BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
33712

Ötən həftədən etibarən, Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olanlarla bağlı yeni cərimələr müəyyənləşib. İnzibati Xətalar Məcəlləsinə (İXM) edilən dəyişikliyə əsasən, kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna müəyyən olunmuş qaydada, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək cərimə ediləcəklər.

Valyuta.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, bu istiqamətdə təyin edilən yeni cərimələr regionlarda müəyyən problemlər yaradacaq: 

“Nisyə mal adətən alıcı ilə satıcı arasında olan məsələdir. Ona görə də ikisindən biri şikayət etməlidir ki, mövcud vəziyyətdə məsələ ilə bağlı araşdırma aparılsın. Regionlarda, rayon yerlərində adətən insanlar bir-birini tanıyır. Ona görə də müəyyən məhsul və malları bəzi hallarda nisyə alırlar. Belə olan halda prosesə dövlətin birbaşa formada müdaxilə etməsini anlamıram. Qanunda cərimələr deyil, prosesin rəsmiləşdirmə növləri müzakirə olunub qəbul olunsaydı, daha yaxşı olardı. Məsələn, şahidlərin iştirakı ilə notarial qaydada imzalamaq. Qərar Bakı şəhərində geniş əks-səda doğurmayacaq. 

Regionlar üzrə isə qərar müəyyən problemlər yaradacaq. Çünki bir-birilərini tanıyanlar bəzi hallarda malı nisyə verməklə bir-birinə kömək edir. Həmin hərəkətin də ticari dövriyyəyə böyük ziyanı olmur. Yəqin ki, gələcəkdə prosesin işləmə mexanizmlərilə bağlı yeni düzəlişlər də qəbul olunacaq”. 

Həmsöhbətimizə görə, atılan addım regionlarda nisyə alış-verişin müəyyən dərəcədə azalmasına rəvac verəcək:

“Nəticədə ticarət dövriyyəsində müəyyən azalmalar da ola bilər”. 

Ramiz
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin