eyni zamanda yeni qanunvericiliyə təminat qeydi məsələsinin salınması nəzərdə tutulub. Bu nəzərdə tutulsa da, indiki halda hələ ki, mümkün deyil. Çünki çox şirkət buna əməl etmir. Ona görə təklif edilir ki, elektron baza yaradılsın. Bütün şirkətlər tərəfindən məlumatlar həmin bazaya yerləşdirilsin və satılacaq mənzillər sertfikatlaşdırılsın.

Eyni zamanda mənzillər satıldıqca məlumatların bazada qeydi aparılsın. Məlumatların bazaya yerləşdirilməsi tikinti şirkətlərinin qarşısına tələb kimi qoyularsa, bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını müəyyən qədər almaq olar", - deyə ekspert qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin