
İş axtaran da çoxdur, iş elanı da. Niyə iki tərəf də axtardığını tapmır?
“Azərbaycanda iş yoxdur” deyə dad edənlər çoxdur. Eyni zamanda, iş elanları da tez-tez qarşımıza çıxır. İş axtaranlar da, işçi axtaranlar da kifayət qədər olduğu halda, niyə hər iki tərəf istədiyini tapa bilmir?
“HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə Valyuta.az-a açıqlamasında bildirdi ki, əsas səbəb işəgötürənlərin tələblərinin çox olmasıdır: “Azərbaycanda hazırda həm işsizlik problemi, həm də işçisizlik problemi var. Vakansiyalar çoxdur. Bəzən vakansiyalarda görürük ki, tələblər həddindən artıq çoxdur, şişirdilib. Bunu da onunla əlaqələndirirlər ki, bütün müəssisələrə ancaq və ancaq ən yüksək ixtsaslı işçilər lazımdır. İşin əsl öhdəliklərinə baxdıqda, heç də yazılanlar qədər olmadığını görmək olur. Yəni, şərti olaraq vakansiyada 10 öhdəlik tələb olunur, amma işdə sadəcə 4-5-i istifadə olunur”.
İlkin Mirzəzadə xarci dil tələbinin də işçi tapmağı çətinləşdirdiyini dedi: “Əsas problemlər də xarici dil tələbinə görə olur. Xüsusilə, rus dilinə görə. Xarici dil tələbinə səbəb fərqli ola bilər. Bəzən müəssisənin Rusiya ilə əlaqəsi olduğu üçün rus dili biliyi tələbi olur, bəzən müəssisədə bəzi əməkdaşların rusdilli olmasına görə yeni gələn əməkdaşların da rus dili bilməsi tələb olunur".
Mütəxəssis vurğuladı ki, iş axtaranların iş tapmamasında səbəb özündəki problemlər də ola bilər: “İnsanların özlərini inkişaf elətdirməmələri, vakansiyaların tələblərinə uyğun özünü peşəkar səviyyəyə qaldırmamaqları müəyyən dərəcədə onların işsiz qalmasına səbəb olur. Yəni Azərbaycanda kifayət qədər yüksək maaşlar alan işçilər də var, yaxşı vakansiyalar verən şirkətlər də mövcuddur. Bu fürsətlərdən yararlanmaq üçün işçilər özlərini daim inkişaf etdirməlidirlər”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay