Nəqliyyat
12.07.2022 / 15:37
AZAL Gürcüstana sərnişin daşınmasını 5 dəfədən çox artırıb
22947
Bu ilin ilk yarısında “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 70 409 nəfər sərnişin daşıyıb.
Valyuta.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyindən bildirilib.
Hesabat dövründə aviaşirkətin Gürcüstanın aviasiya bazarındakı payı 4 % təşkil edib.
İllik müqayisədə AZAL-la Gürcüstana daşınan sərnişinlərin sayı 5,3 dəfə artıb.
Gürcüstana daşınan sərnişinlərin sayına görə AZAL xarici aviaşirkətlərin ilk onluğunda VII yeri tutub. İlk üçlükdə “Türk Hava Yolları” (226 719 nəfər), “Wizz Air” (226 000 nəfər) və “Pegasus” (164 293 nəfər) yer alıb.
Yanvar-iyunda Gürcüstan hava limanları 1 716 718 nəfər sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni göstəricisindən 189 % çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay