BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
13861

Bu ilin yaz və yay aylarında uşaqlar arasında vitamin çatışmazlığı, qidalanma problemləri və allergik xəstəliklərə daha çox rast gəlinir.

Valyuta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevin AZƏRTAC-a verdiyi açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən illər uşaqlar arasında tez-tez rastlaşdığımız çoxsaylı virus infeksiyalarının - adenoviruslar, qrip və paraqrip viruslarının törətdiyi xəstəliklər minimuma çatıb: 

"Bunun səbəbi koronavirusla əlaqədar, dünyada, o cümlədən ölkəmizdə sanitariya və gigiyena normalarına daha ciddi əməl edilməsidir. Tibbi maskalar və dezinfeksiya məhlullarından istifadə, eləcə də sosial məsafəni qorumaq təkcə koronavirusa deyil, digər virus infeksiyalarına yoluxma sayının da kəskin azalmasına səbəb olub".

Baş pediatr bildirib ki, valideynlər övladlarını mövsümi xəstəliklərdən qorumaq üçün onların qidalanmasına ciddi diqqət göstərməlidirlər: 

"Təəssüf ki, müəyyən səbəblərdən dolayı uşaqların qidalanmasına laqeyd yanaşanlar çoxdur. Valideynlər, daha sonra müəllimlər və səhiyyə işçiləri uşaqların sağlamlıqlarının qayğısına qalmalıdırlar. Məsələn, allergiyaya meyilli uşaqlarda allergiya əmələ gəlməmiş profilaktik tədbirlərin aparılması çox vacibdir. Sahə pediatrları xəstələrə müvafiq dərman preparatları verərək xəstəliyin baş qaldırmaması üçün əvvəlcədən fon yaradılmasına çalışmalıdırlar".

Ekspert qeyd edib ki, ümumiyyətlə uşaqlarda allergik xəstəliklərin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, selikli qişanın ödəmləşməsi, burun və gözdə qaşınmadır: 

“Pollinozlu xəstələr bəzən ard-arda 30-40 dəfə asqırırlar. Kəskin allergiyalar yaradan səbəblərdən biri də ətrafda olan ağac, bitki və gül kollarıdır. Beləliklə, ağacların tozlanması xüsusilə allergiyaya meyilli uşaqlarda narahatlıq yaradır. Baş pediatr məsləhət görür ki, xəstəliyin profilaktikası yazın əvvəllərində başlamalıdır ki, mayda ağacların çiçəkləndiyi vaxtda allergik vəziyyət yaranmasın”.

Nəsib Quliyevin sözlərinə görə, yay fəslində uşaqların qida rasionunda meyvələr, giləmeyvələr və tərəvəzlərə üstünlük verilməlidir: 

"Çalışmaq lazımdır ki, uşaqların qidalarında köhnəlmiş yeməklərdən istifadə olunmasın, bütün qidalar təzə olsun. Yay mövsümünün üstün cəhətlərindən yararlanıb uşaqların qışa fiziki hazırlıqlarını təmin etmək lazımdır. Bunun üçün uşaqlara, mütəmadi olaraq, günəş və su vannası qəbul etdirmək lazımdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu il Düşənbədən Bakıya aviareys açılacaq

Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar

Azərbaycan bu ay Bolqarıstanın təbii qaza olan tələbatının 76,6 %-ni ödəyəcək

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlanıb

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Zabratda evlərin kütləvi şəkildə satışa çıxarılması müşahidə olunur

FT: Ağ Evin yeni anti-Rusiya sanksiyaları bu fiziki şəxs və banklara təsir edəcək

DSMF-lə “Ofis Aləmi” arasında alqı-satqı qalmaqalı

KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır

"Google" ağdərili İT işçilərini kütləvi şəkildə işdən çıxarır, onları miqrantlarla əvəz edir

Azərbaycanda 3 ayda 400 min tona yaxın benzin istehsal olunub

Baş memarın şirkəti məhkəmə qarşısında - "EL & EN" Firması hansı qaydaları pozub?

Sabah yağış yağacaq

Məcnun Məmmədov FAO-nun nümayəndəsi ilə görüşdü

Tiktokerlər nə qədər vergi ödəməlidir?

Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək

3 ayda ölkəmizdə 13 min tondan çox pendir və kəsmik istehsal olunub

Aqrar Sığorta Fondunun ödənişlərinin artması fermerlərin fəaliyyətinə necə təsir edəcək?

Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları dəyişdi

Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir

1274 nəfər rezidenturaya imtahan verəcək

Nazir idarə rəisini işdən çıxardı

Nazir idarə rəisini işdən çıxardı

Bəzi şəxslər universiteti bitirdikdən sonra niyə işsiz qalır?

İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq

Hicran Əyyubova direktor təyin edildi

Ləğv prosesində olan 2 bankın əmlakları hərraca çıxarılır

Şuşada müntəzəm şəhərdaxili sərnişindaşımaya icazə verilməsi qaydası müəyyənləşib

"Naxçıvan Bank"ın gəlirləri 4 milyon manatdan çox azalıb

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin