BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8297
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1326
16227

Son illər Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən aqrar sektorun inkişafına diqqət nəzərəçarpacaq dərəcədə artıb.

Hökumət həm əhalinin bitkiçilik və heyvandarlıq məhsullarına tələbatını daxili imkanlar hesabına ödəmək, həm də bu məhsulların ixrac potensialını yaratmağa çalışır. Bu baxımdan Kənd Təsərrüfatı Nazirliyinin (KTN) və onun elmi-tədqiqat institutlarının üzərinə böyük məsuliyyət düşür. Onlardan biri də Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutudur.

Bu günlərdə nazirliyin təşkil etdiyi press-tur çərçivəsində adı çəkilən instituta baş çəkdik. Bizi institutun direktoru İlham Qaraqurbanlı qarşıladı və rəhbərlik etdiyi qurumun laboratoriyasına dəvət etdi. Təmiz xalat və baxıl geyindikdən, bütün gigiyena qaydalarına əməl etdikdən sonra labartoriyaya daxil olduq.

Burada xüsusi istixana-tingçilik kompleksi tikilib

 

İ.Qaraqurbanlı deyir ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1926-cı ildə fəaliyyətə başlayıb və 1964-cü ildən Zərdabi qəsəbəsində yerləşir:

"Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı KTN sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqda sərəncama əsasən, institutun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb. Laboratoriyalarda alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə xüsusi istixana-tingçilik kompleksi tikilib. Laboratoriyadakı iqlim otağında mikroklonal çoxaltma üsulu tətbiq edilməklə müxtəlif bitkilər yetişdirilir. Bu üsulla sortun xüsusiyyətlərini özündə daşıyan eyni bitkilərin alınması mümkündür. Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinglərinə ehtiyac var ki, bunun da böyük hissəsi hələ ki, xaricdən gətirilir".

Bir tumurcuqdan 105-107 yeni bitki əldə etmək mümkündür

 

Laboratoriyanın müdiri Sevil Süleymanova isə deyir ki, bitkilərin mikroklonal üsulla çoxaldılması 4 əsas mərhələdən ibarətdir:

“I mərhələdə sort mənsubiyyəti təsdiq olunan bitkilərdən eksplantlar alınır. Sonra həmin materiallar laboratoriyada sterilizə edilir. Mikroklonal çoxalmanın birinci mərhələsi laminar bokslarda həyata keçirilir. Tam sterilizasiya olunan tumurcuqlar xüsusi şüşə qablarda iqlim otağına yerləşdirilir. 21 gündən sonra bitki hissəciklərində ilk cücərtilər nəzərə çarpmağa başlayır. Həmin cücərtilər çoxaltma qida mühitlərinə köçürülür. Təkrar-təkrar çoxaltma nəticəsində lazım olan sayda bitki əldə edilir. Həmin bitkilər isə köklənmə mərhələsinə qədəm qoyur. Köklənmə mərhələsində bitkilər fərqli qida mühitində bəslənilir. Bu mühitlərdə hər bitkinin özünəuyğun mikroelementləri mövcuddur. Xüsusi şəraitdə və temperaturda saxlanılan cücərtilər 20 gündən sonra köklənməyə başlayır. Kökləri 1,5-2 santimetrə çatdıqdan sonra bitkilər üçüncü - adaptasiya mərhələsinə hazır sayılır. Əldə olunan bir tumurcuqdan biotexnologiya laboratoriyasında 105-107 yeni bitki əldə etmək mümkündür. Adaptasiya dövrünü başa vuran sağlam və virusa davamlı bitkilər sahələrə köçürülür”.

Yerli üzüm növlərinin əkin materialları hazırlanır

 

"Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan biotexnologiya laboratoriyasında Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində yerli üzüm sortlarının əkin materialları hazırlanır. Vaxtilə dünyada şöhrət qazanan yüksək keyfiyyətli məhsulların, markalı şərabların istehsal olunduğu Azərbaycanın nadir üzüm növlərini mütəxəssislər laboratoriya şəraitində mikroklonal üsulla çoxaldır. Həmin bitkilər adaptasiya mərhələsindədir. Laboratoriyada hazırlanan sağlam, virusdan azad əkin materialları daha sonra üzüm tingləri istehsal olunan modern tingçilik sahəsinə köçürüləcək. Bundan əlavə ölkəmizin 3 regionunda institun dəstəyi ilə özəl tingçilik müəssiələri fəaliyyətə başlayıb. İnstitutda yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq" - deyə S.Süleymanova qeyd edib.// Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

Avropa İttifaqı ölkələri LNG alışını kəskin azaldıb

COP29-la bağlı iki xəstəxana ayrılıb

Həyatımızın yeni trendi elektromobillər və xüsusiyyətləri – Batareyaları nə qədər təhlükəlidir?

Azərbaycan Mərkəzi Bankı beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib

20 mindən bahalı əmlak alanlardan bəyannamə tələbi niyə ləğv olundu? – Ekspert səbəbləri açıqlayır

Aqrar Sığorta Fondu: Hava şəraitinin dəyişməsi ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə 20 müraciət daxil olub

Növbəti hərraclara 49 əmlak çıxarılıb

“Zirə Gülçülük” məhkəmə qarşısında

Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb

KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək

Rusiya neft məhsullarının xaricə tədarükü üzrə antirekord vurub

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat

“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq

Türkiyədə inflyasiya bu tarixdən təkrəqəmli olacaq

Cəsarət Valehov nazir müşaviri təyin olundu

Cəsarət Valehov nazir müşaviri təyin olundu

Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib

Sıradan çıxan gəmi üzündən Boğaziçində nəqliyyatın hərəkəti dayandırıldı

Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edildi

İşləmək üçün ən çox üz tutulan ölkələr – TOP 7

Bakı metrosunda QR biletdən istifadə edənlərin sayı 45%-ə yaxın artıb

Azərbaycanda “Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanır

Şahin Bağırovdan yeni təyinat

Şahin Bağırovdan yeni təyinat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin