BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
31642

Biznes qurmaq istəyənlər az rəqabətli, boşluq olan sahələr axtarırlar. Çünki bazarda nə qədər az oyunçu olsa, bazarı ələ almaq daha asan olur. Azərbaycan bazarını götürsək, hansı istiqamətlərdə həmin boşluqlar var ki, biznes qurmaq olar?

Biznes konsultant Vüsal Səlimov valyuta.az-a açıqlamasında biznes qura bilinəcək 6 sahə qeyd etdi: “İstehsalat və ticarəti qeyd etmirəm, o istiqamətlərdə boşluq çoxdur. Müştərilərlə iş əsasında tələb hiss etdiyim xidmət sahələri ilə bağlı biznesləri qeyd etmək istərdim”.

Maliyyə analitika xidməti

V.Səlimov ilk növbədə maliyyə analitika xidməti sahəsində biznesə tələb olduğunu dedi: “Maliyyə analitikləri ölkədə çoxdur, ancaq onların işinin keyfiyyəti qənaətbəxş deyil. Bu xidməti biznesləşdirib müştərilərə keyfiyyətli şəkildə xidmət göstərməklə bazara daxil olmaq mümkündür. Xüsusilə orta və böyük şirkətlərdə bu sahəyə tələb var. Bu sahədə biznes olsa, “outsourcing” yolu ilə şirkətlərə xidmət göstərə bilərlər. Maliyyə cəhətdən analitik hesablamalar, araşdırmalar aparıb şirkətdə xərclərin effektivliyini təmin edə, cari maliyyə vəziyyətini ortaya çıxara bilərlər”.

Maliyyə diaqnostikası xidməti

Biznes konsultant maliyyə diaqnostikası sahəsində də bazarda boşluq olduğunu bildirdi: “Bu xidmət də ölkədə mövcuddur. Müəyyən konsaltinq şirkətləri də bu xidməti göstərirlər. Ancaq belə şirkətlər də azdır, ya da keyfiyyət aşağıdır. Maliyyə diaqnostika xidməti auditdən fərqlidir. Maliyyə diaqnostika mailiyyəni analiz edib kənar baxışla burada nəyin doğru, nəyin yanlış olduğunu müəyyən edir. Maliyyə diaqnostikası maliyyə analitikası ilə də eyni deyil. Maliyyə analitikası cari proseslərlə işləyir, davamlı olaraq biznesdə maliyyə proseslərini izləyir və oradakı uyğunsuzluqları müəyyən edir. Maliyyə diaqnostika isə bütöv maliyyə sisteminin diaqnostikası ilə məşğuldur. Bu daha çox illik xidmətə bənzəyir”.

Data analitikası biznesi

V.Səlimov data analitikası sahəsində də biznesə bazarda tələb olduğunu vurğuladı: “Data analitika xidməti bütöv fəaliyyət nəticəsində yaranan datanı analiz edir. Data analitika daha çox satış və marketinq yönümlü xidmətdir. Bazarda ciddi ehtiyac olsa da, mütəxəssis yox səviyyəsindədir. Data analitika xidmətini qurulsa, varsa, işi təkmilləşdirilsə, uğur qazanılacaq sahədir. Bu sahədə uğur qazanmaq üçün təlim, təhsil almaq, xarici təcrübəni öyrənmək lazımdır”.

Korporativ hüquq xidməti

V.Səlimov korporativ hüquq sahəsində də bazarda boşluqlar olduğunu qeyd etdi: “Ölkədə kifayət qədər savadlı, təhsilli hüquşünas var. Ancaq korporativ sektorda bu say çox aşağıdır. Hüquq şirkətləri, hüquq büroları daha çox mülki işlər üzrə ixtisaslaşırlar. Korporativ sahədə ixtisaslaşan hüquq bürolarına demək olar rast gəlinmir. Bu çox spesifik sahədir. Korporativ hüquqşünas vergi məcəlləsini, korporativ davranışları, korporativ idarəetməni və s. bilməlidir. Bu sahədə ciddi kadr çatışmazlığı var. Korporativ hüquq xidməti göstərən şirkət qurulsa, peşəkar iş ortaya qoyulsa, tələb çox olacaq”.

Tingçilik biznesi

V.Səlimov tingçilik biznesi qurmağın da uğurlu addım olacağını deyir: “Bu sahə ilə məşğul olanlar deyə bilər ki, bu işi görən minlərlə biznes mövcuddur. Ancaq bu sahə ilə məşğul olan, tingçiliyin qaydalarına əməl 3-4 biznes ola-olmaya. Məsələn, belə bir norma var ki, bir torpaq sahəsində ting 2 il əkilə bilər. Yabanı formada ağaclar gətirilir, kəsilib calaq olunur, növbəti il ağac çıxarılıb satılır. 2-ci il də eyni hadisə təkrarlanır. 3-cü il isə bunu etmək olmaz. Təqribən 20 il o torpaqda yenidən ting vurmaq olmaz. Azərbaycanda isə faktiki olaraq eyni torpaqda 10 illərlə ting vurulur. Bu isə bir tingdən torpağa keçən xəstəliyin digər tinglərə keçməsinə səbəb olur. Həmin ağacda olan xəstəlik əkildiyi il deyil, bir neçə il sonra üzə çıxır. Xəstəlik ağacı qurudur və zərərçəkən sübut edə bilmir ki, tingdə xəstəlik olub. Çox az sayda şirkət var ki, bir torpaqda maksimum 3 il ting yetişdirsin. Ölkəmizdə bu sahədə boşluq var”.

Aqronomluq xidməti göstərən şirkət

Müsahibimiz aqronomluq xidməti göstərəcək şirkətlərə də bazarda tələb çox olduğunu deyir: “Azca bitkilərdən anlayışı olan insan özünə aqronom deyir. Halbuki, bu sahənin dərin təhsili var. O təhsili alan insanlar həddindən artıq azdır. Həmin mütəxəssisləri bir araya gətirib şirkət qurmaq olar. Böyük bağ sahibləri, sahibkarlar daxili bazardan 5-10 dəfə daha bahalı aqronomları xaricdən gətirmək məcburiyyətində qalır. Yerli şirkət olsa, daha yaxşı mütəxəssislər toplansa və yaxşı xidmət göstərilsə, tələb olacaq”.

Qarakişi Vəlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin