BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
19948

2,5 milyon manatlıq dələduzluqda təqsirləndirilən Xətai RPİ-nin keçmiş əməliyyat müvəkkili Elvin Həşimlinin atası Elçin Həşimov oğluna qarşı ittihamları qəbul etmir.

Valyuta.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi olan E.Həşimov  bildirib ki, oğlunun biznes şəriki Möhkəm Səmədov ona qarşı əsassız ittiham səsləndirir.

Qeyd edək ki, M.Səmədovun şikayəti əsasında E.Həşimli barəsində cinayət işi başlanılıb. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

E.Həşimov oğlunun Möhkəm Səmədovdan aldığı pulların hamısını artıqlaması ilə qaytardığını iddia edir: “Elvinin öz obyektləri var idi. Sonra dostu Cavidlə şərikə əlavə bir dükan da götürdü. Cavid Möhkəmin bacısı oğludur. Möhkəm də görüb ki, bunların alveri yaxşı gedir. Özü Elvinə təklif edib ki, onu da bu işə qoşsun. Amma deyib ki, heç kim bilməsin. Sonra oğlum Möhkəmi biznesinə şərik edib. Birlikdə siqaret, “zapçast” və telefon biznesi ilə məşğul olublar. Qeyd edim ki, Möhkəm hələ mənim yanıma ilk dəfə 2019-cu ildə gəlib. Nərimanov rayonunda torpaq almaq istədiyini deyib. Mən də ona demişəm ki, torpaq almağa yox, amma torpağın varsa, sənədləşmə işinə kömək edə bilərəm. Hər hansı məbləğ söhbəti etməmişik.

Bir gün isə Möhkəm yanıma gəldi ki, guya oğlumun ona 900 min dollar borcu var. Bu pulu bir neçə dəfəyə verdiyini dedi. Elvinlə danışdım, dedi ki, “ata, mən o pulu artıqlaması ilə qaytarmışam”. Möhkəm Səmədov üçüncü dəfə gələndə dedi ki, borc 1 milyon dollardır. Növbəti dəfə isə 1,5 milyon dollar (2,5 milyon manat) olduğunu dedi. Məbləğin hər dəfə belə dəyişməsi məndə şübhə yaratdı. Mənə borc qeydlərinin şəkillərini göndərdi. Həmin qeydlərə baxanda anlamaq olur ki, Elvin bütün pulları qaytarıb. İstintaqa dəfələrlə demişəm ki, o qeydləri işə əlavə edin, amma edilməyib. Vərəqləri istintaqa mən təqdim etmişəm”.

Elçin Həşimov şahidlər dindiriləndən sonra hər şeyin üzə çıxacağını bildirib: “Möhkəm deyir ki, Elvin pulu Gürcüstanda qumarda uduzub. Elvin həyatında Gürcüstana getməyib. Amma onun öz bacısı oğlunun pasportunda dəfələrlə Gürcüstana gedib gəlməsini təsdiq edən möhür var. Qeyd edim ki, Möhkəm əvvəl öz bacısıoğlunu da şikayət etmişdi. Bildiyimə görə, orada 700-800 min dollar söhbəti olub. Amma sonra nə baş verdisə, şikayətini geri çəkdi. Möhkəm Səmədov başqa yerdə itirdiyi pulları bizdən çıxarmaq istəyir. Borc Möhkəmin yaxın adamlarının yanında ona qaytarılıb. O, bir ifadədə deyir ki, Elvin 330 min dollar qaytarıb, birində 660 min, digərində 480 min. Üstəlik, bir insanın bu qədər pulu hardandır ki, bu məbləğdə borclar versin? İşin içində başqa hallar da var, amma mən onları açıqlamaq istəmirəm”.

Elçin Həşimov Möhkəm Səmədova məxsus çay evinə polislər tərəfindən edilən basqının oğlu ilə heç bir əlaqəsi olmadığını bildirib. O, oğlunun sahibkarlıqla məşğul olduğu üçün daxili işlər orqanlarından xaric edildiyini təsdiqləyib.

Qeyd edək ki, E.Həşimli həm də Xocalı rayon icra başçısının müavini Vahid Əliyevin kürəkənidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qurban bayramı ərəfəsində bazarlardakı qiymətlər

Azərbaycan nefti bahalaşıb

Xəzər dənizində zəlzələ olub

“Google”un həmtəsisçisi “Alphabet”in 700 milyon dollarlıq səhmini hədiyyə edib

5 milyonluq mənimsəməyə görə həbs edilən şəxsin maşını hərraca çıxarıldı

Rubl bahalaşarkən, avro ucuzlaşıb - Günün məzənnəsi

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətdə əsas tərəfdaşları - TOP 5

"Bitcoin" 111 min dolları keçdi - Rekord

Günün hansı saatında daha məhsuldarsınız? - SƏHƏR OXUSU

Yeni "Harri Potter"in çəkilişləri üçün bir milyard dollarlıq mini şəhər tikiləcək

Süni intellekt və 3D vizuallaşdırma: "Apple"ın "Matrix3D" texnologiyası nə vəd edir?

Bu ölkə Rusiya ilə sərhədə nəzarət üçün süni intellektdən istifadə edəcək

Qiymətə qarşı keyfiyyət: Bu yay Avropada ən yaxşı büdcəli istirahət şəhərləri

Məhkəmə qərarını dəyişmək adı ilə 5 550 manatlıq dələduzluq

Musiqi və alış-veriş: Müştəri davranışları necə formalaşır?

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti VƏFAT ETDİ

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti VƏFAT ETDİ

Azərbaycanda rəhbər vəzifəsində çalışan qadınlar - STATİSTİKA

“Ekoservis-A” şirkətinə məxsus texnika hərraca çıxarılır

Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi?

"Google"un həmtəsisçisi "Google Glass"ın uğursuzluğunu etiraf etdi

Bakıda parklanma məntəqələrinin sayı azaldılıb

Aİ Çindən göndərilən ucuz bağlamalara rüsum tətbiq edəcək

"Bitcoin" tarixi maksimumu yenilədi - 109 min dollar oldu

Çində oğurlanmış "iPhone"ların qlobal anbarı aşkarlandı

Mərkəzi Bank "Bakı Pambıq Əyirmə" ASC-ni cərimələyib

"Google"dan inqilabi yenilik - Oğurlanmış şifrələr avtomatik dəyişdiriləcək

"Google"dan inqilabi yenilik - Oğurlanmış şifrələr avtomatik dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsi olmayanların nəzərinə - İMTAHANSIZ VERİLƏCƏK

Elektromobil idxalında eniş - 23 milyon dollarlıq azalma olub

"Fortnite"da süni intellektlə yaradılmış "Darth Vader" böhranı: "Epic Games"ə ittiham

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin