BAKU Azərbaycan
27.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8199
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1327
18940

Yanvarın 19-da İradə Gülməmmədova Abşeronun icra başçısı vəzifəsindən azad edildi. Həmin gün Prezident İlham Əliyevin sərəncamı ilə uzun illər Bakının Nərimanov rayonuna rəhbərlik etmiş Abdin Fərzəliyev vəzifəsindən azad olunaraq Abşerona başçı gətirildi.

Dəfələrlə qalmaqallı xəbərlərlə medianın gündəminə gələn Gülməmmədovanın işdən çıxarılması icra başçıları postunda təmizləmələrin bu il də davam etdiriləcəyinin anonsu kimi qiymətləndirildi. Eyni zamanda, xanım məmurun vəzifəsindən kənarlaşdırılması sosial şəbəkələrdə geniş müzakirələrə yol açdı. Vətəndaşların tənqidlərindən belə qənaətə gəlmək olar ki, İ.Gülməmmədovaya yaxınlığı ilə seçilən Sumqayıtın icra başçısı Zakir Fərəcovdan da narazılıq edənlərin sayı az deyil. Ehtimal olunur ki, növbəti mərhələdə onun barəsində ciddi tədbirlər görülə bilər. 

Məsələ ilə əlaqədar Modern.az-a danışan deputat Fazil Mustafa Abşerona kifayət qədər təcrübəli icra başçısının təyin edildiyini söyləyib:

“Bir icra başçısının uzun müddət eyni ərazidə işləməsi düzgün deyil. Müəyyən müddət işlədikdən sonra icra başçılarının dəyişdirilməsi məqsəduyğundur. Ümid edirəm, bu məsələ haqqında ənənə formalaşacaq.

Ümumilikdə, icra başçıları ilə bələdiyyələr arasında münasibətlərin qanunvericiliklə tənzimlənməsinə ehtiyac var. Bizdə yeni idarəetmə yaradıldı – xüsusi nümayəndələrdən söhbət gedir. Bu model icra başçılarının səlahiyyətlərini Qarabağda yerinə yetirən sistemdir. Burada müəyyən anlaşılmazlıq və idarəetmə ziddiyyətləri var. Bunu çözmək lazımdır”.

Fazil Mustafa hesab edir ki, diqqəti daha çox bələdiyyələrə yönəltmək lazımdır:

“Bələdiyyələrin icra hakimiyyətlərindən asılılığı məsələsinə baxmalıyıq. Həmçinin, rayonların bir neçəsinə qadın icra başçılarının təyin edilməsi ənənəsi davam etdirilsə, yaxşı olardı. Abşerondan çıxarılan qadın icra başçısı idi. Qadınların idarəetmədə rolu azdır və artırılmasına ehtiyac var. İcra başçılarının qadın müavinləri var və onların içərisində kifayət qədər təcrübəlilər yer alıb. Onların aktiv idarəçiliyə cəlb olunması vacibdir".

Zakir Fərəcovla bağlı deyilənlərə gəlincə, deputat hesab edir ki, icra başçıları təyin edilərkən yaş və ya təcrübə xüsusi rol oynamır. Əsas məsələ icra başçılarının vətəndaşla davranışıdır:
Ad - 00:30
ƏTRAFLI
Samsung R9 Inpage

“İnsanlara əziyyət verən icra başçıları ilə bağlı məsələlərə daha tez müdaxilə etmək lazımdır. Hər hansı bir bölgədə normal sahibkarlıq mühiti məhv edilirsə, burada icra başçısının fəaliyyətinə baxmaq lazımdır.

Düşünürəm ki, müəyyən rayonlarda icra başçıları bu vəzifəyə layiq deyillər. Söhbət təkcə əvvəldən təyin edilən icra başçılarından getmir. Yeni təyin olunmuş bəzi icra başçıları ilə bağlı da oxşar vəziyyət var. Hətta həbs olunan icra başçıları içərisində hörməti olanları tanıyıram. Məsələn, Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun vətəndaşlarla münasibətində mənfi bir şey eşitməmişəm. Salyan, Şirvan, Suraxanının icra başçılarının da bu gün nümunəvi başçılar arasında adları çəkilir. Bu nümunələrlə bərabər yaxşı işləyə bilmədiyi qeyd edilən icra başçıları da kifayət qədərdir. Bu baxımdan idarəetmə sistemində elə dəyişikliklər etmək lazımdır ki, başçıların həm iş görmək imkanı olsun, həm də məsuliyyətini daha yaxşı hiss etsinlər. İcra hakimiyyətlərinin də, bələdiyyələrin də səlahiyyəti dəqiqləşdirilməlidir ki, qanun pozuntusu olanda konkret kimin yaxasından yapışmaq lazımdır bilinsin”.

Deputat Razi Nurullayev isə yaşlı icra başçılarının gənclərlə əvəz olunmasının effektivliyinə birmənalı yanaşmadığını vurğulayıb. O hesab edir ki, Azərbaycanda “gənc nəsil yaxşı işləyir, yaşlı nəsil pis işləyir” yanaşması özünü doğrultmadı:

“Hətta mən deyərdim ki, bu gün gənc nəsil yaşlılara rəhmət oxutdurur. Ona görə kadr islahatlarının bu tərzdə getməsindən razı deyiləm. Düşünmürəm ki, bu gün gənc nəslin irəli çəkilməsi, yeni icra başçılarının qoyulması bizə köhnələrin yaxşı işləmədiyini, yenilərin daha yaxşı olduğunu sübut etdi. Bunu görə bilmədim.

Söhbət gənc nəsildən və ya yaşlı nəsildən getmir. Yaxşı işləyən icra başçısı və pis işləyən var. Yaşın bu məsələyə dəxli yoxdur. Gəncləşmə bir növ kampaniyaya çevrildi və Azərbaycanın zərərinə işlədi. Bu gün deyə bilərəm ki, yeni vəzifəyə təyin olunanların gördüyü işlər əksərən nəticəsizdir".

Deputatın fikrincə, kadrların yaxşı işləməsi üçün onlara sərbəstlik verilməlidir: 

"Hər bir şəxsin yaradıcılığını, potensialını ortaya qoyması üçün imkan olmalıdır. Mən gənc nəsli də çox qınamaq istəmirəm. Amma 10-15 yerdən tapşırıq, göstəriş almaq yaxşı nəticə verməyəcək. Təyin olunan icra başçısı çaş-baş qalır, bilmir kimin tapşırığını etsin.

Köklü islahatlara ehtiyac var. Azərbaycanda hakimiyyətin bu və ya digər şəkildə müxalifətlə bölüşdürülməsi, müxalifətin dövlət strukturlarına inteqrasiyası təmin edilməlidir. Azərbaycanda gələcək kataklizmlərdən müdafiə üçün dövlətçiliyin, demokratik təsisatların inkişafı lazımdır. Bu prosesdə müxalifətin də gücündən istifadə etmək olar. Hazırda kadr islahatı altında həyata keçirilən vəzifə bölgüsünü yalnız yerdəyişmə kimi qiymətləndirirəm.

Tutaq ki, dedik, Zakir Fərəcov yaxşı işləmir, o da getsin. Yerinə gələn nə edəcək, işi ilə başımıza tac qoyacaq?! Ona görə, mən belə düşüncələrə qarşıyam. Zakir Fərəcovun gözəl işləri də var, müəyyən səhvləri də olub. Amma mən qorxuram ki, Zakir Fərəcov çıxarılsa, yerinə təyin olunan onun ölənlərinə rəhmət oxutdurar. Məsələ kadrda deyil, iş sistemini dəyişmək lazımdır”.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bölgələr xarici turist cəlb etməkdə paytaxt hotellərinə uduzur - Deputat

Gələn ay Şuşaya 20 ailə köçürüləcək - Püşk atıldı

“Azərkosmos”un ixrac gəlirləri 700 min dollar azalıb

I rübdə Azərbaycan qızıl ixracından 18.5 mln dollar gəlir əldə edib

QHT sədri Sosial Xidmətlər Agentliyini məhkəməyə verdi

Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Azərbaycanda COVID-19-a yoluxma, demək olar, yox səviyyəsindədir - RƏSMİ

İmtahan nəticələri açıqlandı - 4 nəfər maksimum bal topladı

İmtahan nəticələri açıqlandı - 4 nəfər maksimum bal topladı

Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı açıqlanıb

G7 ölkələri Rusiya qazından imtina edəcək

Bu il Azərbaycanda fermerlərə dəymiş zərərlər üzrə ödənişlər 2,2 dəfə artıb

Bu ölkədə 7 saatlıq iş günü tətbiq olunacaq

May ayının havası açıqlandı

İsrail və HƏMAS arasında aparılan danışıqlar neftin qiymətini aşağı salıb

Bakı Baş Səhiyyə Mərkəzindən tender müəmması: Ən yüksək qiymət təklifi verən şirkət qalib seçilib

“Eurovision”un təhlükəsizliyi dronlarla qorunacaq

Baş Prokurorluq bu qurumda əməliyyat keçirdi, saxlanılanlar var

Baş Prokurorluq bu qurumda əməliyyat keçirdi, saxlanılanlar var

“E-Şikayət” sistemində karqo üzrə şikayətlərə baxılacaq

Havanı çirkləndirən şadlıq saraylarının siyahısı

Külək güclənəcək, çaylardan sel keçəcək

50 min manata 50 min faiz – Azərbaycanda bank soyğunçuluğu

Azərbaycanda ilk dəfə saç boyalarının istehsalına başlanılıb

“Tesla” səhmləri 13% bahalaşıb

Sabah 31 dərəcə isti olacaq

Bakıda ucuz avtomobillər satışa çıxarılacaq - Siyahı

Azərbaycanda dörd ayda valyuta hərraclarında 2.4 mlrd. dollar satılıb

Ölkəmizdəki iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalıb

Nazirliyin vəzifəli şəxslərinin mayda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki

Bütün iPhone 16 smartfonlarının xarici görünüşləri bir fotoda sərgilənib - Foto

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin