BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8255
  • RUB
    0.0174
  • TRY
    0.0497
  • GBP
    2.1967
14226

Azərbaycan Ukraynaya qaz tədarükü ilə bağlı yeni mənbələrdən biri ola bilər.

Valyuta.az-ın Report.az-a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Qaz Nəqli Operatoru Sisteminin müştərilərlə iş şöbəsinin müdiri Andrey Prokofyev enerji sahəsində əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan işçi qrupunun 4-cü iclasında çıxışı zamanı bildirib.

“Biz Ukrayna ilə Azərbaycanın neft-qaz şirkətləri arasındakı əməkdaşlığı çox yüksək qiymətləndiririk və bunun inkişafında maraqlıyıq. Vacib olanı isə budur ki, Azərbaycan tərəfinin də Ukraynaya qaz tədarükü imkanlarını inkişaf etdirmək üçün marağı var”, - deyə o bildirib.

Xatırladaq ki, hazırda Azərbaycandan Ukraynaya təbii qazın nəqli Türkiyə ərazisindən və daha sonra Trans-Balkan boru kəməri ilə mümkündür.

Qeyd edək ki, Ukrayna Qaz Nəqli Sistemi Operatoru 2020-ci ilin avqust ayında müştərilərinin istəyi ilə ilk dəfə Trans-Balkan qaz dəhlizi ilə Yunanıstandan Bolqarıstanın və Rumıniyanın qaz nəqli sistemləri vasitəsilə Ukraynaya revers qaz nəqlini həyata keçirib. Bu da Trans-Balkan marşrutunun texniki imkanlarını nümayiş etdirmiş olub.

2020-ci ildən bəri Ukrayna ilə Avropa ölkələri arasında dövlətlərarası əlaqə nöqtələrinin istismarı Avropa İttifaqının Üçüncü Enerji Paketinin tələblərinə uyğun olaraq, üçüncü tərəflərin hərraclar yolu ilə imkanlara sərbəst girişini təmin edir.

A. Prokofyev əlavə edib ki, Ukraynanın Qaz Nəqli Sistemi Operatoru idxal imkanlarını artırmaq üçün Trans-Balkan marşrutu boyunca təbii qaz nəqlinin inkişafı üzrə Rumıniya və Moldovadan olan tərəfdaşları ilə əməkdaşlığı davam etdirir:

"Bu da Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlığın inkişafı üçün daha yaxşı şərait yaradacaq”.

Qeyd edək ki, Ukraynada illik təbii qaz istehlakı təxminən 30 mlrd kubmetr təşkil edir. Bunun da təxminən illik 20 mlrd kubmetri daxili istehsalı sayəsində ödənilir. İdxal olunan qaza tələbat isə təxminən 10 mlrd kubmetr təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyada ən yüksək IQ sahibi şəxs məlum oldu – Prezident müşaviridir

Pensiya kapitalı ilə bağlı təklif - Pensiyaçılar pulunu varislərinə ötürə biləcək?

Xüsusi rütbələrə görə pensiyanın hesablanma qaydası - CAVAB

Müəllimlərin maaşına hansı hallarda əlavələr edilir?

Britaniya kralının daşınmaz əmlak imperiyası

Niyə elanlarda yaşı 35-dək olan işçilər axtarılır?

COP konfransları dünyaya nə verir?

Hansı halda kasko sığorta edilən avtomobilə görə yüz faiz ödəniş olur?

Aİ Rusiyaya qarşı XV sanksiyalar paketini hazırlayır

Yaponiyada nəhəng layihə: 500 kilometrlik hərəkət edən yol

Daha bir məşhur təhlükəsizlik tədqiqatçısı "OpenAI"dən ayrılır - Şirkətdə nə baş verir?

Bakıya yeni gətirilən elektrikli avtobusların XÜSUSİYYƏTLƏRİ

Bayram tətili günlərində bölgələrdə qiymətlər hansı aralıqdadır?

ABB yeni innovasiya şirkəti yaradacaq

Təhsil işçilərinə veriləcək güzəştli kartlarda nələr olacaq? - DETALLAR

Tramp Maska administrasiyasında vəzifə verəcək?

​​​​​​MM-in komissiyası COP29-a qarşı hibrid hücumla bağlı açıqlama yayıb

Kriptovalyuta bazarı üçün 10 trilyon dollarlıq proqnoz

Kriptovalyuta bazarı üçün 10 trilyon dollarlıq proqnoz

Qeyri-sağlam qidalanma vərdişləri 8 trilyon dollar ziyana səbəb olur

Yeni yayılan dələduzluqla bank kartları sındırılır? - AÇIQLAMA

Ən uzun uçuş nə qədər sürür? - Bu təyyarələrin salonu fərqli olur

Azarkeşi Neymarın barmağından çıxardığı 16 milyon dollarlıq üzüyü ucuz qiymətə satır

ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib

Bazar günü Bakıda yağış yağacaq

Kartdan karta əməliyyatlarının həcmi azalacaq - Cərimə bu problemi həll edə bilər?

Çində böyük "kriptovalyuta böhranı" - Dövlət məmuru ömürlük həbs edildi

Neftimiz ucuzlaşdı

Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır

Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin