"Bu təklif onların çətinliklərini aradan qaldıracaq" - Deputat
“Bu təklifin qəbul edilməsi bütövlükdə pensiyaçıların, eləcə də sosial kart sahiblərinin nağdılaşdırma ilə bağlı çətinliklərinin aradan qaldırılmasına səbəb ola bilər”.
Bunu Valyuta.az-a deputat Vüqar Bayramov bankomatın hansı banka məxsus olmasından asılı olmayaraq pensiya və sosial kartlardan vəsait nağdlaşdırması zamanı tutulan faizlərin aradan qaldırılması ilə bağlı Milli Məclisdə qaldırdığı təklifdən danışarkən deyib.
Deputat bununla bağlı mütəmadi olaraq müraciətlərin oldundğunu qeyd edib:
“Xüsusən bölgələrdə vətəndaşlar plastik kartlardan vəsaitin nağdılaşdırılması ilə bağlı çətinliklər çəkirdilər. Elə rayonlar var ki, orada pensiyalar və sosial yardım ödənildiyi bakomatların sayı kifayət qədər azdır. Bu zaman pensiyaçı məcburdur ki, ucqar kənddən rayon mərkəzinə getsin, bankomatdan pul çıxarıb, vəsaitini nağdılaşdırsın. Bu onlar üçün əlavə xərc və prosedurdur. Ona görə təklif edirik ki, bu praktika Azərbaycanda da tətbiq olunsun”.
Vüqar Bayramov banklarda tutulan faizlərin fərqli olduğunu vurğulayıb:
“Bundan əlavə faizlər məbləğdən asılı olaraq da dəyişir. Vətəndaş nağdılaşdırma zamanı 2-3% əlavə xərc ödəməli olur. Ona görə də bu təklifin qəbul edilməsi bütövlükdə pensiyaçıların, eləcə də sosial kart, əsas qrup sahiblərinin nağdılaşdırma ilə bağlı çətinliklərinin aradan qaldırılmasına gətirib çıxarda bilər”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay