BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
16878

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac olunub, 161 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 14 milyard 650,3 milyon ABŞ dolları təşkil edib. 

Ticarət dövriyyəsinin 9 milyard 259,1 milyon dollarını və ya 63,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 5 milyard 391,2 milyon dollarını (36,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib ki, bunun nəticəsində də 3 milyard 867,9 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 24,7 faiz artmış, real ifadədə isə 7,7 faiz, o cümlədən idxal 11,1 faiz, ixrac 5,2 faiz azalıb.

2021-ci ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 27,4 faiz, real ifadədə 14,0 faiz artaraq 1 milyard 162,4 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 35,9 faizini İtaliyaya, 15,7 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,4 faizini Gürcüstana, 4,0 faizini Hindistana, 3,9 faizini İspaniyaya, 3,7 faizini İsrailə, 2,9 faizini Portuqaliyaya, 2,6 faizini Xorvatiyaya, hər biri 2,3 faiz olmaqla Ukrayna və Tunisə, hər biri 1,6 faiz olmaqla Kanada, Birləşmiş Krallıq və Almaniyaya, 1,5 faizini Tailanda, hər biri 1,4 faiz olmaqla Belarus və Çinə, 8,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,7 faiz), Türkiyəyə (26,6 faiz), İsveçrəyə (10,1 faiz), Gürcüstana (6,9 faiz), ABŞ-a (2,6 faiz), Çinə (1,8 faiz), Ukraynaya (1,8 faiz), Türkmənistana (1,5 faiz), Qazaxıstana (1,3 faiz), Özbəkistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,1 faizi Rusiya, 15,2 faizi Türkiyə, 12,9 faizi Çin, 6,3 faizi Almaniya, 4,3 faizi ABŞ, 4,1 faizi Ukrayna, 4,0 faizi İtaliya, 3,4 faizi İran, 2,5 faizi Birləşmiş Krallıq, 2,1 faizi Yaponiya, 2,0 faizi Koreya, 1,7 faizi Fransa, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, hər biri 1,1 faiz olmaqla Belarus, Polşa və Vyetnam, 18,0 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 38,8 faiz, kartof – 12,9 faiz, şəkər – 2,0 dəfə, bitki yağları – 27,8 faiz, meyvə və tərəvəz şirələri – 15,5 faiz, meyvə və tərəvəz konservləri – 19,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 10,7 faiz, pambıq lifi – 1,9 dəfə, pambıq ipliyi – 1,8 dəfə, qara metallardan borular – 12,0 faiz artıb. Təzə tərəvəz ixracı isə 23,6 faiz, çay – 21,3 faiz, tütün – 45,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 30,7 faiz, polietilen – 11,5 faiz, emal olunmamış alüminium – 41,8 faiz, bentonit gili – 4,2 faiz azalıb.

 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2021-ci ilin yanvar-iyun aylarında buğda idxalı 12,0 faiz, bitki yağları – 2,3 faiz, xam şəkər və şəkər – 15,6 faiz, çay – 11,2 faiz, kartof – 14,5 faiz, təzə tərəvəz – 44,5 faiz, siqaretlər – 0,5 faiz, minik avtomobilləri – 1,7 dəfə, dərman vasitələri – 1,0 faiz, hesablama maşınları, blok və qurğuları – 11,9 faiz, rezin şinlər – 1,6 dəfə, yük avtomobilləri – 2,1 dəfə, mebellər – 33,6 faiz, paltaryuyan maşınlar – 28,5 faiz, məişət soyuducuları – 9,4 faiz artmış, təzə meyvə idxalı isə 1,6 faiz,  kərə yağı, digər süd yağları və pastaları – 6,9 faiz, quş əti və onun əlavə məhsulları – 28,4 faiz, mal əti – 41,9 faiz, polad prokatı – 43,6 faiz, qara metallardan borular – 35,8 faiz, mineral gübrələr – 44,0 faiz, məişət kondisionerləri – 4,1 faiz, qara metallardan çubuqlar – 70,4 faiz, polietilen – 44,2 faiz, qara metallardan künclüklər – 26,4 faiz, avtobuslar – 21,1 faiz, sement və sement klinkerləri – 35,4 faiz azalıb. // Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu il Düşənbədən Bakıya aviareys açılacaq

Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar

Azərbaycan bu ay Bolqarıstanın təbii qaza olan tələbatının 76,6 %-ni ödəyəcək

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlanıb

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Zabratda evlərin kütləvi şəkildə satışa çıxarılması müşahidə olunur

FT: Ağ Evin yeni anti-Rusiya sanksiyaları bu fiziki şəxs və banklara təsir edəcək

DSMF-lə “Ofis Aləmi” arasında alqı-satqı qalmaqalı

KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır

"Google" ağdərili İT işçilərini kütləvi şəkildə işdən çıxarır, onları miqrantlarla əvəz edir

Azərbaycanda 3 ayda 400 min tona yaxın benzin istehsal olunub

Baş memarın şirkəti məhkəmə qarşısında - "EL & EN" Firması hansı qaydaları pozub?

Sabah yağış yağacaq

Məcnun Məmmədov FAO-nun nümayəndəsi ilə görüşdü

Tiktokerlər nə qədər vergi ödəməlidir?

Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək

3 ayda ölkəmizdə 13 min tondan çox pendir və kəsmik istehsal olunub

Aqrar Sığorta Fondunun ödənişlərinin artması fermerlərin fəaliyyətinə necə təsir edəcək?

Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları dəyişdi

Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir

1274 nəfər rezidenturaya imtahan verəcək

Nazir idarə rəisini işdən çıxardı

Nazir idarə rəisini işdən çıxardı

Bəzi şəxslər universiteti bitirdikdən sonra niyə işsiz qalır?

İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq

Hicran Əyyubova direktor təyin edildi

Ləğv prosesində olan 2 bankın əmlakları hərraca çıxarılır

Şuşada müntəzəm şəhərdaxili sərnişindaşımaya icazə verilməsi qaydası müəyyənləşib

"Naxçıvan Bank"ın gəlirləri 4 milyon manatdan çox azalıb

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin