BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1606
30470

Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü və Aqrar İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə ölkəmizdə aqrar texnologiyalara dair müxtəlif müsabiqə, yarışma, hakaton və festivallar keçirilir. Bu müsabiqələrin əsas məqsədi aqrar sahədə innovasiyaların təşviqi və tətbiqinə, aqrar startapların inkişafına, innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə və aqrar idarəetmənin təkmilləşdirilməsinə dəstək göstərməkdir. 

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahəyə dair müxtəlif yarış, müsabiqə və festivallarda öz startap layihələri ilə iştirak etmiş gənclərlə görüşüb. Nazir müsabiqələrdə təqdim olunan startap layihələrini müsbət qiymətləndirib, bu layihələrin gələcəkdə kənd təsərrüfatı məhsullarının istehsalında səmərəliliyin artmasına müsbət təsir göstərəcəyinə əminliyini vurğulayıb. Nazirlik tərəfindən aqrar startaplara hər cür dəstəyin göstəriləcəyini deyən Məcnun Məmmədov aqrar sahədə tətbiq olunacaq yeni texnologiyaların ölkə iqtisadiyyatının inkişafına dəstək verəcəyini bildirib və bu istiqamətdə göstərdikləri fəaliyyətdə startapçılara uğurlar arzulayıb. 

Görüşdə qeyd olunub ki, bölgələrdə keçirilən Aqrar İnnovasiya Festivallarında 10-dan artıq ali məktəbin 20-dən çox startap komandası iştirak edir. “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı, “Agro X”, “Greenovation”, “Ideathon on Agrinnovation”, “Baku Food Hackathon”, “Gələcək üçün bacarıqlar” müsabiqələrində iştirak etmiş startapçılar öz layihə və prototiplərini təqdim ediblər. 

Layihələr arasında fındıq məhsulunu toplayan qurğu, arıçılıqda “varatoz” gənəsinə qarşı mübarizə, yerli bal istehsalçıları arasında birbaşa əlaqələrin qurulması üzrə platforma, suvarmanın süni intellektlə idarəolunması məqsədilə avadanlıq və web platforma, avtomobillər üçün portativ qida bloku, qrunt sularını idarəedən səki daşları, bioqaz, geni modifikasiya olunmuş baramalar,  iqlim stansiyası, dəqiq suvarma idarəçiliyi üçün sensor, ağıllı istixana idarəetmə sistemi, alaq otlarını lazer sistemi ilə təmizləyən aqro-robot kimi startaplar daha çox maraq doğurub. 

Görüşdə məhsul istehsalının artırılması üçün aqrotexniki qulluq qaydalarını asanlaşdıran startap layihələri ilə bağlı fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mövlam Şıxəliyevin əmlakları hərraca çıxarıldı

"Volvo" tam avtopilotlu yük maşını təqdim etdi

"Sara Lizinq" gömrük qaydalarını pozub?

Niderland Rusiya aktivlərindən əldə olunan gəlirin Ukraynaya köçürülməsi qərarını dəstəkləyəcək

“Aznur” şirkəti AQTA-nı məhkəməyə verdi

Dəniz səviyyəsinin qalxması hansı təhlükələrə səbəb ola bilər?

"Əşrəfoğlu" cərimələnə bilər

Polşanın dövlət borcu rekord həddə çatdı

Böhran xarici oyunçuları Almaniyanın daşınmaz əmlak bazarını tərk etməyə məcbur edir

“Azəristiliktəchizat” icbari sığorta müqaviləsi bağlamayıb?

Azərbaycanda iki şirkət Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilir

"iPhone"un büdcə versiyasının təxmini qiyməti məlum oldu

"FİRST ACADEMY"yə protokol tərtib edildi

AK: "Avropa hələ də Rusiya enerjisindən tam müstəqilliyə nail olmayıb"

Meriya ilə şirkət arasında icarə mübahisəsi

ABŞ Almaniyadan Rusiyaya qarşı sanksiyalara əməl etməyi gücləndirməyi tələb etdi

Bakıda “Təşəbbüslərin artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu” keçirilib

Nazirdən yeni təyinat (FOTO)

Nazirdən yeni təyinat (FOTO)

“Bakı Metropoliteni” 2 milyonluq təmirə başlayır

Aİ Ukraynadan Rusiyadan qaz tranzitini uzatmağı xahiş etməyəcək

TƏBİB-dən məşhur iş adamının şirkətinə 14 minlik sifariş

Zərgərlik sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Prezidentdən Agentliyin fəaliyyəti ilə bağlı fərman

Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq

Ehtiyat hissələri satarkən aldatmayın, alarkən isə aldanmayın

Azərbaycanda qızıl sürətlə bahalanır – Son qiymətlər

Azərbaycan üçün Şengen vizasının rüsumu artırılır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda maaşlar 100 manata qədər artdı

Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin