BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7488
  • RUB
    1.6559
  • TRY
    0.0479
  • GBP
    2.0771
22883

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsindən Valyuta.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər: “Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki Müayinə Mərkəzində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər. Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək sürücüləri cərimə olunacaqlar”.

Sürücülərdən Qurban bayramı ilə əlaqədar olaraq qeyri-iş günlərindən istifadə edib avtomobillərini texniki baxışdan keçirmələri tövsiyə olunur. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu və Qaradağ rayonunda, eləcə də, bölgələrdə yerləşən Texniki Müayinə Mərkəzləri bayram günlərində gücləndirilmiş iş rejimində səhər saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərəcəklər. Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər.

Bundan başqa, vətəndaşlar avtomobillərinin texniki baxışdan keçirilməsi ilə əlaqədar onları maraqlandıran məsələlərin operativ öyrənilməsi üçün 012-511-08-40 nömrəli qaynar xətlə də əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi? – Araşdırmalar başlandı

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı

Davosda 124 milyardlıq görüş - “Ağıllı dövr üçün əməkdaşlıq”

"USQ"yə kriptovalyuta göndərdi - 7 il həbs cəzası aldı

"Premium Bank"ın əsas səhmdarı vəfat edib

Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla gəlirlərimizi bölüşəcəyik”

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bu il hansı məhsullar bahalaşdı?

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb

Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub

London birjası rekord qırdı

Azərbaycanda əhalinin gəlirləri 83 mlrd. manatı keçib

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda®

Qanun pozuntularına yol verərək cərimələnən həkim və klinikaların sayı - RƏSMİ

İmran Xan və həyat yoldaşı ümumilikdə 21 il həbsdə qalacaqlar

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin