BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7488
  • RUB
    1.6559
  • TRY
    0.0479
  • GBP
    2.0771
23497

Bakı-Quba-Rusiya avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinə asfalt-beton örtüyünün döşənməsinə start verilib. Söhbət bir neçə ay sosial şəbəkələrdə müzakirələrə səbəb olan yoldan gedir. Belə ki, bu ilin iyun ayında iqtisadçı-ekspert Samir Əliyev sözügedən yolun dağıdılma prosesindən fotolar paylaşaraq, ümumilikdə 641 milyon manata yaxın vəsaitin xərcləndiyi Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun dağıdıldığını bildirmiş və bu hal geniş müzakirələrə səbəb olmuşdu.

Yeniavaz.com xəbər verir ki, proses daha əvvəl də Azərbaycanda avtomobil yollarının təmirinə sərf olunan milyonlarla vəsaiti xatırladıb.
Belə ki, bir neçə il əvvəl ABŞ-ın “MSNBC” telekanalının sabiq nəqliyyat naziri Ziya Məmmədovun fəaliyyətindən bəhs etməsi də ölkədə gündəmə çevrilmişdi.

Kanalın aparıcısı Reyçel Meddeu təqdim etdiyi verilişdə Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədovun yol təmiri ilə bağlı özbaşınalığını belə gündəmə gətirmişdi:

“Nəhəng “Bechtel” şirkətinin başına gələn hadisə videoda gördüyünüz sarı ölkədə baş verdi. Bura nəhəng Rusiya ilə nəhəng İran arasında olan Azərbaycandır. Azərbaycan balaca ölkədir, təqribən İrlandiya boydadır, keçmiş sovet respublikasıdır. İndi onların neft pulu var. Azərbaycanda neft pulu orada yeni tikililərə səbəb oldu.

2007-ci ilin aprelində Azərbaycanın nəqliyyat naziri ölkənin gələcəyi üçün çox əhəmiyyətli ola biləcək bir görüş keçirdi - o, yollar barədə danışmaq üçün “Bechtel” şirkəti ilə görüşdü. Bu nəhəng Amerika şirkəti bütün dünyada yollar, körpülər, atom stansiyaları, kəmərlər tikir. Əlində neft pulu olan nəqliyyat naziri “Bechtel” rəhbərinin müavini ilə görüşdü ki, şirkət Azərbaycana gəlsin və ölkənin yollarını yenidən salsın. Bu çox böyük layihə idi və onların bunu ödəmək üçün pulları da var idi. “Bechtel” bunu çox gözəl edə bilərdi, dediyim kimi, onlar bunu bütün dünyada ediblər. Lakin onlar heç bir razılığa gəlmədilər.

Bunun səbəblərindən biri barədə biz “Wikileaks”in yaydığı sənəddən öyrənirik. O zaman Amerikanın bu ölkədəki səfiri ABŞ Dövlət Departamentinə teleqram göndərmişdi. O teleqramda yazır ki, Azərbaycan tərəfi “Bechtel”dən tipik yol inşaatı layihəsində qiymət deməsini xahiş edir. “Bechtel” rəhbəri də deyir ki, bu, sıfırdan başlayan tipik yol salınması layihəsidir və hər kilometri təqribən 5-7 milyon dollara başa gələcək. Yenə də teleqramdan oxuyuruq ki, bu qiymət Azərbaycan nəqliyyat naziri Ziya Məmmədova çox baha göründü. Nazir fikirləşdi ki, bu, çox puldur. Və onlar işi görmək üçün başqa şirkətlə müqavilə bağladılar -  hər kilometrinə görə 5-7 milyon dollar əvəzinə, hər kilometrinə 18 milyon dollar verdilər.

Bunu edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun illik maaşı, xəbər verildiyinə görə, 12 min dollardır. Amma necə olursa, ildə 12 min alan nazir milyarder olub?"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi? – Araşdırmalar başlandı

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı

Davosda 124 milyardlıq görüş - “Ağıllı dövr üçün əməkdaşlıq”

"USQ"yə kriptovalyuta göndərdi - 7 il həbs cəzası aldı

"Premium Bank"ın əsas səhmdarı vəfat edib

Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla gəlirlərimizi bölüşəcəyik”

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bu il hansı məhsullar bahalaşdı?

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb

Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub

London birjası rekord qırdı

Azərbaycanda əhalinin gəlirləri 83 mlrd. manatı keçib

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda®

Qanun pozuntularına yol verərək cərimələnən həkim və klinikaların sayı - RƏSMİ

İmran Xan və həyat yoldaşı ümumilikdə 21 il həbsdə qalacaqlar

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin