Nəqliyyat
28.06.2022 / 17:28
AAYDA-nın kreditor borcları 12 milyon manatdan çox artıb
22699
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) kreditor borcları 2021-ci ilin sonuna 27,3% artaraq 56 milyon manata çatıb.
“APA-Economics” Agentliyin hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin əvvəlinə AAYDA-nın kreditor borcu 44 milyon manat təşkil edib. Qurumun bundan əlavə il ərzində 340,4 milyon manat kredit borcu yaranıb və bu borcun 328,4 milyon manatı ödənilib. Nəticədə Agentliyin borcu ötən il 12 milyon manat artıb.
Qeyd edək ki, 2021-ci ildə AAYDA-nın vaxtı keçmiş kreditlərinin həcmi dəyişməyib və hazırda 95,1 min manat təşkil edir.
Xatırladaq ki, 2021-ci ildə AAYDA-nın gəlirləri xərclərinə bərabər olduğu üçün xalis mənfəət əldə edə bilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay