"Google" telefonlarda e-poçt yaradarkən mətn yazmağı asanlaşdırdı
"Google"un "Gmail"ə gətirdiyi "Help Me Write" (Mənə yazmağa kömək et) funksiyası artıq iOS və Android telefonlarında əlçatan olacaq.
Valyuta.az xəbər verir ki, beləliklə süni intellektin köməyi ilə e-poçt yaratmaq cəmi bir neçə saniyə çəkəcək. Bəs "Help Me Write" funksiyası nədir?
"Mənə yazmağa kömək et" funksiyası istifadəçilərə e-poçt göndərərkən bir toxunuşla mətn təklifləri edir. Beləliklə, e-poçtlara sərf olunan vaxt minimuma endirilir, nəticədə mesajı tərtib etmək və təfərrüatlandırmaq bir neçə saniyə ərzində reallaşır. Yəni e-poçtlar hazırlanarkən süni intellekt dəstəklənəcək və hazır mətnlər saniyələr ərzində qaralama olaraq qarşınıza gələcək. İstifadəçilər bu mətnləri istədikləri kimi istifadə edə biləcəklər.
Kompüterdə olduğu kimi e-poçt yaradılması zamanı sağ alt küncdə "Mənə Yazmağa kömək et" seçimi görünəcək. Siz yaratmaq istədiyiniz mətn haqqında məlumat verəcəksiniz. Sonra "yarat" dediyiniz zaman süni intellekt göstərdiyiniz mövzu daxilində bir neçə saniyə ərzində hazır mətn yaradacaq.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay