BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8297
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1326
31371

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha bir iri sənaye müəssisəsinin - “Qaradağ Şüşə Zavodu” ASC-nin dövlətə məxsus səhmlərinin satışı üzrə keçirilən investisiya müsabiqəsinin qalibi müəyyənləşib.

Dövlət Xidmətindən Valyuta.Az-a bildirilib ki, qalib 10,5 milyon manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb. Əmlak Məsələləri Dövlət Xidməti müəssisələrin sağlamlaşdırılması və özəlləşdirilməsi istiqamətində işləri davam etdirir. Dövlət müəssisələrinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi isə sərmayələrin cəlb edilməsi, müasir texnologiyalara əsaslanan istehsalın qurulması və genişləndirilməsi, yeni iş yerlərinin yaradılması baxımından əlverişli mexanizmdir.

İqtisadi inkişafa töhfə verə biləcək daha bir müəssisənin - “Qaradağ Şüşə Zavodu” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub. Müsabiqə komissiyası tərəfindən iddiaçıların təklif zərfləri açılıb, təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən “Glass Vay” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub.

Avqustun 2-də müsabiqənin qalibi ilə alqı-satqı müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, investor dövlət büdcəsinə 20 milyon manat köçürməli, iki il ərzində müəssisədə 10,5 milyon manat həcmində İnvestisiya Proqramını icra etməlidir. Proqram çərçivəsində sobanın və şüşə istehsalı avadanlıqlarının, sexlərin əsaslı təmiri və yenidən qurulması, istehsal üçün tələb olunan digər avadanlıqların alınması, infrastruktur təminatının yaxşılaşdırılması (elektrik enerjisi, qaz təchizatı, yol çəkilişi və sair) nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Logistika şirkətinə protokol tərtib edildi

Rusiyanın neft-qaz sənayesi kadr çatışmazlığı - 1,86 milyon işçi lazımdır

“Azəristiliktəchizat”ın maliyyə hesabatları yoxlanılacaq

Ən məşhur "Xiaomi" proqramlarından birində təhlükəli virus aşkarlandı

“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

Avropa İttifaqı ölkələri LNG alışını kəskin azaldıb

COP29-la bağlı iki xəstəxana ayrılıb

Həyatımızın yeni trendi elektromobillər və xüsusiyyətləri – Batareyaları nə qədər təhlükəlidir?

Azərbaycan Mərkəzi Bankı beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib

20 mindən bahalı əmlak alanlardan bəyannamə tələbi niyə ləğv olundu? – Ekspert səbəbləri açıqlayır

Aqrar Sığorta Fondu: Hava şəraitinin dəyişməsi ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə 20 müraciət daxil olub

Növbəti hərraclara 49 əmlak çıxarılıb

“Zirə Gülçülük” məhkəmə qarşısında

Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb

KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək

Rusiya neft məhsullarının xaricə tədarükü üzrə antirekord vurub

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat

“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq

Türkiyədə inflyasiya bu tarixdən təkrəqəmli olacaq

Cəsarət Valehov nazir müşaviri təyin olundu

Cəsarət Valehov nazir müşaviri təyin olundu

Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib

Sıradan çıxan gəmi üzündən Boğaziçində nəqliyyatın hərəkəti dayandırıldı

Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin