BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
16821

Bu ilin II rübündə Böyük Britaniyada 2,17 mln. işlənmiş avtomobil satılıb. Bu, sözügedən rüblər üzrə rekord göstəricidir və Britaniyanın ikinci əl avtomobil bazarının tarixi rekorduna yaxındır.

Valyuta.az "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Avtomobil İstehsalçıları və Treyderləri Cəmiyyətinin (SMMT) açıqlamasında deyilir.

Qeyd olunub ki, 2020-ci illə müqayisədə köhnə avtomobil satışları II rübdə 108,6% artıb. Eyni zamanda, hesabat rübündə tələbat 2019-cu ilə nisbətən, yəni COVID-19 pandemiyasından əvvəlki dövrü ilə müqayisədə daha yüksək olub. Belə ki, aprel ayında Britaniyada təxminən 725 min istifadə olunmuş avtomobil satılıb ki, bu da 2019-cu illə müqayisədə 5% çoxdur. 

May və iyun aylarında artım müvafiq olaraq 9,9% və 4,6% təşkil edib. Nəticədə, bu ilin II rübü üzrə göstərici 2019-cu illə müqayisədə 6,6% artıb.

SMMT qeyd edir ki, satılan köhnə avtomobillərin demək olar, hamısı benzinlə və ya dizellə işləyir. Sözügedən növ avtomobillər hesabat rübündə satışların 96,4%-ni təşkil edib. Üstəlik, satılan avtomobillərin ümumi sayının 81,3%-i üç yaşdan yuxarıdır və bu da bir rekorddur.

Köhnə avtomobillərə bu qədər yüksək tələbat Britaniyada karantin məhdudiyyətlərinin aradan qaldırılması ilə yanaşı, həm də avtomobil istehsalçılarının qlobal mikroçip çatışmazlığı ilə əlaqəli yeni avtomobillərin istehsalındakı əhəmiyyətli problemlərindən qaynaqlanır. Beləliklə, iyun ayında ölkədə 69 097 minik avtomobili istehsal edilib ki, bu da 1953-cü ildən bəri minimum göstəricidir. 

Bu ilin ilk yarısında Britaniyada 498 923 avtomobil istehsal edilib, bu da son beş ilin ortalamasından 38,4% azdır. Artıq iyul ayında yeni avtomobillərin satışı üzrə göstərici 1998-ci ildən bəri ən aşağı həddə çatıb
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

“Ölkədə taksi sayının tənzimlənməsi real görünmür” – Ekspert

Ölkədə fərdi sahibkarlar əsasən hansı sahələrdə fəaliyyət göstərir?

2024-cü ildə ən çox satılan smartfon hansıdır? - SİYAHI

Orta aylıq əməkhaqqı ilə bahalı restoranları necə ziyarət edə bilərik?

Ayda neçə dəfə işdən icazə almaq olar?

Məşhur iş adamlarından qızıl kimi 5 tövsiyə

Bitcoin və Etherium yenidən ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 7,3 milyard manatdan çox olub

ADY-nin qatarları ilə səfər edənlərin sayı 22 %-ə yaxın artıb

Mayın 9-da Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək

Yaxın aylarda Şuşa "DOST" mərkəzi istifadəyə veriləcək

Neft Fondu bu investisiyalardan 5 milyard dollar qazanıb (SİYAHI)

Məşhur yerli kosmetika şirkəti kapitalını azaldır

Zaqataladakı dönərxananın sahibi danışdı, problemin səbəbini açıqladı (VİDEO)

Türkiyənin ən böyük ailə şirkətinin qurucusunun uğur hekayəsi

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu (FOTO)

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu (FOTO)

Bağlanan şərab zavodu açılır?

Həcc ziyarərinə gedən bu şəxslər cərimələnəcək

Azərbaycanda lombarda 1 milyon manat investisiya qoyulub

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, Kəlbəcərə dolu düşüb

Türk lirəsi bahalaşdı - Məzənnə

Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb

Bu ərazilərdə qaz olmayacaq

Azərbaycan nefti ucuzlaşdı

Dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

Avtomobil ehtiyat hissələrinin bahalaşması fonunda usta qiymətləri ucuzlaşıb - Araşdırma - Video

Maradonanın “Qızıl top”u hərraca çıxarılıb

Dünyanın ən varlı insanları hansı şəhərlərdə yaşayırlar? - Siyahı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin