BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.9216
  • RUB
    2.0775
  • TRY
    0.0441
  • GBP
    2.2624
35996

 Alıcılar yarımfabrikat, dondurulmuş xəmir məhsullarının doğru saxlanılmasına diqqət etməlidirlər. Donu açılmış və bir neçə dəfə dondurulmuş məhsullarda mütləq deformasiya olur və alıcılar bunu məhsulun xarici görünüşündən anlaya bilərlər.

Havalar soyuyan kimi xəmir yeməklərə tələbat artır. Bu yeməklərin hazırlanması isə elə də asan başa gəlmir. Amma düşbərə, xəngəl, pelmeni kimi məhsulları marketdən hazır şəkildə alanlar da az deyil. Bu məhsullar marketlərdə yarımfabrikat şəkildə satılır. Aldıqdan sonra sadəcə suya atıb bişirmək qalır. Bəs bu qidalar nə dərəcədə təhlükəsizdir?

Markalanma qanunu tam icra edilmir

İstehsal meneceri Sayat Quliyeva deyir ki, mağazalarda yarımfabrikat kimi satılan qeyd edilən qidalara uzun müddət qalması üçün müxtəlif əlavələr edilir: “Hazır dondurulmuş xəmir, xəmirdən hazırlanmış məhsullar yerli istehsal və idxal məhsulları olaraq mövcuddur. Yağlı qat-qat xəmirlər, hazır pizzalar idxal, xəngəl, düşbərə, türk mantısı kimi qidalar isə yerli məhsullardır. İdxal olunan məhsullar daha uzun müddətlidir. Belə məhsulların uzun müddət (minimum bir il) qalması üçün təbii ki, konservantlardan, rənglərdən, dadlandırıcılardan istifadə edilir. Yerli istehsal olan məhsullar isə şəffaf paketlərdə qablaşdırılır və saxlanma müddəti 72 saatdan 3 aya qədər dəyişir. Markalanma qanunu tam icra edilmir və müşahidələr göstərir ki, bəzi hallarda istehsalçılar xəmirdə yumurta istifadəsini rənglərlə əvəzləyirlər”.

Bu məhsullar tələb olunan temperaturda saxlanılmazsa...

S.Quliyevanın sözlərinə görə, belə məhsullar keyfiyyətini tez itirə bildiyi üçün qida zəhərlənmələrinə səbəb ola bilər: “Bu məhsullar xüsusilə də tərkibində ət, göyərti, süd məhsulları və digər əlavələr olan məhsullardır. Eyni zamanda yarımfabrikat (tam emal edilməmiş) olaraq satışı həyata keçirilir və uzun saxlanma müddətinin olması məhsulların tərkibində qatqıların - yəni E qrupuna aid konservantların olmasını bildirir. Mikrobioloji olaraq riskli məhsullardır, mütləq mənfi dərəcədə saxlanılmalıdır. Əgər bu məhsullar tələb olunan temperaturda saxlanılmazsa, donu açılıbsa, yenidən dondurulması zamanı tərkibindəki fiziki-kimyəvi və mikrobioloji göstəricilər pozulur və məhsul keyfiyyətini itirir. Məhsulun təhlükəsizliyi daşınma, saxlanma zamanı nəzərə alınmazsa, nəticədə istehlakçılar keyfiyyətsiz məhsul əldə etmiş olurlar. Keyfiyyətini itirən bu tipli məhsullar qida zəhərlənməsinə gətirib çıxarır. Daimi istifadə zamanı tərkibindəki konservantlara görə də törəmə xəstəliklərin yaranması qaçılmazdır”.

Məlumat hissəsində nələrə diqqət etməli?

İstehsal menecerinin fikrincə, məhsulun üzərində bütün detallar aydın şəkildə qeyd olunmalıdır: “Bu tipli yarımfabrikat dondurulmuş məhsulların doğru saxlanılmasına diqqət etməlidirlər. Donu açılmış və bir neçə dəfə dondurulmuş məhsullarda mütləq deformasiya olur və alıcılar bunu məhsulun xarici görünüşündən anlaya bilərlər. Məhsulun qablaşdırılmasında qeyd edilən məlumatlara tərkibi, tərkibindəki əlavələrin, xüsusilə də ətlərin mənşəyi, saxlanma müddəti, hansı kateqoriyadan olan istehlakçıların istifadə edə bilmələri, hazırlanma qaydası və sair daxildir. İstehlakçılardan xahiş olunur ki, qablaşdırılmasında dolğun məlumat əldə edə bilmədikləri məhsullardan istifadə etməsinlər”.

İstehsal üçün uyğunluq sertifikatı olmalıdır

Qida məsələləri üzrə ekspert Ağa Salamov bildirdi ki, belə məhsulları istehsal edənlər bəzi nüansları nəzərə almalıdırlar: “Ümumiyyətlə, marketlərdə satılan düşbərə, xəngəl, pelmeni və digər ətdən hazırlanan xəmir yeməklərinin birinci növbədə mənşəyi məlum olmalıdır. Yəni market bilməlidir ki, bu məhsulu kimdən alır və aldığı adamda da istehsal üçün uyğunluq sertifikatı olmalıdır. Bilinməlidir ki, məhsullar tam təhlükəsiz yerdə istehsal edilir, istehsal zamanı sanitar-gigiyena qaydalarına əməl olunur. Məhsulun istehsal və son istifadə tarixi üzərində yazılmalıdır. Saxlanmasında, daşınmasında, soyuq qida zəncirində qırılma olmamalıdır. Ətin mənşəyi də yoxlanılmalıdır”.

Evdə təhlükəsizdir deyə düşünürük, amma...

A.Salamovun sözlərinə görə, əgər məhsullar evdə hazırlanırsa, daha çox təhlükəli olma ehtimalı var: “Evdə hazırlananlar ona görə təhlükəlidir ki, şəraitsizlik ola bilər. Bu halda satışa çıxarılan məhsul kütləvi zəhərlənməyə gətirib çıxaracaq. Evdə məhsul hazırlayır, amma sertifikatı yoxdur. Bu, təhlükəlidir. Çünki bilinmir, məhsulu hazırlayan insanın təmizliyi necədir. İstehsalat prosesində işçilər altı ayda bir dəfə həkim yoxlanışından keçirlər. Ondan sonra fəaliyyətlərini davam etdirə bilirlər. Amma ev şəraitində bu, belə deyil”.

Bu cür məhsullar mal ətindən hazırlanır

Ekspert məsləhət görür ki, məhsulu keyfiyyətli ətdən hazırlasınlar: “Təbii ki, dana əti mal ətindən daha bahadır. Ona görə də, çox vaxt bu cür məhsullar mal ətindən hazırlanır və istehsal xərci də daha aşağı olur”.

A.Salamov deyir ki, məhsulun üzərində bütün məlumatlar açıq qeyd olunmalıdır: “İnsanların diqqət etməli olduğu məsələ əmtəə nişanıdır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiqlənmiş əmtəə nişanı mütləq olmalıdır. Kiçik istehsalatlarda da hər hansı markanı yaradırlarsa, onun da əmtəə nişanı olmalıdır”.

Xəmirlər bir-birinə yapışıbsa...

Müsahibimizin fikrincə, bu məhsulları alarkən görünüşünə diqqət etmək lazımdır: “Son istehsal tarixi yoxdursa, inqrediyentlər qeyd edilməyibsə, əmtəə nişanı yoxdursa, bu məhsullardan uzaq durmaq lazımdır. Çünki belə məhsulların uyğunluq sertifikatının olmamaq ehtimalı daha yüksəkdir. Bu da qida zəhərlənmələrinə gətirib çıxara bilər. Bu məhsullar quru halda olmalıdır. Quru halda deyil, bir-birinə yapışıbsa, deməli soyuducudan kənarda qalıb. Yəni saxlama şəraiti düzgün olmayıb ki, xəmir bir-birinə yapışıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kartla ödəniş edəndə niyə daha çox pul xərcləyirik? –“Cashless effect”in təsiri

Kartdan oğurlanan pulları geri qaytarmaq mümkündür - Hansı addımları atmaq lazımdır?

Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Az bal toplayan tələbələr təhsil aldıqdan sonra iş tapa bilirlər?

Milyarder Trampın ticarət siyasətini tənqid etdi

Rəsmi servis, yoxsa "ölüxana"? - Sürücülərə aldanmamaq üçün məsləhətlər

DİN-dən kiberdələduzlarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Yəqin özlərinə iş tapa bilmirlər - Deputatdan dil imtahanına əsəbi REAKSİYA

Azər Badamovun Moskva aeroportunda saxlanılmasına rəsmi Bakıdan REAKSİYA

"Hansısa xidmətdən narazı olanlar bir də gəlmirlər" - Turistlərin sayını necə artıraq?

"Hansısa xidmətdən narazı olanlar bir də gəlmirlər" - Turistlərin sayını necə artıraq?

“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib

Milli Məclisin deputatı Azər Badamov Moskva aeroportunda saxlanılıb və deport edilir

Bu gün 27 mindən çox şagird imtahan verib: Bir nəfərdə "ağıllı" saat aşkarlanıb

Silinən zolağa görə sürücülərə 100 manat cərimə yazılır: məsuliyyət kimdədir? - AÇIQLAMA

"Meta"nın gizli süni intellekt təcrübəsi - Məhkəmə mübahisələrə səbəb oldu

Dünyanın ən ağıllı ölkələri açıqlandı: Azərbaycan İQ reytinqində neçəncidir?

Banan tullantısı tekstil sənayesinə girir - Alimlərdən ekoloji kəşf

Tramp Konqresdən rekord milli təhlükəsizlik büdcəsi tələb edəcək

Kriptovalyuta bazarının son göstəriciləri

22 illik fəaliyyət – “Skype” niyə bağlanır? - SƏHƏR OXUSU

22 illik fəaliyyət – “Skype” niyə bağlanır? - SƏHƏR OXUSU

Yol-nəqliyyat hadisələrinin gizli səbəbləri: "Qəza şəraitini yaradan" kimlərdir?

Ölkəmizə gələn turistlərin sayı azalıb?

Qafqazda kazino biznesi necə inkişaf edir?

Azərbaycanda nazirlik ilk dəfə banklara büdcə vəsaiti ayırdı: Sadə vətəndaş bundan nə qazanacaq?

Azərbaycanda nazirlik ilk dəfə banklara büdcə vəsaiti ayırdı: Sadə vətəndaş bundan nə qazanacaq?

Amerikalı hakim "Apple"ı məhkəmə qərarını pozmaqda ittiham etdi

Azərbaycan komandası “TECHNOFEST-2025”də birinci yer tutub

Balakəndəki unikal abidə ilə bağlı sirr - Dünyanın nadir tarixi abidələrindən biri

Azərbaycanda nikahda rekord artım: Sevgi, qorxu, yoxsa qanun?

Cəlilabadda güclü yağışlar qədim yaşayış məskənini üzə çıxartdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin