BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
27739

“Bir çox inkişaf etmiş dünya ölkələrində vəziyyət belədir ki, şəxs təqaüd yaşına çatmazdan öncə vəfat etdikdə, pensiya kapitalı onun ailə üzvləri (yaxın qohumları) arasında bölüşdürülür. Həmçinin o ölkələrdə belə hal da mövcuddur ki, insanlar yığılan kapitalı pensiya yaşına çatmamış da götürüb, hansısa bir tələbatını ödəmək məqsədilə xərcləyə bilər. Təəssüf ki, Azərbaycanda bu qaydalar yoxdur. Çünki Dövlət Sosial Müdafiə Fondu hələ dövlət büdcəsinin dotasiyasından asılıdır”.

Valyuta.Az xəbər verir ki, bu fikirləri publika.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib.

Ekspert ölkəmizdə pensiya sistemində varislik hüququnun olmamasından və bu halın yığılan kapitalın sonrakı aqibətinə təsirindən də bəhs edib:

”Azərbaycanda yığılan kapitalın (red – minimal pensiya kapitalını nəzərdə tutur) sərfiyyatı pensiyaya çıxdıqdan sonrakı 12 il üçün nəzərdə tutulur. Yəni bir insanın 12-ci ildən sonrakı pensiyası digər şəxslərin kapitalı hesabına təmin olunur. Bu o deməkdir ki, bir şəxs pensiya yaşına çatmamış vəfat etdikdə, onun yığılmış pensiya kapitalı öz ailə üzvlərinin və ya digər yaxın qohumlarının təminatı üçün istifadə olunmur, dövlətin hesabına keçir”.

P.Heydərov onu da vurğulayıb ki, ölkəmizdə 2019-cu ildən etibarən DSMF-nin tədricən dövlət büdcəsindən asılılığının azaldılmasına başlanılıb, bu istiqamətdə vacib addımlar atılır. Hazırda qanunvericiliyə dəyişikliklər hazırlanır ki, Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərini investisiya məqsədləri üçün də istifadə etmək mümkün olsun. O cümlədən minimal pensiya kapitalından sonradan ailə üzvlərinin yararlana bilməsi ilə bağlı mexanizm hazırlanır.

İqtisadçı əlavə edib ki, özəl pensiya fondlarının yaradılması və DSMF-nin vəsaitlərinin yeni mənbələr hesabına artması sözügedən problemdən ən yaxşı çıxış yolu ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin