BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.9265
  • RUB
    2.1007
  • TRY
    0.0438
  • GBP
    2.2837
28021

Azərbaycana idxal olunan 270 növ müxtəlif mallar 2030-cu il dekabrın 31-dək gömrük rüsumundan azad edilib. Dəyişikliyə qədər idxal rüsumundan azad edilən 203 mal üzrə gömrük dərəcəsi 15, 67 mal üzrə isə 5 faiz təşkil edirdi. Bu siyahıya balıq unu, şəkər əlavələri, siroplar, bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr, tropik meyvələr, kağız, karton və sair mallar daxil edilib. Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Valyuta.Az “Turan”a istinadla xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatının 2021-ci il hesabatına görə, Azərbaycana idxal edilən aqrar məhsullarının 30, qeyri-aqrar məhsullarının isə 26.2 faizindən gömrük rüsumu tutulmur. Həmin ildə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilmişdi ki, idxalın dəyərinin 59 faizi gömrük rüsumundan azaddır. Lakin buna baxmayaraq, qiymətlərdə nəinki azalma, hətta artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda inflyasiya 2022-ci ilin analoji dövrünə nisbətən 13.8 faiz təşkil edib. Ərzaq məhsullarında bu rəqəm 17.1 faiz göstərilir. Müstəqil iqtisadçılar isə bu rəqəmlərin daha yüksək olduğunu düşünürlər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı "Turan"a bildirib ki, sonuncu qərar bilavasitə ölkəyə idxal olunmuş həmin malların qiymətinə öz təsirini göstərəcək: "Çünki sahibkar öz gətirdiyi malların qiymətinə də əlavə qiymət qoyur və bir sıra hallarda bu qiymətlər çox ədalətsiz müəyyən olunur. Bu da nəticədə qiymətlərə təsir göstərir və biz ölkədə qiymətlərin süni şişirdilməsinin şahidi oluruq. İstənilən halda Nazirlər Kabinetinin malların idxal rüsumundan azad edilməsi qərarı özünü qiymətlərdə büruzə verəcək".
Deputat gələcəkdə də malların gömrük rüsumundan azad olunması prosesinin davam edəcəyinə ümid bəslədiyini vurğulayıb.

İqtisadçı, işadamı Nazim Bəydəmirli xatırladır ki, koronavirus pandemiyası vaxtı sərhədlərin bağlı olmasını nəzərə alaraq hökumətə gömrük rüsumlarını sıfırlamaq təklif edilmişdi: "Amma hökumət buna getmədi, baxmayaraq ki, bir çox ölkələrdə həmin rüsumlar ləğv olundu. Hətta geridə qalmış Rusiyanın Gömrük Komitəsi idxal zamanı malların minimal qiyməti ilə rəsmiləşdiriləcəyini əvvəlcədən bəyan edib. Sahibkar da hesablayır, onun gətirəcəyi malları gətirməyə dəyər, ya da ki, dəyməz".

O vurğulayıb ki, bütün bu qərarlar iqtisadi analizdən sonra verilir: "Azərbaycanda isə qiymətləri artıran gömrükdür. Bu qiymət artımı sahibkarların gətirdiyi mallara statistik dəyər adı ilə bəyannamə qiymətlərinin tətbiqinə görədir".

Bəydəmirli hesab edir ki, daxili bazarlarda qiymət artımına təsir edən əsas faktorlardan biri hökumətin tarif siyasətidir: "Hansı ki əhalinin həyatına mənfi təsir edir. Hökumət bazar iqtisadiyyatı adını qoyaraq sovet sistemində planlı iqtisadiyyatda olduğundan daha betər idarəçilik edir. Burada feodal üsullardır - qapını kəsərək sahibkarı artıq vəsait ödəməyə məcbur edirlər. Yəni, ölkədə bahalaşmanın əsas səbəbi hökumətin fəaliyyətidir".

Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsindən münasibət almaq mümkün olmayıb. Amma bu qurumdan əvvəllər bildiriblər ki, sahibkarların şikayətlərini araşdırmağa hazırdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Mərkəzi Bank rəhbərliyi nə qədər qazanır?

Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA

Sabah Bakının bu küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Təsadüfi fikri onu milyarder etdi

İdarə rəhbəri işdən çıxdı - Yeni təyinat

May ayının pensiyaları ödənildi

Mərkəzi Bankın yeni inzibati binasının inşasına 477 milyon manatdan çox pul xərclənib

Mərkəzi Bankın yeni inzibati binasının inşasına 477 milyon manatdan çox pul xərclənib

“Azərxalça”dan Aydan Salahovaya 100 min manatlıq sifariş

Qızıl dövr bitdi - Yeni dəyişiklik onların cibinə necə təsir edəcək?

Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik olacaq

Gündə 1000 000 000 dollar qazanırlar - FOTO

"Apple"ın qapalı ekosistemi çatlayır: "Siri" üçün təhlükə zəngləri çalır

Şahin Əliyev yeni vəzifəyə təyin olundu

"Android 16" fotolarınızın üzərinə "yağış yağdıracaq"

TuranBank “Yaşıl ASAN” proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub®

İmkansızı hesabladılar: Pi ədədinin 300 trilyonuncu rəqəminə çatıldı

Dünyada ən çox hansı markanın qulaqlıqları satılır? - Açıqlandı

Xocalı aeroportunun yenidən fəaliyyətə başlaması təklif olunub

Xocalı aeroportunun yenidən fəaliyyətə başlaması təklif olunub

Bakıda icra başçısı məktəb direktorunu özünə müavin təyin etdi

II Türk Ticarət Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib

Bu şəxslər diplomatik pasport əldə edə biləcək

Vergi ödəyicilərin nəzərinə: Müddət qısaldılır

Ən az plan yeri bu qrupa verildi

Sabah 27 dərəcə isti olacaq

"Dövlət qiymətli kağızlar bazarı 2018-ci ildən bu günə qədər 9 dəfə artıb"

Məleykə Abbaszadədən abituriyentlərə XƏBƏRDARLIQ

“AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı

Harvard xarici tələbələri qəbul edə bilməz, universiteti tərk etməlidirlər - Qərar

Harvard xarici tələbələri qəbul edə bilməz, universiteti tərk etməlidirlər - Qərar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin