Maaş və ya pensiya alanlar bankları niyə özləri seçə bilmir? - Açıqlama
"Xidmətlərin inhisarlaşması, məmur biznesi və korrupsiya mövcud mənzərənin formalaşmasına rəvac verib”.
Valyuta.az xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda müştərilərin əməkhaqqı, pensiya, müavinətlərin ödənilməsi xidmətini həyata keçirən bankları sərbəst seçmək hüququna malik olmamaları səbəbindən danışarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib.
Onun sözlərinə görə, bu vəziyyət Azərbaycanda geniş yayılıb:
"Xidmətlərin inhisarlaşdırılması prosesi gedir. Müəyyən səlahiyyət sahibləri bu səlahiyyətdən sui-istifadə edərək, dövlət tərəfindən satılan xidmətlərin öz maraqlarında olan bəzi banklara yönləndirilməsi yolu ilə həmin xidmətdən kifayət qədər böyük gəlir əldə edirlər. Belə xidmətlər Azərbaycanda ödənişsiz şərtlərlə həyata keçirilmir. Həmin xidmət qarşılığında bəzi banklara dövlət vəsaitləri hesabına böyük kommisiyalar verilir.
Eyni zamanda, məmur biznesinin geniş yayılması, korrupsiya mövcud mənzərənin formalaşmasını şərtləndirən əsas məqamdır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay