BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.9308
  • RUB
    2.0666
  • TRY
    0.0447
  • GBP
    2.2463
35363

Çiyələk təsərrüfatı gəlirli sahə olduğundan ona maraq da il keçdikcə çoxalır. Çiyələk biznesinə başlamaq istəyən sahibkarların bilməli olduğu çox nüanslar var. Çiyələk biznesində sahibkarlar nələri bilməlidirlər?

Masallıda fermer təsərrüfatının rəhbəri Rafət Abbasov Valyuta.az-a çiyələk biznesinə başlamaq istəyənlərin bilməli olduğu əsas nüanslardan danışdı. Onun sözlərinə görə, çiyələk əkini üçün əlverişli torpaq seçməlisiniz: “Azərbaycanın istənilən yerində çiyələk əkilə bilər. Sadəcə şoran torpaq olmamalıdır, suyun da duzluluğu qaydasında olmalıdır. Çiyələk əkini üçün ən vacib məsələ torpaq və sudur. Çiyələk şoran torpaqları xoşlamır. Məsaməli qumsal torpaqlarda daha yaxşı yetişir. Gərək torpaq suyu süzə bilsin, orada qurunt suları dayanmasın. Əkinə başlamazdan əvvəl mütləq torpağın analizi verilməlidir, torpaqda hansı gübrələr çatışmırsa, onlar əlavə olunmalıdır. İkinci əsas məqam da, suvarılan suyun duzluluğu qaydasında olmalıdır. PH (Hidrogen göstəricisi) 6-7 aralığında olması çiyələk üçün daha əlverişlidir”.

Eləcə də bax: Batan biznesi borc və kreditlə xilas etmək mümkündür? - Ekspert şərhi

Mütəxəssis, çiyələyin ştillərinin sortlarına da diqqət etməli olduğunuzu vurğulayıb. Çünki hər ştilin fərqli xüsusiyyətləri var: “1 hektar ərazidə 2 cərgədə 130 000-ə yaxın ştil əkilir. Ştillər də əsasən xaricdən gətirilir. Bölgəsinə görə də şitillər dəyişir. Şitil 5 qəpikdən 15 qəpiyə qədər tutur. Həm sayına görə qiymət dəyişir, həm də sortuna görə. Hər şitilin də öz sortuna görə öz xüsusiyyətləri var. Onun bazarını nəzərdə tutub əkin aparırıq. Məsələn, Masallıda əsasən Rusiya bazarına üstünlük verilir, ona görə də, “Murano” sortundan çox istifadə edirik. Çünki “Murano” sortunun görünüşü yaxşı olur. Əsas odur ki, sort dadlı, şirin olsun və bazarda yer tuta bilsin”.

Bəs 1 hektar sahədə çiyələk yetişdirmək üçün nə qədər maliyyə lazımdır?

Rafət bəy deyir ki, çiyələkləri bağlı (istixana) və açıq sahədə yetişdirilir. Hər birində qiymət fərqli olur: “Bağlı yerdə çiyələyi yetişdirmək üçün iki cür istixana mövcuddur. Bir var, dədə-baba qaydasında, yəni ki, tellərlə, məftillərlə hər 3 metr enində, 1,5 metr hündürlükdə armatularla bağlanır, poletilenlə üstü örtülür, içində isə heç bir örtük olmur. Bunun üçün avadanlıqların qiyməti 1 hektar ərazi üçün təxminən 15 000 manat tutur. Onlarda məhsul yığımı mart ayından başlayır. Onda da çiyələyin qiyməti baha olur. Qiyməti may ayında satılan çiyələyin 2-3 qatına yüksəlir, 6,7, 8 manat civarında olur. Bir də var tam istilik sistemi quraşdırmaq. Bu zaman 1 hektar ərazidə istilik sistemi çəkilərsə, 300-400 min manata başa gələcək. Orada əsas xərc konstruksiyaların qurulmağı, istilik sisteminin çəkilməsidir.

Açıq ərazidə əkilən zaman isə təxminən 15 000-20 000 civarında bir hektara pul lazım olur”.

Hüquqi tərəflərinə gəldikdə isə, fermer bildirdi: “Torpaq vergisi veririk, amma kənd təsərrüfatı torpaqdan gələn gəlir vergisindən azaddır”. 

R.Abbasov deyir ki, çiyələk əkmək gəlirli biznesdir: “Çiyələk çoxillik bitkilərdir, 1 il üçün nəzərdə tutulmur, risk də başqa əkinlərə nisbətən azdır. Məsələn, pomidor, badımcan, xiyar bir illikdir.

Hava əlverişli keçmədiyi təqdirdə ikinci ilə ümid yoxdur. Amma çiyələkdə elə deyil. Çiyələk 7 illik bitkidir. 1 il maya qoyulursa, 2-3 il gəlir əldə etmək olur. Birinci il nə xərc qoyulubsa, ikinci il həmin xərcin 10 faizini çox qoymaqla həmin sahə bərpa olunur. Çiyələk ilk dəfə əkilirsə, hektara 20-25 ton məhsul götürmək olar. Sonradan bu 50-60 tona qalxa bilər. Çiyələk başqa əkinlərə baxanda gəlirli sahədir. Riski də çox azdır. Yaxşı bilən adam yaxşı sərmayə yatırsa, qazana bilər”. 

R.Abbasov çiyələyin satış məsələsinə də toxundu: “Satış məsələsinə gəldiksə isə, mən 17 ildir ki, çiyələk əkirəm. Qiymətindən asılı olmayaraq çiyələyin yerdə qaldığını görməmişəm. Nə qədər məhsul olsa da, bazarda çiyələyə tələbat var. Əsas odur, məhsul olsun, satışda heç bir problem yoxdur”.

Mütəxəssis bildirir ki, yığım mövsümü başlanan vaxt 10 nəfər işçiyə ehtiyac yaranır: “Yaz aylarında yığım başlanır. İsti bölgələrdə aprelin sonlarından, soyuq bölgələrimizdə mayın 10-undan başlanılır. Çiyələk aprelin axırından dərilməyə başlayanda hər gün yığım getməlidir. 1 hektarda minimum 8-10 nəfər ilboyu işlə təmin olunur. Gün olur 500 kq çiyələk dərirsən, gün olur 100 kq. Əsas may, iyun aylarında yığım çox olur”. 

R.Abbasov yeni başlayanlara tövsiyə də verdi: “Həmişə tövsiyə edirəm ki, əgər 3 hektarda çiyələk əkmək fikrin varsa, 1 hektarını ək, bir az da bu sahəni öyrən. Öyrəndikdən sonra qalanını əkərsən. Birdən-birə 3 hektarı əkməyə ehtiyac yoxdur”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone 16 Pro" reklamlarında süni intellekt vurğusu niyə arxa plana keçdi?

"Türk Med Medical Center" cərimələndi

Britaniyada "Google"a qarşı 5 milyard funt-sterlinqlik iddia qaldırıldı

“Azərişıq” Füzulidə üç kəndə işıq çəkəcək - 1 milyonluq layihə

Yük avtomobili istehsalı 7 dəfədən çox azalıb

Qiymət bahalaşdı, istehsal azaldı

Nizamnamə kapitalı 0 olan şirkətin 100 mindən çox borcu var

Nizamnamə kapitalı 0 olan şirkətin 100 mindən çox borcu var

UFAZ-ın 129 min manatlıq tenderi ləğv edildi

Ümumi istehsal 15% artsa da, geyim istehsalı hələ də aşağıdır

200 manatlıq şirkətin 188 min vergi borcu var

Çinin Trampa qarşı ticarət müharibəsində yeni silahı: 7 "kiçik çubuq"

Bir ildə 23 satınalma müqaviləsi bağlayan şirkətin 17 min manat vergi borcu var

Medvedev şirkətlərindən 8 milyard qazandı, pulu "gizli bağ evi"nə xərclədi

Xəstəxanadan deputata məxsus olduğu deyilən şirkətə 123 min manatlıq sifariş

Bu tekila və viskilər saxta imiş - FOTOLAR

Hidrometrologiya Xidməti: Bakıda hazırda yağıntının miqdarı normadan 2 dəfə çoxdur

Bu ərazilərdə qaz kəsiləcək

AQTİ-nin maliyyə hesabatları yoxlanılacaq

Prezident onlara yeni vəzifə verdi - SİYAHI

Prezident onlara yeni vəzifə verdi - SİYAHI

100 illik ayaqqabı markası müflis oldu

AZAL: "2032-ci ilə qədər aviaparka yeni “Airbus” və “Boeing” təyyarələri daxil olacaq"

Külli miqdarda borcu olan şirkət bağlandı

Mərkəzi Bank daha bir elektron pul təşkilatına lisenziya verdi

AYNA: Bu il Azərbaycana 100-dən artıq avtobus gətiriləcək

"OpenAl" tamamilə yeni sosial şəbəkəyə hazırlaşır: Nələr məlumdur?

Səhmlərdən əldə edilən gəlirin vergiyə cəlb olunmasında YENİLİK

“Aqrarkredit”ə məxsus torpaq və evlər satışa çıxarılır - 5350 manatdan başlayan qiymətlər

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin edildi

“Azər Türk Bank” kredit faizlərini artırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin