BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9425
  • RUB
    2.1533
  • TRY
    0.0434
  • GBP
    2.2992
13762

"Hovuzlarda təhlükə riski çimərliklə nisbətən aşağıdır. Ancaq bu o demək deyil ki, hovuzlardan istifadə edərkən təhlükəsizlik qaydalarına ciddi yanaşmaq lazım deyil”.

Valyuta.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib. 

O bildirib ki, dəniz və hovuz suyunun insan orqanizminə mənfi təsirini müqayisə etdikdə, hovuz suyu daha təhlükəlidir:

"Dənizdə insan orqanizminə zərərli olan bakteriyalar və digər xəstəlik törədənlər daha azdır, təsirsizdir. Təbii ki, söhbət fəaliyyətinə icazə verliən çimərliklərdən gedir. Lakin hovuza vaxtında və düzgün qulluq göstərilməzsə, insan orqanizminə mənfi təsirləri çox ola bilər. Hovuz suyu mütəmadi olaraq qulluq tələb edir. Suyun filerasiyası, dezinfeksiya olunması, mamır və yosunlara, mikrob və bakteriyalara qarşı dərmanlanma, temperaturun sabit saxlanılması və suyun tez çirklənməməsi üçün ondan istifadə edənlərin təhlükəsizlik qaydalarına riayət etmələrini təşkil etmək lazımdır".

Onun sözlərinə görə, bir nəfərin hovuza duş qəbul etmədən girməsi suyun təxminən 0.5 faizini çirkləndirmiş olur: 

“Təsəvvür edin, onlarla, bəzən yüzdən çox insan eyni anda hovuzda olur və duşsuz giriblər. Deməli, su çirklənib və artıq təhlükəlidir. Ona görə hovuza girmədən öncə, mütləq duş qəbul etmək lazımdır. Hər hansı xəstəliyi olan, xüsusilə dəri və yolxucu xəstəliyi olanların hovuza girməməsi məsləhətdir”.

Müsahibimiz qeyd edib ki, hovuza gedərkən mütləq dəsmal, baş geyimi, rezin başmaq və.s kimi əşyalar aparılmalıdır:
 
"Hovuzlarda baş verən əsas qayda pozuntularından biri də azyaşlılarla böyüklərin eyni hovuza girməsidir. Bu yolverilməzdir. Bəzən valideynlər özləri buna razılıq verirlər. Ancaq istirahət mərkəzləri buna ciddi nəzarət etsinlər, valideynlərə xəbərdarlıq etsinlər. Azyaşlılar onlar üçün olan ayrı hovuzda çimməli və onlar üçün nəzərdə tutulmuş atraksionlardan istifadə etməlidir. Həmçinin hovuza spirtli içki qəbul edən şəxslərin girməsi yolverilməzdir. Lakin buna nəzarət edən demək olar ki yoxdur. Əsas diqqət edilməli məsələlərdən biri də nasosxana və sutəmizləyici qurğuların işlək və saz vəziyyətdə olmasına nəzarət etmək, onların digər insanlara təhlükə risklərini nəzərə almaqdır. Valideynlər daha çox diqqətli olmalı, heç bir halda uşaqları nəzarətsiz qoymamalıdır. Ani diqqətsizlik bədbəxt hadisələrə səbəb ola bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ANAMA bu sahibkardan 390 min manatlıq təkər alır

Türk iş adamının rəhbəri olduğu şirkətin külli miqdarda vergi borcu üzə çıxdı

"Nvidia" "Microsoft"u taxtdan saldı: Yenidən dünyanın ən dəyərli şirkəti oldu

Toplanan 2,7 milyon manatlıq sığorta üzrə ödəniş edilməyib

Yüz milyonlarla smartfon sındırılma riski ilə üzləşdi

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

"Ford" 555 mindən çox avtomobilini geri çağırır

Hakim təyin olunanlardan 6-sı prokurorluq əməkdaşı imiş

Gəncədə işə düzəltmə və təqaüd dələduzluğu

Bir ekosistemi Money 20/20 Europe tədbirində: PashaPay və Mastercard strateji əməkdaşlığa başlayır®

"AZFEN"-in rəhbəri vəzifəsindən azad edilib

Pensiyalar vaxtından əvvəl veriləcək

Bu startap kiberhücuma məruz qaldı - Müştəri məlumatları və serverlər silindi

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

Əmək Məcəlləsinə dəyişiklik: Məzuniyyət qaydaları dəyişə bilər

Sabahdan 1-ci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir

Xərçəng dərmanı üçün nəhəng ortaqlıq: 11,1 milyardlıq müqavilə imzalandı

Müəllimlərin əmək məzuniyyəti necə hesablanır? - QAYDALAR

“İçərişəhər”ə direktor təyin edildi - FOTO

Ağdamda 9 milyonluq binalar tikiləcək

Eldəniz Əmirov: "Koordinasiya zəifliyi var, sahibkar bir neçə quruma müraciət etməli olur"

Apteklərdə nöqsanlar aşkarlandı

Azərbaycanlı deputat vəzifəsini itirdi

İş və istirahət günlərinin yerləri dəyişdirildi

Vaqif Tağıyev: 1 aylıq istilik enerjisi 24-80 qəpiyə başa gəlir, amma tarif 30 qəpik müəyyən olunub

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Prezident Minifutbol Federasiyasına iki milyon manat ayırdı

Almaniyanın polad sənayesi iflasa uğraya bilər

Çin yüzlərlə "Airbus" təyyarəsi alacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin