BAKU Azərbaycan
21.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Ölkədə kifayət qədər işsiz var və bunun bir səbəbi yetərincə iş yerlərinin olmamasıdırsa, digər tərəfdən isə dövrün tələblərinə cavab verməyən kadr çatışmazlığıdır.

Bu gün rəqəmsallaşma və texnoloji yeniliklər həyatın hər sahəsində özünü göstərir və dinamik proses isə insanlarda dəyişiklik tələb edir. Analitik düşüncənin, fəal öyrənmənin və yenilikçi yanaşmaların əhəmiyyəti artır.

Bütün sahələrdə əlavə bacarıqlar artıq seçim deyil, zərurətdir. Lakin bu gün ölkənin əmək bazarında tələblərə cavab verəcək kadr yetişdirən ali təhsil ocaqlarının payı o qədər də yüksək deyil. Bu gün bir faktdır ki, ölkədə kifayət qədər ali təhsil ocağı olmasına baxmayaraq, son illər ölkədə gənc memar, mühəndis, aktyor və digər sahələrdə kadrlara rast gəlmək olmur.

Əgər ali təhsil müəssisələri bacarıqlı kadr yetişdirmirsə, çox sayda qəbul planlarına nə dərəcədə ehtiyac var?

Valyuta.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, hazırda Azərbaycanın 51 ali təhsil müəssisəsində 182 min tələbə təhsil alır və ölkənin ali təhsil ocaqlarına artıq bir neçə ildir 47 minə yaxın şəxs qəbul olur:

“Təəssüf ki, 4 ildən sonra ali təhsilini başa vuran şəxslərin yalnız 42 faizi əmək bazarında ixtisası üzrə işləyə bilir. Bunun əsas səbəbi, ali təhsil müəssisələrinin əmək bazarının tələblərinə və müasir çağırışlara cavab verməyən kadr hazırlamasıdır. Bu gün görürük ki, təkcə dövlət qulluğuna keçirilən imtahanlarda ali təhsil müəssisələrinin məzunlarının nəticələri çox aşağıdır.

Xüsusilə məzunlar bir pillədən digər pilləyə dövlət qulluğuna qəbulda iştirak etmək və uğur qazanmaq üçün kurslara müraciət edirlər. Çünki ali təhsil müəssisələri əmək bazarının və imtahanların tələblərinə uyğun tədris həyata keçirə bilmirlər".

Onun sözlərinə görə, digər tərəfdən Azərbaycan ali təhsil müəssisələri istər ölkədə, istər dünyada gedən dəyişiklikdən kənarda qalırlar: 

"Konkret son 20 ilə baxdıqda, 2001-ci il ilə 2021-ci il arasında Azərbaycan ali təhsil müəssisələrində heç bir dəyişiklik baş verməyib. Dünyada istər texnoloji, iqtisadi, sosial, siyasi, mədəni sahədə çox böyük dəyişikliklər var.

Ancaq bu dəyişikliklərdə Azərbaycan ali təhsil müəssisələrinin heç birinin payı yoxdur. Məsələn, bu gün biz 30 ildən sonra torpaqlarımızı işğaldan azad etdik, ancaq bu azad etmə prosesində ali təhsil ocaqlarının payı yoxdur. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə infrastruktur qururuq, Bakı şəhərində hər gün yeni tikililər, layihələr həyata keçirilir, ancaq onların heç birinin memarlıq üslübu Azərbaycan universitetlərinin məhsulu deyil".

Ekspert əlavə edib ki, ölkədəki texniki işlər, bizim istifadə etdiyimiz kompüter, planşet, telefon və digər avadanlıqların heç biri Azərbaycan ali təhsil müəssisələrinin məzunları tərəfindən hazırlanmayıb: 

"Bu gün Azərbaycan ali təhsili yalnız iki vərəqdən ibarət kardon parçası - diplom verir. Onun buraxdığı məzun heç bir istehsalatda və digər sahələrdə özünü göstərə bilmir. Bunun əsas səbəbi ali təhsil müəssisələrinin menecerlər tərəfindən idarə olunmamasıdır, universitetlərin müasir çağırışlarla ayaqlaşmamasıdır.

Təəssüf ki, bu gün abituriyentlər yüksə balla universitetə qəbul olsa da, layiq olduğu təhsili ala bilmir. Hesab edirəm ki, ali təhsil müəssisələrimizin ciddi şəkildə akkreditasiyadan keçməsinə ehtiyac var”.

Ekspert deyir ki, xarici ali təhsil ocaqlarına, məsələn, Liverpul universitetinə bir ildə 110 min nəfər qəbul olur, ancaq 30 min nəfər məzun olur:

“Çünki semestr imtahanları və digər tələblər var. Eyni zamanda xarici ölkələrin ali təhsil müəssisələri plan yerlərini formalaşdıran zaman əmək bazarını araşdırırlar ki, bizim məzunlara, bu sahə üzrə mütəxəssisə nə qədər ehtiyac var. Bizdə 1995- 2000- 2010-cu ildə, indi də universitetlərdə eyni ixtisas üzrə qəbul aparılır, eyni dərslər keçirilir. Yəni bu müddət ərazində hər hansı bir dəyişiklik olmadımı?

Heç bir yeni fənn, yeni yanaşma ortaya qoymamışıq. Ona görə də biz əsasən əmək bazarında ehtiyac olan ixtisaslara kadr hazırlığını həyata keçirməliyik, yoxsa sırf plan yeri dolsun deyə kadr hazırlığını həyata keçirsək, birmənalı şəkildə keyfiyyət alınmayacaq”.

Ekspertin fikrincə, bir çox ixtisaslar var ki, məsələn, memarlıq, inşaat, maşın mühəndisliyi olsun, ali təhsil müəssisələrində bu istiqamətdə kadr hazırlanır:

“Ancaq bəzi insanlar orta məktəb bitirmədən də məsələn, elə maşın ustası var ki, ali təhsilli mexanikdən daha yaxşı bilir. Çünki ali təhsil müəssisələrinin maddi-texniki bazası çox zəifdir, 70-80-ci illərin avadanlıqları ilə işləyirlər.

Digər tərəfdən də universitetlər çevik, mobil deyil. Məsələn texniki universitetdə avadanlıqlar çox köhnədir. Əmək bazarında isə kadrlardan yeni bacarıqlar tələb olunur ki, bizim universitetlər isə bunları keçmir.

Ali təhsil müəssisələrinin tədris proqramı dəyişdirilsə, müasir ehtiyaclar, proqramlar, rəqmsallaşma, digər bacarıqlar formalaşdırılsa, həmin məzunlar hər hansı bir yerə təlim kurslarına getməyəcəklər. Onlar keçirilmədiyinə və öyrədilmədiyinə görə, məzunlar məcbur olub başqa kurslara gedirlər”.

Son xəbərlər

Məcburi auditdən keçmə səviyyəsi 49 %-ə çatıb – AÇIQLAMA

“Pfizer/BioNTech”: Peyvənd 5-11 yaş uşaqları da qoruyur

Həbsdə olan sabiq icra başçısından xəbər var: ECMO cihazına qoşuldu

Həbsdə olan sabiq icra başçısından xəbər var: ECMO cihazına qoşuldu

Azərbaycanda hansı avtomobillər sığorta olunmur? - AÇIQLAMA

Evlərin sənədləşdirilməsi sahəsində problemlər açıqlanıb

Təhsil işçilərinin 90 faizi vaksinasiyadan keçib

Mərkəzi Bankdan yeni QƏRAR: Müştəri məsafədən hesab aça biləcək

Bu il ən çox tərəvəzlər bahalaşıb – Müqayisəli qiymətlər

“Equinor” Avropaya qaz tədarükünü artıracaq

Nazirlikdə işləmək adı ilə insanlardan pul tələb edirlər: DİQQƏT (FOTO)

Nazirlikdə işləmək adı ilə insanlardan pul tələb edirlər: DİQQƏT (FOTO)

Əhalinin İKT xərclərinin 35 faizi internetlə bağlıdır

"ƏDV geri al" çərçivəsində istehlakçılara qaytarılan vəsait aşıqlandı

Muzdla çalışan işçilərin sayı kəskin artıb - STATİSTİKA

Bu il vergi proqnozuna neçə faiz əməl edilib? - Hesabat

Banklar tərəfindən verilən kreditlərin məbləği açıqlandı

Londonda meşəsi olan sabiq nazir indi haradadır? - UNUDULAN MƏMURLAR

Azərbaycanda qiymətli kağızlarla bağlı yeni tələblər müəyyənləşib

“COVID-19”-un “Delta” növü ən çox cavanlara ziyan vurur - İnfeksionist

Yeni tədris ili üçün nə qədər dərslik çap edilib? - Açıqlama

Repetitorların 20 faiz vergi ödəyəcəyi məsələsinə aydınlıq gətirildi - RƏSMİ 

Bütün xəbərlər