Vergi
02.11.2023 / 13:19
Film istehsalı ilə bağlı vergi güzəşti müəyyənləşir
35764
Film istehsalı ilə bağlı vergi güzəşti müəyyənləşir.
Valyuta.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.
Layihədə qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və film istehsalını, habelə dublyajını həyata keçirən, mikrosahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-nin 2024-cü il yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilməsi təklif edilir.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay