BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
21941

Prezident İlham Əliyev "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" fərman imzalayıb.

Valyuta.az-ın xəbərinə görə, fərman beynəlxalq təcrübə nəzərə alınmaqla hüququn müxtəlif sahələri üzrə islahatların həyata keçirilməsi, normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə verilib.

Fərmanla “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs yaradılır.

Sənədlə “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi” təsdiqlənib.

Fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil edilir.

Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizasının keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir;

Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır.

Mərkəzin fəaliyyətinə cari rəhbərliyi Mərkəzin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;

Mərkəzin Nizamnamə Fondu 100 min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır;

Mərkəzin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;

Mərkəzin tabeliyindəki İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun hüquqi varisidir, onun əmlakı, hüquq və öhdəlikləri İnstituta keçir;

Mərkəzin təsisçisinin səlahiyyətləri aşağıdakılara həvalə edilib:

5.1. Azərbaycan Respublikasının Prezidentinə:

5.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

5.1.2. idarəetmə orqanlarının yaradılması;

5.1.3. Müşahidə Şurasının sədrinin və 3 (üç) üzvünün vəzifəyə təyin və vəzifədən azad edilməsi;

5.1.4. Mərkəzin ləğvi və yenidən təşkili;

5.1.5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun balansındakı dövlət əmlakının Mərkəzin tabeliyindəki İnstitutun balansına verilməsini təmin etməlidir.

Mərkəzin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İş müsahibəsində əvvəlki iş yerimizdən dava ilə ayrıldığımızı deməliyik?

İki ayda xaricdən 40 min ədədə yaxın paltaryuyan maşın almışıq

“EasyCep” Azərbaycanda fəaliyyətini genişləndirir ®

B2B bizneslər üçün nəticə verən yanaşmalar

B2B bizneslər üçün nəticə verən yanaşmalar

Marketlərin qarşısında yük boşaldan avtomobillərə niyə cərimə yazılır?

Kimlər natamam və qısaldılmış iş vaxtından istifadə edə bilər?

Bitcoin və Etherium yenidən bahalaşır - Kriptovalyutaların qiymətləri

Avro və rubl bahalaşdı - Məzənnə

Bu ərazilərdə qaz olmayacaq

Azərbaycan neftinin qiyməti ucuzlaşmaqda davam edir

Yaz semestrində nə qədər tələbə təhsil krediti alıb?

Payızdan etibarən bu ölkədə dördgünlük iş həftəsi tətbiq ediləcək

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Yaponiya maye qazı əvəz edəcək yanacaq növü tapdı

Məşhur topdansatış mərkəzi cərimələnə bilər

Misir ödənişlərdə rus rublunun rolunun artırılması məsələsini müzakirə edir

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

"MASTER BROKER"-ə protokol tərtib edildi

Türkiyə ikinci atom elektrik stansiyasının tikintisində 50 faiz iştirak gözləyir

"Telemexanika Zavodu" cərimələndi

Qlobal iqtisadiyyat sürətlə bərpa olunur - OECD proqnozunu dəyişdi

Aleksey Mojin: ABŞ BRİKS Maliyyə Nazirlikləri və Mərkəzi Bankın görüşünü pozdu

Dövlət xidmətinin tenderi ləğv edildi

"Safari" brauzeri tezliklə daha "ağıllı" olacaq

Maksimum 23 il - ABŞ Federal Ehtiyat Sistemi kredit faizinə dair qərar verdi

"Sıracoğlu" Fermer Təsərrüfatı gömrük qaydalarını pozub?

"Apple"ın yeni flaqman saatı köhnəsi ilə eyni olacaq

Fitch DTEK Naftogaz-ın reytinqini CC səviyyəsində təsdiqlədi - Yüksək risklər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin