Azərbaycanın Neft Fondunun gəlirləri artdı: Xərcləri isə azaldı
2021-ci ilin ilk yarısında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 6 milyard 886 milyon 100.000 manat, büdcə xərcləri isə 4 milyard 708 milyon 700.000 manat təşkil edib.
Fonddan Valyuta.az-a verilən məlumata əsasən, ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 959 100 000 manat, o cümlədən mənfəət neftinin və qazın satışından 4 175 000 000 manat, bonus ödənişləri 768 600 000 manat, tranzit gəlirləri 10 800 000 manat, akrhesabı ödənişlər 4 700 000 manat təşkil edib.
Hesabat dövrü ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 927 000 000 manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 1 258 200 000 manat təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay