Sosial
13.05.2022 / 14:16
DSMF-nin bu il əhaliyə ödədiyi vəsait açıqlandı
21808
Yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə əhaliyə 2,2 mlrd. manata yaxın vəsait ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Valyuta.az-a verilən xəbərə görə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2022-ci ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2 mlrd.188 mln. manat vəsait ödənilib.
Bu da ötən ilin eyni dövrünə nisbətən 8 faiz və ya 162,5 mln. manat çoxdur.
Xatırladaq ki, sosial islahatların yeni mərhələsi kimi, cari ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay