BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2599
14332

Dünya Bankı ölkələr üzrə tərəfdaşlıq strategiyalarının hazırlanmasına yeni növ koronavirus (COVID-19) pandemiyası bitdikdən sonra başlayacaq.

Valyuta.az "APA-Economics"ə istinadən məlumat verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Dünya Bankı bütün ölkələr üzrə tərəfdaşlıq strategiyalarının hazırlanmasını pandemiya səbəbindən dayandırıb: "Ölkələr üzrə beşillik tərəfdaşlıq strategiyalarımızın hazırlanmasını pandemiyaya görə dayandırmışıq. Çünki hazırda pandemiyadan sonra vəziyyətin necə olacağını demək çətindir. Azərbaycan üzrə də növbəti beşillik strategiyamızın da hazırlanması bu səbəbdən ləngiyib".

S. Maykl əlavə edib ki, Dünya Bankının Azərbaycan üzrə hazırlanacaq yeni beşillik (2021-2025-ci illər) tərəfdaşlıq strategiyası Azərbaycan hökumətinin hazırladığı milli inkişaf strategiyasına əsaslanacaq. Strategiyada işğaldan azad edilmiş ərazilərin bərpası da yer alacaq.

"Biz strategiyamızı Azərbaycan hökumətinin çıxış etdiyi prioritetlərdən irəli gəlib hazırlayacağıq. Ölkə üzrə yeni tərəfdaşlıq strategiyasının gələn ilin iyun ayında tam hazır olacağı gözlənilir", - deyə S. Maykl bildirib.

Bankın rəsmisi onu da əlavə edib ki, yeni layihələrin maliyyələşdirilməsinə strategiyasız da başlanıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yaponiyada düyünün qiyməti 1975-dən bəri ən yüksək səviyyəyə qalxdı

35 milyon manatdan çox investisiya yatırılıb - 2045 iş yeri yaradılıb

"Brent" kiçik korreksiyadan sonra 74,94 dolları yenidən sınaqdan keçirə bilər

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Fitch Solutions: BP-nin AÇG-yə sərmayəsi Azərbaycanın neft ixracını artıracaq

Yeni manatın dizaynında sən də iştirak et - Mərkəzi Bankdan sorğu

Yeni manatın dizaynında sən də iştirak et - Mərkəzi Bankdan sorğu

Dünyanın ən böyük 20 bankı

Prezident Qarabağ Universitetinin açılışında (YENİLƏNİB)

AYNA Xocalı prospektində narazılıq yaradan nişanlanma xətlərində dəyişiklik edib

ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı 2 yeni hal

COP29-da bu iş yerləri bağlana bilər

"Əsrin Müqaviləsi"nin 30 ili tamam olur

Qumadası yaşayış massivində niyə məktəb və bağça yoxdur? (VİDEO)

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

Çindən avtomobil gətirənlərə xəbərdarlıq (VİDEO)

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Avro və rubl bahalaşdı - Məzənnə

Azərbaycan neftinin qiyməti 78 dolları ötüb

Stresədavamlı işçi - "Bəzi iş yerlərində belə tələbin qoyulması qanunidir"

Yuanın beynəlxalq ödənişlərdə neçənci yeri tutduğu üzə çıxdı

İqtisadçı Kopılova Rusiya iqtisadiyyatının üç problemini açıqladı

"Badamdar Estates" məcburi auditdən yayınıb?

Aİ-nin hansı ölkələri neft məhsullarının idxalından daha çox asılıdır?

DGK "Real Lift Quraşdırma" MMC-yə protokol yazdı

"Boeing" on minlərlə işçisini ödənişsiz məzuniyyətə göndərəcək

Bu ölkədə elektromobillərin sayı benzinlə işləyən maşınları keçdi - İlk dəfə

"Doktor Vidadi V.Əliyev" MMC-də sertifikasiyadan keçməyən işçilər çalışır?

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin