BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8297
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1326
17105

Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası birgə peşə təhsil müəssisələrində aşpaz və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları üzrə təhsil alacaq tələbələrin turizm sahəsində Dual təhsil proqramına start verib.

Bu barədə Valyuta.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilir ki, proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.

Proqram müddətində tələbələr ilk 1 ayı təhsil müəssisəsində keçirəcək və ilkin baza biliklərə sahiblənəcəklər. İkinci aydan etibarən seçilmiş tələbələr həftə ərzində bir neçə gün peşə təhsil müəssisəsində - teorik biliklərə, həftənin digər qismində isə hotellərdə onlara təyin olunmuş mentorlar vasitəsilə praktiki bacarıqlara yiyələnəcəklər.

İlkin olaraq proqramın Bakı və Qəbələ şəhərlərində yerləşən peşə təhsil müəssisələrində ümumilikdə 4 qrup olmaqla tətbiqi nəzərdə tutulub. 1 illik tədris müddətinin sonunda tələbələr teorik biliklər, ölkənin qabaqcıl hotellərində təcrübəyə yiyələnmək imkanı ilə yanaşı diplom da əldə edəcəklər. Proqram Bakıda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində və Bakı Turizm Peşə Məktəbində aşpaz ixtisası üzrə, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində isə aşpazlıq və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları üzrə həyata keçiriləcəkdir.

Dual təhsil proqramına tələbə qəbulu dövlət-özəl sektorun nümayəndələri tərəfindən müsahibə yolu ilə həyata keçiriləcək. Layihə çərçivəsində Abşeron Hotellər qrupu, Hilton Hotel, JW Marriott Absheron Baku, Qəbələ Hotellər Qrupu tərəfdaş qismində çıxış edirlər. Proqram çərçivəsində gələcəkdə digər hotellərlə əməkdaşlıq məsələləri də nəzərdən keçiriləcəkdir.

Qeyd edək ki, turizm sahəsində Dual təhsil proqramına qatılmaq istəyən şəxslər 20 avqust tarixinədək //portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək ixtisas seçimini yekunlaşdırmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"RİCH MOTORS" gömrük qaydalarını pozub

Türkiyənin ixracatı İsrailə sanksiyalara görə hədəfdən aşağı düşə bilər

Hərracların Təşkili Mərkəzi ilə keçmiş işçisi arasında qalmaqal

Ukraynada müəssisələr üçün valyuta məhdudiyyətləri dəyişdirildi

Logistika şirkətinə protokol tərtib edildi

Rusiyanın neft-qaz sənayesi kadr çatışmazlığı - 1,86 milyon işçi lazımdır

“Azəristiliktəchizat”ın maliyyə hesabatları yoxlanılacaq

Ən məşhur "Xiaomi" proqramlarından birində təhlükəli virus aşkarlandı

“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

Avropa İttifaqı ölkələri LNG alışını kəskin azaldıb

COP29-la bağlı iki xəstəxana ayrılıb

Həyatımızın yeni trendi elektromobillər və xüsusiyyətləri – Batareyaları nə qədər təhlükəlidir?

Azərbaycan Mərkəzi Bankı beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib

20 mindən bahalı əmlak alanlardan bəyannamə tələbi niyə ləğv olundu? – Ekspert səbəbləri açıqlayır

Aqrar Sığorta Fondu: Hava şəraitinin dəyişməsi ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə 20 müraciət daxil olub

Növbəti hərraclara 49 əmlak çıxarılıb

“Zirə Gülçülük” məhkəmə qarşısında

Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb

KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək

Rusiya neft məhsullarının xaricə tədarükü üzrə antirekord vurub

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat

“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq

Türkiyədə inflyasiya bu tarixdən təkrəqəmli olacaq

Cəsarət Valehov nazir müşaviri təyin olundu

Cəsarət Valehov nazir müşaviri təyin olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin