
Bu tələbələr təhsil məzuniyyətindən istifadə edə bilər - 30, 40 təqvim günü...
“Yalnız qiyabi oxuyanlara təhsil məzuniyyəti ilə bağlı güzəştlər olunur”.
Bu sözləri Valyuta.az-a Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov işləyən tələbələrə təhsillə bağlı məzuniyyət verilməsi haqqında danışarkən deyib.
Sahib Məmmədov bildirib ki, qiyabi oxuyanlar üçün təhsil məzuniyyəti dövründə ödənişli məzuniyyətlər nəzərdə tutulur:
“Amma əyani oxuyanlar üçün heç bir hüquq yoxdur. Əyani oxuyanlar dərsdən kənar zamanlarda işləyirsə, onlara hər hansı bir güzəşt nəzərdə tutulmur. 123-cü maddəyə əsasən, ödənişli təhsil məzuniyyətləri yalnız işləyən qiyabi təhsil alan tələbələr üçün nəzərdə tutulub”.
“Ali təhsil müəssələrində qiyabi şöbələrində oxuyan işləyən tələbələrə laboratoriya işlərini yerinə yetirməklə, yoxlama və ya imtahan verən dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 gün, 3-cü və 4-cü kurslarda isə 40 gün, orta ixtisas təhsili müəsisələrində isə 20 və 30 gün müvafiq olaraq ödənişli məzuniyyət verilir. Bu məzuniyyət də semesterlərə bağlı olaraq iki dəfə götürülə bilər. Bundan əlavə qiyabi təhsli alan tələbəyə dövlət imtahanı dövründə 30 gün müddətində ödənişli məzuniyyət verilir. Diplom işinin hazırlanması müddətində bütün ali təhsil müəssələrində qiyabi şöbədə təhsil alan tələbələrə 4 təqvim ayına qədər, orta ixtisas təhsil müəssələrində isə 2 təqvim ayına qədər məzuniyyət verilir”, deyə həmsöhbətimiz əlavə edib.
“Təhsil məzuniyyəti verilən tələbələrə əlavə əmək məzuniyyəti də verilə bilərmi” sualına cavab olaraq ekspert bildirib ki, təhsil məzuniyyəti götürənlərə də ödənişli əmək məzuniyyəti verilir.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay