BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
27653

Əvvəl bu sahəyə məsul olan şəxslər danışıb problemin nədən ibarət olduğunu deməli, daha sonra biz mütəxəssislər danışmalı, problemi açmalı, onların yalnış ya da doğru dediyini müəyyən etməliyik.

Kommersant.az xəbər verir ki, bunu açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov son dövrlər ölkədə heyvandarlığın zəifləməsindən, fermerlərin bu sahədən imtina etməsindən, bunun Azərbaycanda ət bazarına təsirindən, ət və ət məhsullarının qiymətinin bahalaşmasından danışarkən deyib.

Ekspert bildirib ki, uzun illərdir biz xəbərdarlıq edirdik ki, yaxın zamanlarda ətin qiymətinin kiloqramı 20 manata qədər bahalaşacaq. Bunun da bir neçə səbəbi var:

“Uzun illərdi fermerlərin örüş kimi istifadə etdiyi sahələrinin 300-400 min hektardan çoxu zəbt edilərək əkin sahəsi kimi istifadə edilib. Həm örüş sahəsi, həm də yem məhsulları istehsalı azalıb. Məsələn, otun istehsalından 100 min tona qədər azalma oldu. Möhkəm yem bazası olmadan ət istehsalını artırmaq mümkün olmayacaq. Qalan örüş əraziləri yüklənib və məhsuldarlıq aşağı düşüb”.

Vahid Məhərrov onu da əlavə edib ki, hələ 2015 və 2018-ci ildə ərzaq təminatı iə bağlı dövlət proqramı qəbul edilmişdi ki, o proqramda qüvvəli yem istehsalını 2 milyon tona qaldırmaq nəzərdə tutulmuşdu:

“Hələ də bu yüz min tondan yuxarı qalmayıb. Proqramda nəzərdə tutulandan 20 dəfə az qüvvəli yem istehsal olunur. Bu isə o deməkdir ki, ölkədə ət istehsalı dayanıqlı ola bilməz və ətin qiyməti hər dəfə belə dəyişəcək. Son beş ildə ətin qiyməti 50 faizdən çox bahalaşıb. Doğrudur, ölkədə digər məhsulların qiymətində də artım var, bu da təsir edən amildir, ət istehsaçıları həm də istehlakçı olduqları üçün çalışırlar ki, gəlirlərini artıraraq artan xərclərini kompensasiya etsinlər”.

Vahid Məhərrəmovun sözlərinə görə bizdən fərqli olaraq dünyada ətin qiymətlərində azalma var:

“Azərbaycanda isə keçən ildə dayanaqlı olaraq mal ətinin, qoyun ətinin, toyuq ətinin qiymətində artım olub. Bu il də artım göstərilir. Ət kəsimi ilə məşğul olan şəxsləri, fermerləri günahlandırmaq doğru deyil. Çünki problem istehsalda, yem bazasının zəif olmasındadır. Daha çox məhsul istehsal etmək lazımdır. Bu da həm də ət istehlakının qarşısını alır. Ölkə əhalisinin tələbatına uyğun tələbat artmalıdır. Ət istehlakı ilə bağlı beynəlxalq hədd var. Lakin Azərbaycanda bu minimum hədd müyyən edilib. Azərbaycanda bu ortalama hədd 35, beynəlxalq normada isə 78 kiloqramdır”.

Vahid Məhərrəmov onu da əlavə edib ki, əgər bu gün Azərbaycan adam başına 37-38 kq ət istehsal edirsə, bazarda ətlə bağlı xaotik vəziyyət yaranmalı, qiymət tez-tez dəyişməli və defisit yaranmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabah hava necə olacaq?

Az qazanıb çox xərcəməyin yolu

“Apple”in süni intellektin inkişafı ilə bağlı “gizli” tədqiqat laboratoriyası var

Yeni gələn işçiyə daha çox maaş verilir?

Uçot dərəcəsinin azaldılması inflyasiyaya necə təsir edəcək?

Üç ayda kolbasa istehsalı 400 tona yaxın artıb

Yerli avtomobillərin istehsalının artması qiymətlərə necə təsir edəcək?

Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? – ARAŞDIRMA

Sübhi Kazımov işdən çıxarıldı

Gələn il Azərbaycanda internetin sürəti 50 Mbit/s-yə çatacaq

Rəhbər öz komandasına, işçisi kimi deyil, öncə insan kimi yanaşmalıdır - Mütəxəssis

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

Dünyanın ən böyük kriptovalyuta birjasının rəhbəri cəzalandırıldı

“Aqrar Sığorta”da geri sayım davam edir - Yığımlar 2,2 mln. manatdan çox azalıb

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır

Avro ucuzlaşsa da, rubl bahalaşdı – Məzənnə

Bitcoin və Etherium 5 faizdən çox ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Havada toz müşahidə olunur

Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır

İbtidai siniflər üçün əlavə yaz tətili başladı

Bakıda küləyin sürəti 20 m/s-dir - FAKTİKİ HAVA

BMW Çindəki zavoda milyardlarla sərmayə qoyacaq

Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? (AÇIQLAMA)

Vikipediya hələ də RKN-nin tələbi ilə 187 “qanunsuz” materialı silməyib

“Karvan” Ticarət Mərkəzindən maddi ziyan tələbi

Çinə məxsus eksklüziv "Galaxy C55" digər ölkələr üçün buraxılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin