BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2599
14308

Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına ilk konteyner blok qatarı yola düşüb.

“ADY Konteyner” MMC-dən Valyuta.az-a verilən məlumata görə, qatar Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Hindistana çatdırılacaq. 32 qırx futluq konteynerdən ibarət blok qatarının daşıdığı yük kağız məhsullarından ibarətdir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçı ölkələrinin müvafiq dəmir yolları operatorlarının sıx əməkdaşlığı nəticəsində həyata keçirilən bu layihə pilot xarakteri daşıyır. Hazırkı pilot blok qatarının nəticələrindən asılı olaraq dəhliz üzrə blok qatarların hərəkəti mütəmadi olacaq. 

Finlandiya və ümumilikdə Avropa İttifaqı ölkələri Hindistanın vacib ticarət tərəfdaşlarıdır. Finlandiyadan Hindistana əsasən kağız məhsulları, texnika və avadanlıq, Hindistandan isə bu ölkəyə əczaçılıq, kimya sənayesi və tekstil məhsulları daşınır. 

Bu məhsulların demək olar ki, hamısı konteynerlə daşına bilər və dəhlizlə hərəkət edəcək konteyner blok qatarı üzrə potensial yük bazası təşkil edir.

Konteynerlər yükləmə üçün Finlandiyaya göndərilən “ADY Konteyner” şirkətinə məxsus olan dəmiryolu platformaları ilə daşınır. Uzunməsafəli transkontinental blok qatarların təşkilinin “ADY Konteyner”in əsas hədəflərindən biri olduğuna görə, bu layihənin gerçəkləşməsi üçün platforma təminatını qurum öz üzərinə götürüb. 

Konteynerlər multimodal üsulla – dəmir yolu, avtomobil və gəmi vasitəsilə daşınaraq Nava Şeva limanına çatdırılacaq. Dəniz yolu ilə daşımadan fərqli olaraq bu dəhliz üzrə konteyner blok qatarı tranzit müddətini xeyli qısaldacaq. Qeyd olunan dəhliz üzrə blok qatar ümumilikdə 7 200 km məsafə qət edərək təyinat yerinə çatdırılacaq.

Hindistanla Rusiya və Şimali Avropa ölkələri arasında nəqliyyat bağlantısı yaradan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəmizin tranzit imkanlarından istifadə baxımından vacib əhəmiyyətə malikdir. 

Qərb, Orta və Şərq marşrutlarından ibarət olan bu dəhlizin Qərb marşrutu Azərbaycan ərazisindən keçir. Bir müddət əvvəl Süveyş kanalında yaranan vəziyyətin qlobal təchizat zənciri üçün təhdidlərini nəzərə alaraq, bu dəhlizin transkontinental yükdaşımalar üçün rolu tədricən arta bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yaponiyada düyünün qiyməti 1975-dən bəri ən yüksək səviyyəyə qalxdı

35 milyon manatdan çox investisiya yatırılıb - 2045 iş yeri yaradılıb

"Brent" kiçik korreksiyadan sonra 74,94 dolları yenidən sınaqdan keçirə bilər

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Fitch Solutions: BP-nin AÇG-yə sərmayəsi Azərbaycanın neft ixracını artıracaq

Yeni manatın dizaynında sən də iştirak et - Mərkəzi Bankdan sorğu

Yeni manatın dizaynında sən də iştirak et - Mərkəzi Bankdan sorğu

Dünyanın ən böyük 20 bankı

Prezident Qarabağ Universitetinin açılışında (YENİLƏNİB)

AYNA Xocalı prospektində narazılıq yaradan nişanlanma xətlərində dəyişiklik edib

ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı 2 yeni hal

COP29-da bu iş yerləri bağlana bilər

"Əsrin Müqaviləsi"nin 30 ili tamam olur

Qumadası yaşayış massivində niyə məktəb və bağça yoxdur? (VİDEO)

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

Çindən avtomobil gətirənlərə xəbərdarlıq (VİDEO)

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Avro və rubl bahalaşdı - Məzənnə

Azərbaycan neftinin qiyməti 78 dolları ötüb

Stresədavamlı işçi - "Bəzi iş yerlərində belə tələbin qoyulması qanunidir"

Yuanın beynəlxalq ödənişlərdə neçənci yeri tutduğu üzə çıxdı

İqtisadçı Kopılova Rusiya iqtisadiyyatının üç problemini açıqladı

"Badamdar Estates" məcburi auditdən yayınıb?

Aİ-nin hansı ölkələri neft məhsullarının idxalından daha çox asılıdır?

DGK "Real Lift Quraşdırma" MMC-yə protokol yazdı

"Boeing" on minlərlə işçisini ödənişsiz məzuniyyətə göndərəcək

Bu ölkədə elektromobillərin sayı benzinlə işləyən maşınları keçdi - İlk dəfə

"Doktor Vidadi V.Əliyev" MMC-də sertifikasiyadan keçməyən işçilər çalışır?

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin