Sosial
21.06.2023 / 19:22
“Şinkar Holding”in keçmiş işçisindən şirkətə qarşı iddia
29611
“Şinkar Holding” MMC-nin keçmiş işçisi Namazzadə Ravil Azər oğlu şirkəti məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, onun iddiası işə bərpa və əmək haqqı tələbi ilə bağlıdır. İddia Nərimanov Rayon Məhkəməsinin hakimi Ramin Quliyevin icraatındadır.
“Şinkar Holding” MMC inşaat şirkətidir. Ötən il şirkət ölüm hadisəsi ilə gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Şinkar Holding MMC-yə məxsus yük avtomobillərin müvəqqəti dayanacağında 1976-ci il təvəllüdlü Nazim Babaverdi oğlu Abdulxalıqov təkər təmiri işləri aparan zaman ehtiyatsızlıqdan yük avtomobilinin təkərində sıxılmış havanın partlaması nəticəsində hadisə yerində ölüb.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay